Lusi Ver
Lusi Ver lat.Lucius Verus | |
---|---|
Lucius Ceionius Commodus Verus | |
8 mart 161 – 7 mart 169 (Mark Avreli ilə birlikdə) | |
Əvvəlki | Antonin Piy |
Sonrakı | Mark Avreli |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri |
Roma İmperiyası Roma |
Vəfat tarixi | †169 |
Vəfat yeri | Altinum |
Vəfat səbəbi | Antonin vəbası |
Dəfn yeri | Müqəddəs Ancelo qəsri |
Fəaliyyəti | siyasətçi |
Atası |
Lusi Eliy (doğma) Antonin Piy (138-ci ildən atalığı) |
Anası | Avidia Plautia |
Həyat yoldaşı | Luçilla |
Dini | Qədim Romada din |
Vikianbarda əlaqəli mediafayllar |
Lusi Avreli Ver (lat. Lucius Ceionius Commodus, Lucius Aelius Commodus, Lucius Aelius Aurelius Commodus; * 15 dekabr 130; † 169 Altinum) — Mark Avreli ilə müştərək 161-169-cu illərdə Roma imperatoru olmuşdur.
Həyatı
[redaktə | mənbəni redaktə et]Kimliyi
[redaktə | mənbəni redaktə et]Doğma atası Lusi Eliy Ver Adrian tərəfindən oğulluğa götürüldüyünə görə qısa müddət imperatorluğa xələf olmuş, lakin 1 yanvar 138- ci ildə Adriandan qabaq vəfat etmişdir. Bundan sonra azyaşlı Lusi Ver növbə üzrə ikinci xələf adlandırılır ki, öz növbəsində imperatorluğu Antonin Piydən Mark Avreli ilə birlikdə qəbul etmiş olur.
Siyasi fəaliyyəti və müştərək imperatorluğu
[redaktə | mənbəni redaktə et]Karyerasına 153- cü ildə Kvestor, 154-cü ildə konsul kimi başlamışdır. 32 yaşında Pretor, 161- ci ildə təzədən konsul kimi fəaliyyət göstərir.
Antonin Piyin ölümündən sonra Mark Avreli artıq hakimiyyətdə olsa da, və senatın idarəetməni tək ona tapşırmasına baxmayaraq hakimiyyəti Lusi Ver ilə bölüşməyi qərara alır.
Ciddi və tədbirli Mark Avrelidən fərqli olaraq, Lusu Ver öz kefi üçün yaşamağa, gününü kef məclislərində, əyləncədə keçirməyi üstün tuturdu. Antik mənbələrdə şəxsiyətinə cox tənqidi yanaşılır və o Neron ilə müqqayisə edilir.
Parfiya müharibəsi
[redaktə | mənbəni redaktə et]162—166-ci illərdə Ver Parfiya çarlığı ilə müharibədə imperiya qoşunlarına rəhbərlik etmişdir.
163- cü ildə Suriyaya gələrək parfiyaya qarşı müharibəyə hazırlaşarkən yüngül vä eşqibazlıq hərəkətləri ilə özünü cox alçaltmışdır. o hətta məşuqəsinin göstərişi ilə saqqalıni qirxmağa məcbur olmuşdur. Sərkərdələri döyüş meydanında çətinliyə düşəndə belə, hətta Kapadokiya valisi öz legionu ilə məğlub edildikdə belə o, öz kefindən qalmırdı. Günlərini ov ovlamaqda, musiqi sədaları altında dəniz gəzintisində keçirirdi. Müharibədən sonra qələbəni Ver və Mark Romada zəfər yürüşü keçirərək qeyd edirlər. Bu qələbənin əldə edilməsində Lusi Verin deyil sərkərdələrin böyük əməyi olmuşdur. Bu müharibədə Mesopatamiya, Suriya və Ermənistan Romanın ərazisinə təzədən qatılmış olur. Bu münasibətlə Lusi Ver özünə yeni lat. Armeniacus ləqəbini götürür.
Əyyaş imperator
[redaktə | mənbəni redaktə et]Romaya geri dönən Lusi Ver tam səfeh və əyyaş bir həyat tərzi keçirir. Kef məclislərindən sonra tez-tez qladiator döyüşləri keçirdərmiş. Mark Avreli fəlsəfi "Düşüncələr"ində Veri belə xarakterizə edir: "...qardaşımın əxlaqı məni özüm öz qeydimə qalmağı vadar edir,amma onun istiqanlılığı və hörmətcilliyi məni sevindirir."
Mark Avreli qardaşının bu hərəkətlərindən utansa da, özünü görməzliyə vururdu. Onu nəzarətsiz buraxmamaq üçün 167-ci ildə Markomann müharibəsində özü ilə yürüşə götürür. Orada Lusi Ver günlərini ovda və kef məclislərində keçirərkən, Mark Avreli bütün işlərin həllini öz üzərinə götürür. Pannon alındıqdan sonra Romaya geri dönürlər.
Ölümü
[redaktə | mənbəni redaktə et]40 yaşına çatmamış insultdan (lat. Apoplexia cerebri) vəfat etmişdir. Onun ölümü Mark Avreli ağlatmışdır. Senat onu " Ilahi Ver" adlandıraraq allahlar sırasına aid etmişdir
SƏLƏF Antonin Piy |
Lusi Ver Nerva-Antonin sülaləsi imperatoru |
XƏLƏF Mark Avreli |
Mənbə
[redaktə | mənbəni redaktə et]- Timothy Barnes: Hadrian and Lucius Verus. In: Journal of Roman Studies 57, 1967