Məşədibaba

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Məşədibaba
Məşədibaba Bilal oğlu Aydəmirov
Ümumi məlumatlar
Doğum adı Məşədibaba Bilal oğlu Aydəmirov
Doğum tarixi 13 fevral 1971(1971-02-13)
Doğum yeri
Vəfat tarixi 10 yanvar 2011(2011-01-10) (39 yaşında)
Vəfat yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti meyxanaçı, qəzəlxan
Fəaliyyət illəri 1984–2010

Məşədibaba (13 fevral 1971, Maştağa10 yanvar 2011, Maştağa) — azərbaycanlı şair, qəzəlxan, meyxanaçı.

Məşədibaba Aydəmirov 1971-ci ilin 13 fevral tarixində Bakı şəhərinin Maştağa kəndində anadan olmuşdur[1]. Uşaq yaşlarından şeirə böyük maraq göstərib. Yüzlərlə şeir, qəzəl, qəsidə müəllifidir. Məşədibaba Aydəmirov uşaq yaşlarından şeirlər yazırmış. Böyüdükcə onun bu istedadı daha da artır. Valideynləri Məşədibabanın bu istedadını görüb onu orta məktəbdən çıxardırlar. Beləliklə, balaca Məşədibaba bütün vaxtını bədii kitablar oxumağa, şeir yazmağa ayırır. Məlahətli səsi və şeirləri ilə hər kəsi heyran edən Məşədibaba gənc yaşlarından məşhurlaşır. Artıq o, yazdığı qəzəlləri meyxanaya çevirir. İlk meyxana deməyə başladığı dövr isə 1984–1985-ci illərə təsadüf edir. Bundan sonra, Məşədibaba toylara çoxsaylı dəvətlər alır. Qısa zamanda kənd camaatı arasında hörmət qazanan meyxanaçı müxtəlif məclislərə dəvət almağa başlayır. İlk dəvəti hələ 1989-cu ildə 18 yaşında ikən, Lənkərandakı meyxana məclisinə olur. 1991-ci ildə Bakı Dövlət Sirkində keçirilən Azərbaycanda ilk meyxana yarışında üçüncü yeri tutub. Kasıb ailədə böyüdüyü üçün kənddə bir çox imkansızların toyuna təmənnasız gedirmiş.

Nəhayət, bir gün tanınmış meyxanaçı subaylığın daşını atmaq qərarına gəlir. Əmisi qızını istəyən Məşədibaba onunla nişanlanır. Toylarına çox az qalmışdı ki, meyxanaçı həbs olunur. Məşədibaba 1994-cü ilin 11 fevral tarixində yaxın dostu olan meyxanaçı Elçin Atakişiyev ilə aralarında yaranan münaqişə zamanı ona bıçaq ilə xəsarət yetirir. Elçin xəstəxanaya gec çatdırıldığı üçün normadan artıq qan itirərək dünyasını dəyişmişdir. 6 il dəmir barmaqlıqlar arxasında qalan Məşədibaba 2000-ci ildə həbsdən azad olunur. Əsərlərinin çoxunu isə həbsdə olarkən, yazıb. 2000-ci ildə ailə həyatı qurub, 1 il sonra isə onların Mircəlal adlı övladları dünyaya gəlir. Bir müddət sonra bu xoşbəxt ailə arasında soyuqluq yaranmağa başlayır. Buna da səbəb içki olur. İçkiyə qurşanan Məşədibaba ailəsini unudur və 9 il sonra ailəsi dağılır. Həyat yoldaşı və övladı evdən çıxıb gedirlər.

Ustadı olmayıb, söz sənətinin Allah tərəfindən olduğuna inanır:

"Bu meyxanə belə şeydi ki, bunun ustadı yoxdur, yəni ki, insanın özündən asılıdır, əgər sənin bacarığın varsa-deyəcəksən, bacarığın yoxdursa lap 50 il sənə bir ustad dərs versin xeyri yoxdur. Bu tamam Allahın vergisidir, varsa səndə var, yoxdursa insanlar sənə kömək eləyə bilməz." — ANS TV-yə verdiyi müsahibəsindən.[1]


39 yaşlı Məşədibaba Aydəmirov qayınatasının evinin qarşısında üstünə benzin tökərək özünü yandırıb. O, qonşuların köməkliyi ilə xəstəxanaya yerləşdirilsə də, həkimlərin səyinə baxmayaraq şairi xilas etmək mümkün olmayıb.

Şeir və qəzəlləri

[redaktə | mənbəni redaktə et]

1. Gəl
2. Nə etmisən
3. Pulla
4. Olasan
5. Məndən
6. Yoxdur
7. Mələksən ya Bəşərsən
8. Gələcək
9. Canan
10. İçində
11. Səda
12. Sevsin səni
13. Bəsimdir
14. Divanələrin
16. Atam yazıq
17. Bıçaqla
18. Sevənə
19. Ey insan
20. Qazamat
21. Şəfa versin sənə
22. İnanma

1. Səndə bilijnidi (yaxındı) məndə dalnidi (uzaqdı) 1991
2. Ya ölək ya yaşıyaq yada görək nə edirik 1991
3. Bu gecə burda qiymətim var Mənim 1992
4. Gedək evə evdə nigarandılar 1992
5. Namərdin nöqsanı çətindir mərdə 1992
6. Ağıl başdan ruhda bədəndən çıxır, hər cürə insan bu vətəndən çıxır 1992
7. Bahalıqdır alırıq bulkunu tort qiymətinə 1993
8. Axtarıram yamanını şairlərin 1993
9. Yaxşılığını eylə yamana baxma 1993
10. Dədə-babadan qalıb bizə meyxana 1993
11. Gül sənin, bülbül sənin, sünbül sənin, mübarək olsun toyun oğlan sənin 1993
12. Yuxun gəlir yat gecədən səhərəcən 1993
13. Maştağadı Bülbülə Bülbül qonubdur gülə

  1. 1 2 Ölümdən 24 saat əvvəl (Məşədibaba) ANS

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Məşədibaba Aydəmirov
  • "Meyxanaçıların şəkilləri". (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 apr 2023.