Manavqat çayı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Manavqat çayı
Ölkə
Mənbəyi Tavr dağları
Mənsəbi Aralıq dənizi
Uzunluğu
  • 93 km
Su sərfi 147 m³/s
Hövzəsinin sahəsi 1.221 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Manaqvat (türk. Manavgat Nehri) və ya Melas (yun. Melas) — Türkiyənin Antaliya ilində çay. Mənbəyini Tavr dağlarından götürür və Aralıq dənizinə tökülür.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Çayın mənbəyi Qərbi Tavr dağlarının şərq yamaclarında yerləşir. Dəniz səviyyəsindən 1350 metr yüksəklikdə bir neçə yer altı su mənbəyi birləşərək Manavqat çayını formalaşdırır. Bu mənbələrdən ən bol sulu olanları Dumanl 1 və Dumalı 2 -dir. Bundan sonra Manaqvat çayı dar kanyon dərələrlə cənuba doğru axır. Çayın yatağı parçalanmış bərk süxurlardan ibarətdir. Kanyon ərazilərində çay yeraltı sularla qidalanır. Manavqat şəlaləsindən sonra çay sahil boyu düzənliklə axır və Manavqat şəhərinin 3 km-də Aralıq dənizinə tökülür.

Çayın su sərfi il boyu kəskin dəyişir. Ən aşağı su sərfi yay aylarında 36 m³/s olur. Maksimum göstərici — 500 m³/s-dir. Orta illik su sərfi 147 m³/s-dir. Çayın su toplayıcı hövzəsi 1221 km²-dir. Çayın uzunluğu isə 93 km-dir.

Manavqat çayı hövzəsində çoxlu mağaralar mövcuddur. Bunların içində Altınbeşik mağarası daha məşhurdur. Mağara 1966-cı ildə geoloq, professor Temuçin Aygen tərəfindən kəşf olunub. Mağara öz adını yerləşdiyi Altınbeşik dağından götürmüş. Mağaranı 1955-ci ildə çex, 1966-1967-ci illərdə britaniya, fransız, 1986-cı ildə isə yapon mütəxəsisləri tədqiq etmişlər. Tədiqatlar müasir dövrdə də davam edir.[1]

Çay kənarında Manavqat şəhəri və Sinanhoca qəsəbəsi yerləşir.

Çay üzərində iki bənd inşa edilmişdir. Manvqat şəlaləsindən 12 şimalda Oymapinar bəndi yerləşir. Bənd 1984-cü ildə inşa edilmişdir. Bəndin tikintisindən sonra sahəsi 500 hektar olan su anbarı formalaşmışdır. Ondan cənubda isə 1987-ci ildə inşa edilmiş Manvqat bəndi yerləşir. Manvqat su anbarının sahəsi 900 hektardır.[2]

Manvqat şəlaləsi

[redaktə | mənbəni redaktə et]

Manavqat şəlaləsi Manavqat çayı üzərində, Side şəhəri yaxınlığında, Manavqat şəhərinin 3 km-də yerləşir. Hündürlüyü 4 metr, eni isə 40 metrdir. Çayın bol sulu dövründə şəlalə bəzən su altında qalır.[3]



  1. "река Манавгат". active.turkey-obnovlenie.ru (rus). 2009-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-03.
  2. "MANAVGAT (MELAS) RIVER". 2006-11-14 tarixində arxivləşdirilib.
  3. "AmerasianWorld.com's Manavgat, Turkey". Kevin Miller, Jr. 2012-07-02 tarixində orijinalından arxivləşdirilib.