Katod

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qalvanik mühitdə olan mis katod

Katod (yunanca χάθοδος - aşağıya hərəkət) — məbənin mənfi qütbü (qalvanik elementin, elektrik batareyası və s.) və ya cərəyanın mənfi qütbünə qoşulmuş hər hansı bir qurğunun elektrodudur.

Elektroliz prosesi zamanı (məhluldan elementlərin alınması və onların sabit elektrik cərəyanı altında əriməsi) katod mənfi qütbdür, onun üzərində metalın bərpası baş verir.

Bu anlayış fizika elminə Maykl Faradey tərəfindən daxil edilmişdir.

Qarayev, Z. Qeyri-üzvi kimya. Bakı: Maarif, 1983, 436s.