Kinq adası (Alyaska)
Kinq adası | |
---|---|
ing. King Island, iny. Ugiuvak | |
Ümumi məlumatlar | |
Sahəsi | 2 km² |
Uzunluğu |
|
Eni | 2,2 km |
Hündür nöqtəsi | 200 m |
Əhalisi | 0 nəfər (2000-ci il) |
Yerləşməsi | |
64°58′ şm. e. 168°05′ q. u.HGYO | |
Ölkə | ABŞ |
Ştat | |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kinq adası (ing. King Island, iny. Ugiuvak) — Berinq dənizində, Alyaskanın qərbində, Duqlas burnundan 64 km məsafədə, Şahzadə Uels burnunun cənubunda yerləşən ada.
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Ada qayalıqdır və hündürlüyü 200 m-ə qədərdir. Uzunluğu 1,6 km-dir. Dəniz buzdan təmizləndikdə (adətən iyun-noyabr aylarında) ada dəniz iqliminə malik olur[1]. Soyuq mövsümdə kontinental iqlim hökm sürür. Yayda orta temperatur +5 .. + 10 °C, qışda −20 ..- 15 °C-dir. Orta illik yağıntı 250 mm (həmçinin 850 mm qar) təşkil edir.
Tarix
[redaktə | mənbəni redaktə et]Adanı ilk görən avropalı Ceyms Kuk olmuşdur. 1778-ci ildə o, adanı tədqiq etmiş və onu ekspedisiyanın üzvü leytenant Ceyms Kinqin şərəfinə adlandırmışdır[2].
20-ci əsrin əvvəllərində ada burada morj və suiti ovlayan 200-ə yaxın eskimosun qışlama yeri olur (onlar Ukivok kəndində yaşayırdılar). Yayda eskimoslar adadan kənara kayakla üzür və Alyaskanın materik sahillərində balıq tuturdular. 1937-ci ildə adada 45 evdə 190 nəfər yaşayırdı. Katolik kilsəsi və məktəb var idi. 1960-cı illərdə iqtisadi amillərə görə sakinlər adanı tərk edərək Noma köçürlər. Alyaskanın yerli yaşayış məskənləri haqqında qanuna (ing. Alyaska Native Claims Settlement Act) əsasən, ada keçmiş kəndlilərə məxsusdur. 1980-ci ildən Alyaska Milli Dəniz Qoruğunun bir hissəsidir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "AreaInfo" (ingilis). National Telecommunications and Information Administration, U.S. Department of Commerce. 2012-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyun 2010.
- ↑ "King Island" (ingilis). National Telecommunications and Information Administration, U.S. Department of Commerce. 2012-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyun 2010.