Mərkəzləşdirilməmiş maliyyə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Mərkəzləşdirilməmiş maliyyə (Decentralized finance (DeFi) blokçeyn üzərində smart kontraktlardan istifadə edərək, brokerlər, birjalar və ya banklar kimi vasitəçilərə etibar etmədən maliyyə alətləri təklif edir.[1] DeFi platformaları insanlara başqalarına borc verməyə və ya borc götürməyə, törəmələri istifadə edərək aktivlər üzrə qiymət hərəkətlərində spekulyasiya etməyə, kriptovalyuta ticarətinə, risklərdən sığortalanmağa və əmanət kimi hesablarda mənfəət qazanmağa imkan verir.[2] DeFi laylı arxitekturadan və yüksək kompozisiyalı struktur bloklarından istifadə edir.[3] Bəzi tətbiqlər olduqca yüksək faiz dərəcəsi vəd etsə də, böyük risk qrupuna daxildir.[2][4] 2022-ci ilin fevral ayına olan məlumata görə, mərkəzləşdirilməmiş maliyyədə istifadə olunan aktivlərin dəyəri 200 milyard dollar təşkil edib.[5]

  1. Schueffel, Patrick. "DeFi: Decentralized Finance – An Introduction and Overview". Journal of Innovation Management (ingilis). 9 (3). 2021-11-27: I–XI. doi:10.24840/2183-0606_009.003_0001. ISSN 2183-0606. 2022-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-17.
  2. 1 2 "Why 'DeFi' Utopia Would Be Finance Without Financiers: QuickTake". Bloomberg. 2020-08-26. 2020-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-06.
  3. Schär, Fabian. "Decentralized Finance: On Blockchain- and Smart Contract-Based Financial Markets". Review (ingilis). 103 (2). 2021. doi:10.20955/r.103.153-74. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-17.
  4. "'DeFi' movement promises high interest but high risk". Financial Times. 2019-12-30. 2021-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-06.
  5. Wintermeyer, Lawrence. "DeFi Is On The Move To The Institutional Market: More A Marathon Than A Sprint". Forbes (ingilis). 2022-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-08.