Məzmuna keç

Müslüm ibn Həccac

Vikipediya, azad ensiklopediya
Müslüm ibn Həccac
ərəb. مسلم بن الحجاج‎‎
Doğum tarixi 821[1][2][…]
Doğum yeri
Vəfat tarixi 6 may 875(0875-05-06)[1]
Vəfat yeri
Elm sahələri fiqh
Tanınmış yetirməsi İbn Xuzeymə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əbu Hüseyn Müslim ibn Həccac ibn Müslim ibn Vard əl-Quşeyri ən-Nisaburi (ərəb. أبو الحسين مسلم بن الحجاج القرشي النيشابوري‎; 821[1][2][…], Nişapur, Xorasan, Abbasilər xilafəti6 may 875[1], Nişapur, Xorasan, Abbasilər xilafəti) — mühəddis. "Camius-Səhih" və ya "Səhihi-Müslim" əsərinin müəllifidir.

Müslim hicrətin 204-cü ilində (821) Nişapur şəhərində anadan olmuşdur. Uşaqlıqdan hədis elmini çox sevmişdir. Təhsilini ilk dəfə yaşadığı şəhərdə olan alimlərdən almışdır. Sonralar o, Məhəmməd peyğəmbərin hədislərini toplamaq üçün İraq, Şam, Misir, Hicaz, Xorasan, Bağdad və bir çox başqa yerlərə səyahət etmişdir. Müslim, hicrətin 261-ci ilində (875) Rəcəb ayının 2-si Nişapur şəhərində vəfat etmişdir.

Haqqındakı fikirlər

[redaktə | vikimətni redaktə et]

Əbu Fadl Əhməd ibn Sələmə demişdir:

"Mən Əbu Zura və Əbu Hatimin Müslimə qarşı olan münasibətini gördüm. Onlar hədis elmində Müslim ibni Həccacı əsrinin alimlərindən üstün sayırdılar."

Əbu Qüreyş demişdir:

"Dörd hafiz mövcuddur. Bunlar Əbu Zura, Məhəmməd ibn İsmail, əd-Dərimi və Müslimdir."

Məsləmə ibn Qasim demişdir:

"O, mötəbər hafizlərdən olub, hədis elmindən çox anlayışı var idi."

Xəlili demişdir:

"Onun fəzilətlərini qeyd etməyə ehtiyac yoxdur. Çünki, o, bundan da artıq məşhurdur."

  1. "əs-Səhih"
  2. "ət-Tabəqat".
  3. "əl-Əsma va-l-kunə".
  4. "ət-Təmyiz".
  5. "əl-Münfəridətu-l-vihdən".
  6. "Suələtu-l-imam Əhməd".
  7. "Əvhami-l-muhəddisin".
  8. "Əvlədi-s-sahəbə".
  9. "Əfradi-ş-şamiyyin".
  10. "əl-Əqran".
  11. "Məşəyix Malik".
  12. "Məşəyix Şöbə".
  13. "Məşəyixu-s-Səuri".
  14. "əl-Muxadramin".
  15. "əl-İntifa bi uhubi-s-siba".

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]