Marina Bay körfəzi
Marina Bay | |
---|---|
çin. 滨海湾, malay Teluk Marina, tam. மரீனா பே | |
| |
Ümumi məlumatlar | |
Tip | körfəz |
Tökülən çay | Sinqapur |
Yerləşməsi | |
1°17′04″ şm. e. 103°51′21″ ş. u.HGYO | |
Ölkə | Sinqapur |
Akvatoriyası |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Marina Bay (Marina Bay) — Sinqapur şəhərinin cənub hissəsində yerləşən dəniz körfəzi. Bu bölgə şəhərin işgüzar ərazisi hesab olunur. Məhz körfəz boyu şəhərin ən gözəl hissəsi yerləşir. Sinqapurun bütün dünyaca məşhur binaları, restoranları və istirahət mərkəzləri Marina Bayda yerləşir. Marina Bay dörd əsas hissədən ibarətdir: Mərkəzi, Şərq, Cənub və Straits View..[1]
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Marina Bay körfəzi bir neçə çayın(kanal) mənsəbində formalaşıb — Kallanq, Sinqapur, Roçor və Cilanq. Ərazinin tikintisinə 1969–70-ci illərdə başlanılıb. Bölgədə geniş meliorativ işlər görülmüş və 360 hektar ərazidə çoxlu arxitektur inciləri tikilmişdir. Müasir dövrdə Marina Bay körfəzi sutka boyu fəaliyyət göstərən şəhər ərazisidir. Burada insanlar yaşayır, işləyir və istirahət edirlər.[2][3][4]
Körfəz ərazisi 2008-ci ildə tikilən Marina Barrage bəndindən sonra dənizlə bir başa əlaqəsini itirmiş və Sinqapurun ən böyük su anbarlarından biri olan Marina Reservoirin bir hissəsinə çevrilmişdir. Bu su anbarı şəhərin içməli suya olan təlabatının 10%-ni verir. Anbara su əsasən yağış suları vasitəsi ilə toplanır.
Sinqapur hökuməti Marina Bay körfəzinin 3,5 km olan sahil zolağının bərpası üçün 35 mln. dollar pul xərcləmiş.[5]. Bu sahil zolaqda ölkənin görməli yerlərindən Marina Centre , Collyer Quay və Beyfront körpüsü yerləşir. Sahildə yenidən qurma işləri 2010-cu ildə başa çatmişdır.
Körfəzin panoramasını bütünlüklə görmək üçün Marina Bay Sands otelinin damında yerləşən Marina Bay Sands SkyPark istirahət-əyləncə mərkəzinə çıxmaq gərək.[6] Daha gözəl görüntü isə Sinqapur tamaşa çarxından görsənir.
Diqqət çəkən hadisələr
[redaktə | mənbəni redaktə et]Formula 1 üzrə ilk Qran Pri Sinqapur yarışması 2008-ci il 28 sentyabrında Barına Bay körfəzi üzərindən keçən yolda həyata keçirilib.[7] Həmçinin bu Qran Pri tarixdə ilk gecə vaxtı həyata keçirilən yarışma olub. Körfəzdə yerləşən üzən meydançada 2010 Yeniyetmələrin Yay Olimpiya Oyunlarının açılış mərasimi həayat keçirilib.
Marina Bayda hər il rəssamlıq üzrə Asiya festivalıda keçirilir.
Görməli yerləri
[redaktə | mənbəni redaktə et]- ArtScience Museum
- Asiya meydanı
- Bayfront körpüsü
- Dairəvi yol
- Clifford Pier
- Common Services Tunnel
- Downtown Line
- Esplanade – buxtada teatr
- F1 Pit Building
- Körfəz bağları
- Marina Bay Street Circuit
- The Helix Bridge
- Marina bəndi
- Marina Bay Cruise Centre Singapore
- Marina Bay Finans Mərkəzi
- Marina Bay Golf Course
- Marina Bay Link Mall
- Marina Bay Sands
- Marina Bay Suites
- Marina Coastal Expressway
- Marina South Pier
- Marina South Pier MRT Station
- Marina Square
- Millenia Walk
- One Marina Boulevard
- One Raffles Quay
- One Shenton Way
- OUE Bayfront
- Singapore Flyer
- Suntec City
- Sinqapurun üzən meydançası
- The Lawn @ Marina Bay
- The Promontory @ Marina Bay (formerly Central Promontory Site)
- The Sail @ Marina Bay
- Thomson-East Coast Line
- Gənclərin Olimpiya parkı
İncəsənətdə
[redaktə | mənbəni redaktə et]Müstəqillik günü: Dirçəliş filmində Marina Bayın yad planetlilərin gəmisi tərəfindən dağıdılması səhnəsi yer alır.
Şəkillər
[redaktə | mənbəni redaktə et]-
Körfəzin gecə görünüşü
-
Marina Bay Sands oteli.(solda)
-
Marina Bay. 31 dekabr 2006-cı il.
-
Merlion heykəli
-
Marina Bayın mərkəzi rayonu.
-
Raffles Place oteli
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Vision". Marina Bay Singapore. 2014. http://www.marina-bay.sg/vision.html Arxivləşdirilib 2015-09-04 at the Wayback Machine.
- ↑ June Gwee, redaktorCase Studies in Public Governance: Building Institutions in Singapore. Taylor & Francis Ebooks. 2013. ISBN 9781136447075. 2016-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-13.
- ↑ Ching Tuan Yee and Benjamin Ng. "Marina Bay: The Shape of Things to Come". Civil Service College. 2013-03-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-13.
- ↑ Collin Anderson. DP Architects on Marina Bay: Designing for Reclaimed Lands. Oro Editions. 2016. ISBN 9781941806975. 2019-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-13.
- ↑ "$35m for Marina Bay waterfront promenade". Asiaone. 2008–09-19. http://www.asiaone.com/Travel/News/Story/A1Story20080918-88574.html Arxivləşdirilib 2011-04-10 at the Wayback Machine.
- ↑ "Развлекательный комплекс Marina Bay Sands® SkyPark в Сингапуре". 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-13.
- ↑ "Singapore to host F1 Grand Prix next year". Channel NewsAsia. 2006–05-11. http://www.channelnewsasia.com/stories/singaporelocalnews/view/275566/1/.html Arxivləşdirilib 2012-10-10 at the Wayback Machine