Kekinin evi
Kekinin evi | |
---|---|
55°47′38″ şm. e. 49°07′42″ ş. u.HGYO | |
Ölkə | Tatarıstan |
Şəhər | Kazan |
Yerləşir | Qorkiy küçəsi 8/9 |
Memar | Henrix Ruş |
Tikilmə tarixi | 1903-1905 |
Üslubu | Eklektika Modern və Neoqotika |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kekinin evi — Kazan şəhərində Qorki 8/9 ünvanında yerləşən, şəhərin mədəni irsi olan ev. Bina özündə modern və neoqotikanı cəmləyən eklektik üslubda inşa edilib. Binanın elementləri arasında mərakeş motivlərinə rast gəlmək mümkündür.[1][2][3]
Haqqında
[redaktə | vikimətni redaktə et]Binanın tikintisi 1903-1905-ci illərdə olub və memar Henri Ruşun son işidir. Binanı sifariş verən yeni evdən əlavə Kazanda bir çox binanın sahibi olan tacir milyonçu Leonti Kekin idi.[1] Bina gəlir evi kimi istifadə olunub.[3] 1910-1914-cü illər arasında binada V.Ryaxinanın özəl gimnaziyası, Təhsili yaymaq üçün pedaqoji cəmiyyətin gimnaziyası, N.Benevskinin hazırlıq məktəbi, Kazan dairəsinin yol və əlaqə idarəsi, S.Palçinskinin kitabxanası, L.Qrossun nəşriyyatı, P.Şatalovun kitab mağazası, A.Afanasyevin çaxır baqqalı və M.Tuxvatullinanın dükanı yerləşib.
Sovet hökumətinin dövründə Kekinin evi dövlət mülkiyyətinə keçir. Müxtəlif dövrlərdə binada Kazan hərbi komissarlığı, Rayon su nəqliyyatının idarəetməsi idarəsi, 1 nömrəli yeməkxana yerləşib.[2]
XX əsrin sonlarında bina qəzalı vəziyyətə düşüb. 1998-ci ildən bina istifadə olunmayıb, istilik sistemi söndürülüb bu isə özlüyündə bina daxili dağıntılara səbəb olub. 2005-ci ildə bina xarici görünüşünü qorumaqla birlikdə yenidən qurulur və binaya yeraltı qaraj əlavə edilir. Təmirdən sonra binanın ticarət və ofis üçün istifadəsi nəzərdə tutulub.[1]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Şəkilləri
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 "Дом Кекина - дом-метафора, дом-загадка" (rus). Казанские истории. 2020-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-11.
- ↑ 1 2 Russia Kazan guide. "Дом Кекина" (rus). www.photokzn.ru. 2018-12-11. 2020-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-11.
- ↑ 1 2 "Главная / Казань тысячелетняя / Казань в достопримечательностях /". nik-rech.narod.ru. 2020-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-11.