Lindon Conson
Lindon Beyns Conson | |
---|---|
ing. Lyndon Baines Johnson | |
22 noyabr 1963 – 20 yanvar 1969 | |
Vitse-prezident | olmayıb (1963-1965) Hyubert Hamfri (1965-1969) |
Əvvəlki | Con Ficerald Kennedi |
Sonrakı | Riçard Nikson |
20 yanvar 1961 – 22 noyabr 1963 | |
Prezident | Con Ficerald Kennedi |
Əvvəlki | Riçard Nikson |
Sonrakı | Hyubert Hamfri (1965-dən) |
Şəxsi məlumatlar | |
Doğum adı | Lyndon Baines Johnson |
Doğum tarixi | |
Doğum yeri | Stounvol, Texas, ABŞ |
Vəfat tarixi | (64 yaşında) |
Vəfat yeri | Stounvol, Texas, ABŞ |
Partiya | Demokrat partiyası |
İxtisası | Müəllim |
Fəaliyyəti | siyasətçi, müəllim, dövlət xadimi |
Atası | Samuel Conson |
Anası | Rebekka Beyns |
Həyat yoldaşı | Klaudiya Alta Conson (1912-2007) |
Uşaqları |
Linda Börd Conson Rob Lüsi Beyns Conson Tarpin |
Dini | Protestant/İsa Məsih kilsəsi |
Hərbi xidmət | |
Qoşun növü | ABŞ hərbi donanması[1] |
Döyüşlər | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[2], hökumət[2] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Lindon Beyns Conson (ing. Lyndon Baines Johnson; 27 avqust 1908, Stonuoll, Texas, ABŞ — 22 yanvar 1973, Stonuoll, Texas, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 36-cı prezidenti (1965-1969) və 37-ci vitse-prezidenti (1961-1963).
Həyatı
[redaktə | mənbəni redaktə et]Lindon Beyns Conson 27 avqust 1908-ci ildə fermer ailəsində anadan olmuşdur. O, 1930-cu ildə Müəllimlər kollecini bitirmiş, bir müddət dərs demişdir. 1939-1948-ci illərdə ABŞ Demokratlar Partiyasından Nümayəndələr palatasının üzvü, 1949-1961-ci illərdə Texas ştatından senator, 1953-1960-cı illərdə Senatda demokratların lideri olmuşdur.
Prezidentliyi
[redaktə | mənbəni redaktə et]1960-cı ildə partiyadaxili ilkin seçiklərdə ABŞ prezidentliyinə namizədliyini irəli sürmüş, lakin Con Kennediyə məğlub olmuşdur. Kennedi onun cənublu olmasını nəzərə alaraq, seçkilərdə cənub ştatlarının dəstəyini almaq məqsədilə Consona vitse-prezident postunu təklif edir və bu cütlük seçkilərdə qələbə qazanır. 1961-ci il yanvarın 20-də səlahiyyətlərinin icrasına başlayan Lindon Conson 1963-cü il 22 noyabr tarixində Con Kennedinin öldürülməsindən dərhal sonra and içərək prezident vəzifəsini tutmuşdur.
Onun hakimiyyət dövrü cənub ştatlarında hökm sürən irqi ayrıseçkiliyin aradan qaldırılması, ümumi tibbi sığortanın (Medicare, Medicaid) tətbiqi, "Yoxsulluğa qarşı mübarizə" proqramının qəbulu və ABŞ-nin Vyetnamdakı hərbi iştirakının artması və müharibənin qızışması ilə xarakterizə olunur.
Conson 22 yanvar 1973-cü ildə keçirdiyi sayca üçüncü infarktdan vəfat etmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 Biographical Directory of the United States Congress (ing.). GPO, 1903.
- ↑ 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
- 27 avqustda doğulanlar
- 1908-ci ildə doğulanlar
- 64 yaşında vəfat edənlər
- 22 yanvarda vəfat edənlər
- 1973-cü ildə vəfat edənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Bioqrafik qaralamalar
- ABŞ prezidentləri
- ABŞ vitse-prezidentləri
- ABŞ siyasətçiləri
- Demokrat Partiyasının üzvləri (ABŞ)
- ABŞ prezidentliyinə namizədlər (1968)
- ABŞ prezidentliyinə namizədlər (1964)
- ABŞ prezidentliyinə namizədlər (1960)
- ABŞ prezidentliyinə namizədlər (1956)
- İrlandəsilli amerikalılar