Müqəddəs Matvey adası
Müqəddəs Matvey adası | |
---|---|
ing. St. Matthew Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 357,049 km² |
Uzunluğu |
|
Eni | 6 km |
Sahil uzunluğu | 140 km |
Hündür nöqtəsi | 457 m |
Əhalisi | 0 nəfər |
Yerləşməsi | |
60°25′25″ şm. e. 172°43′12″ q. u.HGYO | |
Ölkə | ABŞ |
Region |
|
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Müqəddəs Matvey adası (ing. St. Matthew Island) — Berinq boğazının cənub hissəsində yerləşən ada. İnzibati cəhətdən ABŞ-nin Alyaska ştatının bir hissəsidir. Leytenant İvan Sindtin ekspedisiyası tərəfindən kəşf edilmişdir. Adada yaşayış yoxdur. 1980-ci ildən ada Alyaska Milli Dəniz Qoruğunun bir hissəsidir.
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Müqəddəs Lourens adasından 310–330 kilometr cənubda yerləşir. Amerika Birləşmiş Ştatlarının 43-cü ən böyük adasıdır. Adanın uzunluğu 52 km, eni 30 ilə 36 km arasında dəyişir. Sahəsi 357.049 km²-dir[1]. Adanın ən hündür nöqtəsi dəniz səviyyəsindən 457 m yüksəklikdədir. Ən şimal nöqtəsi Slava Rossii burnu, ən şərq nöqtəsi Otvyesnı burnudur. Müqəddəs Matvey adasının şimal-qərbində kiçik Holl adası yerləşir.
Hələ XX əsrdə adada ağ və mavi tülkülərə, eləcə də ağ ayılara rast gəlinirdi. Sakit okean kütdimdiyi, kütdimdik və qağayılar kimi quşlar yuva qururlar. Adada rubus chamaemorus, qaragilə, mərcanı və Mərcangilə kimi bitkilər yayılmışdır. Arktika tülküləri və çoxlu quşlar üçün ovlayırdılar[2].
Şimal maralı introduksiyası
[redaktə | mənbəni redaktə et]1944-cü ildə adaya 29 şimal maralı gətirilir. Sonrakı 19 il ərzində onların sayı ildə 32 % artaraq 1963-cü ildə 6000 başa çatır[3]. Həddindən artıq otlaq sahələrinin istifadəsi və ondan sonra baş verən 3 ilik qıtlıq nəticəsində bu say 42 başa düşmüşdür[4]. XX əsrin 80-ci illərdə populyasiya tamamilə yoxa çıxır[5].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Block 1045, Block Group 1, Census Tract 1, Bethel Census Area, Alaska". 2020-02-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-11-30.
- ↑ "Русский мореплаватель и исследователь Ф. П. Литке". «Биофайл» (rus). Archived from the original on 2016-03-04. İstifadə tarixi: 2021-11-02.
- ↑ "Alaska Science Forum (2003)''When Reindeer Paradise Turned to Purgatory''". Gi.alaska.edu (ingilis). 2003-11-13. 2012-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-21.
- ↑ David R. Klein, ''The Introduction, Increase, and Crash of Reindeer on St. Matthew Island'', Alaska Cooperative Wildlife Research Unit, University of Alaska Arxivləşdirilib 2011-07-09 at the Wayback Machine. Dieoff.org. Retrieved on 2011–06-25.
- ↑ Black, Lydia T. Russians in Alaska: 1732–1867. University of Alaska Press, 2004. pp. 213 (ing.)