3°07′15″ şm. e. 101°39′23″ ş. u.HGYO

Malaya Universiteti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Malaya Universiteti
Xəritə
3°07′15″ şm. e. 101°39′23″ ş. u.HGYO
Əsası qoyulub 1934
Ölkə
Sayt um.edu.my
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Malaya UniversitetiMalayziyanın Kuala–Lumpur şəhərində ictimai tədqiqat universiteti. Universitet Malayziyanın ən qədim və ən yüksək səviyyəli ali təhsil müəssisəsidir[2][3] və yeni müstəqillik qazanmış Malayada yeganə universitet idi.[4] Universitet Malayziyanın 5 Baş nazirini və ölkənin digər görkəmli siyasi, biznes və mədəniyyət xadimlərini yetişdirmişdir.

Malaya Universiteti
Tan Tek Guan binası
Malaya Universitetinin kampusunun mərkəzindən yaxınlıqdakı bir neçə ofis binasının görünüşü
Universitetin kitabxanası

1949-cu ilin oktyabrında Kral VII Edvard Tibb Kolleci ilə Raffles Kollecinin birləşməsi universitet yaratdı. İlk onillikdə sürətli böyümə universitetin 15 yanvar 1959-cu ildə biri Sinqapurda, digəri isə Kuala-Lumpurda yerləşən 2 müstəqil bölmədə təşkil edilməsinə səbəb oldu. 1960-cı ildə Malaya və Sinqapur hökumətləri universiteti 2 ayrı Milli Universitetlərə böldü. Bir filial Sinqapurda yerləşirdi və Sinqapur Malayziyadan müstəqillik qazandıqdan sonra Sinqapur Universitetinə çevrildi (1980-ci ildə Sinqapur Milli Universiteti ilə birləşdi), digər filial isə Malaya Universiteti adını saxlayaraq Kuala–Lumpurda yerləşirdi.

Qanun 1961-ci ildə qəbul edildi və Malaya Universiteti 1962-ci il yanvarın 1-də təsis edildi.[5][6][7]

2012-ci ildə Universitetə Ali Təhsil Nazirliyi tərəfindən muxtariyyət verilmişdir.[8]

Akademik strukturu

[redaktə | vikimətni redaktə et]
  1. Humanitar və sosial elmlər
  2. İqtisadiyyat
  3. Pedaqogika
  4. Mühəndislik
  5. Hüquq
  6. Tibb
  7. Stomatologiya
  8. Kompüter elmləri informasiya elmləri
  9. Biznes və mühasibatlıq
  10. Təbiət elmləri
  11. Dillər və dilçilik
  12. Memarlıq
  1. İslamşünaslıq
  2. Malayziyaşünaslıq
  1. Sivilizasiyaların dialoqu
  2. Mədəniyyət
  3. Bədən tərbiyəsi və idman
  4. Elm
  5. Ailə münasibətləri
  6. Davamlı təhsil
  1. Tədqiqat və İdarəetmə
  2. Aspirantura
  3. Asiya və Avropa
  4. Beynəlxalq Dövlət siyasəti və İdarəetmə
  5. Çin tədqiqatları
  6. Elm

Universitetin kitabxanasında 2 mln. çox kitab və Elektron Resurs yerləşir.

  • Mərkəzi kitabxana
  • Əsas kitabxana
  • Filial kitabxanaları
  • T.J. Danaraj Tibb kitabxanası
  • Əhməd İbrahim Hüquq kitabxanası
  • Za'ba Memorial kitabxanası
  • Xüsusi kitabxana
  • Şərqi Asiya Tədqiqatları kitabxanası
  • Təhsil kitabxanası
  • Mühəndislik fakültəsinin kitabxanası
  • Hindistan tədqiqatları Kitabxanası
  • İslam Araşdırmaları İnsitutunun kitabxanası
  • Dillər və Dilçilik kitabxanası
  • Malayşünaslıq kitabxanası

Muzey və Qalereyaları

[redaktə | vikimətni redaktə et]
Malaya İncəsənət Qalereyası
  • Asiya İncəsənət Muzeyi
  • Zoologiya Muzeyi və Biologiya Elmləri İnstitutu
  • Geologiya Muzeyi
  • Malay Araşdırmalar Muzeyi və Malay Tədqiqatları Akademiyası
  • Malaya İncəsənət Qalereyası

Malaya Universitetinin ərazisində 15 yataqxanası, həmçinin Asiya İncəsənət Muzeyi, Rəsm qalereyası, Tibb Mərkəzi, Nəbatat bağı (Rimba İlmu), teatrı var.

Malayziyanın 1 nömrəli universiteti və Cənub-Şərqi Asiyanın ən yaxşı 3 universitetindən biri hesab olunur. Həmçinin QS, Dünya universitetlərinin akademik reytinqi, U.S. News & World Report kimi ABŞ-ın nüfuzlu nəşriyyatlarına görə dünyanın ən yaxşı 300 universiteti arasında yer alır.

Hal-hazırda MU QS World University Rankingsın reytinqində dünyada 65-ci, Times Higher Education World University Rankinga görə ən yaxşı 300 universitet arasında yer alır.

  1. 1 2 Directory of Open Access Journals. 2003.
  2. "World University Rankings". Times Higher Education (THE) (ingilis). 2018-09-26. 2018-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-11.
  3. "Arxivlənmiş surət". 2021-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-26.
  4. "Arxivlənmiş surət". 2022-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-26.
  5. humans.txt. "UM Fact Sheet". um.edu.my. 20 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 July 2018.
  6. "Our Chancellors and Vice-Chancellors : A biographical sketch : NUS History". 20 June 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-18.
  7. "Arxivlənmiş surət". 2020-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-25.
  8. AMINUDDIN, MOHSIN. "UM set for autonomy". The Star. 26 January 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 February 2012.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]