Kristian Dior
Kristian Dior | |
---|---|
fr. Christian Dior | |
Doğum tarixi | 21 yanvar 1905[1][2][…] |
Vəfat tarixi | 24 oktyabr 1957[3] (52 yaşında) |
Vəfat səbəbi | ürək tutması |
Fəaliyyəti | iş adamı |
Fəaliyyət illəri | 1929–1957 |
dior.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Kristian Dior (21 yanvar 1905[1][2][…] – 24 oktyabr 1957[3]) — fransız modelyer.
Həyatı
[redaktə | mənbəni redaktə et]O, 1940-cı illərin sonları və 1950-ci illərin əvvəllərinin ən qüdrətli və nüfuzlu modelyeri, həmçinin müharibədən sonrakı illərdə modanın yeni erasını açmaqla yanaşı, həm də adını tarixə modanın tacsız şahı kimi yazdırdı. Dior bu modanı biznes sahəsi kimi inkişaf etdirmək üçün onun yeni modelini yaratdı. O, bir neçə məhsulu bir brend altında birləşdirərək tarixdə ilk moda imperiyasının əsasını qoydu. Kristian Dior öz xatirələrində belə yazırdı: "Karyeram barədə danışmağa başlamazdan əvvəl böyük hərflərlə «UĞUR» sözünü yazmasam naşükür olaram". 1905-ci ildə kiçik bir əyalətdə dünyaya göz açan Kristian xoşbəxt uşaqlıq dövrü keçirib. O, tədris ilində Parisdə təhsil alır, yay tətillərini isə Normandiyada keçirirdi. Onun gələcək karyerasından xəbər verən yeganə işarət Kristianın hələ kiçik yaşlarından vətəni Qranvildə keçirilən karnavallar üçün kostyumları özünün hazırlaması idi. Parisdə olarkən o bütün asudə vaxtlarını muzey və qalereyalarda keçirirdi. Ailəsinin istəyi ilə politologiya üzrə təhsil aldıqdan sonra Kristian Dior yenidən bütün vaxtını öz sevimli məşğuliyyətinə həsr edir. Dostu Jak Banjan ilə birgə kiçik qalereya açır. Həyatı sevən Kristian, ağır həyat sınağı ilə qarşılaşır. Vərəm xəstəliyinə yoluxması və bu üzdən qalereyadan uzaqlaşması onu çox sarsıdır. Xəstəliyinə görə, ətrafdakılardan təcrid olunmaq məcburiyyətində qalan Dior başını qatmaq üçün dizayna başlayır. Dostu isə onun çəkdiyi eskizləri moda aləminin məşhur nümayəndələrinə göstərirdi. 1938-ci ildə Dior bu sahədə ilk uğurlu addımını atır. O, Robber Pijenin moda Evində işləməyə başlayır.
1946-cı ilə də gənc rəssam yeni bərpa olunan "Filipp Qaston" Moda Evinin direktoru vəzifəsinə dəvət edilir. 1946-cı ildə Kristian Marsel Busakın maliyyə dəstəyi ilə öz şəxsi moda evini açmağa müvəffəq olur. Onun 1947-ci ildə ilk dəfə nümayiş olunan kolleksiyası Diora çox böyük uğur qazandırır. Müharibədən sonra hamının əsgər obrazında görməyə alışdığı qadınların zolaqlı enli ətəklərdən istifadə etməsi cəmiyyətdə əsil rezonans doğurur. Onun ilk kolleksiyasına daxil olan ətəklərdə əsas diqqəti çəkən məqam büzülmüş incə bel, kiçik çiyinlər, düz və həddindən artıq enli ətəklər idi. Yoxsulluq və qadağalar içərisində yaşamaqdan bezən Parisin cazibədar xanımları bu kolleksiyanı böyük məmnuniyyətlə qəbul edirlər. Amma döyüşü udmaq hələ müharibədə qalib gəlmək demək deyildi. Uğurlu karyera üçün isə bu uğurun ardı gəlməli idi. Çoxları ona "Ölkədə həyatın hələ tam bərpa olunmadığı, hakimiyyətin bir-birinin ardınca dəyişdiyi bir vaxtda o, ölkəni belə bər-bəzəyə qərq etməyə necə cəsarəti çatır?" deyirdi. Lakin o, bu sözlərə heç fikir belə vermədən öz işlərinə davam edirdi. Uzun illərdən sonra Diorun adı eleqantlığın və gözəlliyin etalonu kimi səslənməyə başlayır. 1947-ci ildə Dior yüksək moda Oskarı ilə təltif olunur. 1947-ci ildən 1957-ci ilədək Kristian Dior hər il iki müxtəlif kolleksiya ilə ictimaiyyət qarşısına çıxırdı. Kristian Dior moda evində müxtəlif dərilərdən hazırlanan xəz şöbəsi və "Dior ətirləri" şirkətini yaratdı. Dior hesab edirdi ki, ətir hər bir şəxsi tamamlayan və onun geyiminin son akkordunu vuran vasitədir. Beləliklə, 50-ci illərin ortalarında Dior böyük bir imperiyaya rəhbərlik etməyə başlayır. 1950-ci ildə qədirbilən xalqı Kristian Dioru Fəxri Legion ordeni ilə təltif edir. İngiltərə şahzadəsi öz kolleksiyasını nümayiş etdirmək üçün onu Londona dəvət edir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Christian Dior // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 The Fine Art Archive. 2003.
- ↑ RKDartists (nid.).