Litva coğrafiyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

LitvaAvropada, Baltik dənizinin sahilində yerləşən dövlət. Sahəsi 65 300 km² təşkil edir.

Sərhədlərinin ümumi uzunluğu — 1 273 km, Belarusiya ilə cənub və cənub-şərqdən — 502 km, Latviya ilə şimaldan — 453 km, Polşa ilə cənubdan — 91 km, Rusiya (Kalininqrad vilayəti) ilə isə qərbdən — 227 km.

Sahil xəttinin uzunluğu — 99 km. Ərazisi əsasən düzənlikdən ibarətdir.

Ölkənin ən hündür zirvəso Aukştoyo (Aukštojo kalnas) dağıdır. Ölkənin cənub-şərqində, Vilnyusdan 23,5 km aralıda yerləşir. Hündürlüyü 283,84 metr təşkil edir.

İri çayları — Neman çayı (Нямунас, lit. Nemunas) və Neris çayı (lit. Neris). Ərazisinfə 3 minə yaxın göl vardır. Ən böyük gölü Drukşyay gölüdür (lit. Drūkšiai, belar. Дрысвяты). Göl Latviya, Litva və Belarusun sərhəddində yerləşir. Sahəsi 44,5 km² təşkil edir. Ən dərin gölü isə Tauraqbas (lit. Tauragnas) gölüdür. Onun dərinliyi isə 61 netrdir. Ən uzun gölü Asveyadır (lit. Asveja, onun maksimal uzunluğu 30 kilometrdir. Dünyanın ən uzun dillərindən biri olan Kurş dilinin bir hissəsi onun ərazusində yerləşir[1].

Litvanın iqlimi mülayimdir. Qərbdən şərqə doğru iqlim kontinentallaşır. Sahildə yanvar ayında -1,6 °C və iyul ayında isə 17,8 °C təşkil edir. Vilnyusda yanvarda -2,1 °C, iyulda isə 18,1 °C olur. Sahildə yağıntının miqdarı 717 mm olduğu halda şərq rayonlarında 490 mm təşkil edir. Qərbdə vegerasiya dövrü 202 gün, şərqdə isə 169 gündür.

Litvanın relyefi əsasən düzənliklərdən ibarətdir. Üstəlik təpəliklər belə vardır. Relyefi buzlaq məşhəllidir. Qərbində Baltik dənizi ilə sahil xəttinə malikdir. Burada hündürlüyü 50 metr, üzunluğu isı 15–20 km olan dyundsn təşkil olunmuş təpəliklər vardır. Nyamunas çayı mənsəbdə delta əmələ gətirir ki, bu ərazidə bataqlıqlaşmışdır. Şərqində Jyamayt yüksəklikləri yerləşir. Daxili hissədə isə buzlaq məşhəlli çökəkliklər vardır. Burada əsasən göllər yerləşir.

Təbii resurslar

[redaktə | mənbəni redaktə et]

Litva təbii ehtiyystlar baxımından olduqca kasıb ölkədir. Burada sasəcə əhəng, gil, kvsars, dolomit və s ehyiyyatlara sahibdir. Bu isə semend istehsalını həyata keçirməyə imkan verir. Üstəlik ölkə zəngin mineral sulsra sahibdir. Ancaq yanacaq əməmiyyətli materiallar isə yoxdur. İlk neft quyusu ölkədə 1950-ci ildə qazılmışdır. Ancaq hazırda bu quyulardan yalnız bir neçəsindən neft çıxarılır. Neft əsasən ölkənin qərbində Baltik dənizinin melfində mövcuddur. Neffən tam güçü ilə istifadə edilsə belə yalnız onun 20 % ölkə iqtisadiyyatını ödəyə bilər. Üstəlik termal sulara sahib olması,onun üçün müəyyən imkanlar yaradır. Az miqdarda belə olsa dəmir ehtiyyatına sahibdir.

Torpaq resursları (1993):

  • Kənd təsərrüfatı əhəmiyyətli şəhər əhəmiyyətli torpaqlar — 35 %
  • Daima istifadədə olan torpaqlar — 12 %
  • Daima otlaq sahəsi kimi istifadə edilən torpaqlar — 7 %
  • Meşə ilə örtülmüş şəhərlər — 31 %
  • Digərləri — 15 %
  • Bostan sahələri — 439 км².
border=none Əsas məqalə: Litva gölləri

Litva ərazisində 2830 göl vardır. Onların böyük əksəriyyətinin sahəsi 0,5 hrktardır. Ümumi sahələri isə 880 km² ərazini əhatə edir. Kiçik göllərin ümumi sayı isə 1600 ədəddir. Bütün göllər ümumilikdə ölkə ərazisinin 1,37 % təşkil edir.

  1. "Country overview and assessment The economics of climate change adaptation in EU coastal areas- Lithuania" (PDF). http://ec.europa.eu/maritimeaffairs/. European Commission Policy Research Corporation. 1, 2. 5 March 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 6 August 2015.