Karbon qazı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Karbon qazı
Molekulyar modelin şəkli
Ümumi
Kimyəvi formulu CO2
Molyar kütlə 44,01 q/mol q/mol
Fiziki xassələri
Sıxlıq 44,01 q/sm q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi -78  °S
Qaynama nöqtəsi -57  °S
Buxarın təzyiqi 5.724.862,5 Pa
Təsnifatı
CAS-da qeyd. nöm. 124-38-9
PubChem
RTECS FF6400000
ChEBI 16526
BMT nömrəsi 1013
ChemSpider

Karbon qazı CO2 ,karbon(IV) oksid, karbon dioksid.

Изменения концентрации CO2 в ppm на протяжении последних 400 тыс. лет (сверху — за последнюю тысячу лет)

Fiziki xassələri

[redaktə | mənbəni redaktə et]

Rəngsiz, iysiz qazdır. Havadan ağırdır. Yanmır və yanmanın qarşısını alır. Atmosfer təzyiqdə -78,5 °C-dən aşağı temperaturda karbon qazı mayeləşmədən birbaşa bərk hala keçir. Ona görə də "quru buz" adlanır.

  • Təbii mineralların parçalanmasından:
CaCO3 □(→┴t ) CaO + CO2
  • Təbii qazın yandırılmasından:

CH4 + 2O2 → CO2 + 2H2O

  • Laboratoriyada karbonat turşusunun duzlarına qüvvətli turşularla təsir etməklə alınır

Na2CO3 + 2HCl → 2NaCl + CO2 + H2O

Kimyəvi xassələri

[redaktə | mənbəni redaktə et]

CO2 − karbonat turşusunun anhidrididir. Turşu oksidlərinin ümumi xassələrini göstərir:

  • CO2+ H2O↔ H2CO3
  • Na2O + CO2→Na2CO3
  • 2NaOH + CO2 → Na2CO3 H2O

Karbon qazını əhəng suyu ilə təyin edirlər:

  • Ca(OH)2 + CO2 → CaCO3 +H2O

Karbon qazı ammonyakla karbamid əmələ gətirir:

  • CO2 + 2NH3 □(→┴t ) CO(NH2)2 + H2O

Oksidləşdirici kimi kömür və magneziumla reaksiyaya daxil olur:

  • CO2 + C □(→┴t ) 2CO
  • CO2 + 2Mg □(→┴t ) 2 MgO + C

Təbiətdə bitkilərin yaşıl yarpaqlarında(xlorofildə) fermentlərin iştirakı ilə havada olan karbon qazı və torpaqdan udulmuş su hesabına fotosintez prosesi gedir, qlükoza sintez olunur:

  • 6CO2 + 6 H2O □(→┴hϑ ) C6H12O6 + 6O2

Zəhərli qaz deyil, amma havada karbon qazının normadan çox olması orqanizmə zəhərləyici təsir göstərərək hipoksiyaya səbəb olur.Tərkibində 1,5-3% CO2 olan hava ilə uzun müddət ( bir neçə gün) nəfəs aldıqda qusma və başgicəllənmə başlayır, CO2 6%-dən çox olduqda isə ürəyin fəaliyyəti zəifləyir və həyat üçün təhlükəli vəziyyət yaranır..

Karbon qazı soda, qazlı içkilərin, karbamidin, yuyucu vasitələrin istehsalında, quru buzun alınmasında istifadə olunur. Həmçinin neftin çıxarılmasında, pensilin istehsalında, mədənlərdə partlayıcı maddələrin soyudulmasında, yanğının söndürülməsində tətbiq olunur.

  1. Краткая химическая энциклопедия.М., изд."Советская энциклопедия", 1967, т.V, с 314-315.
  2. Химический энциклопедический словарь. М., изд. "Советская энциклопедия", 1983, с.602.