Kaliforniya qızıl hərisliyi
Kaliforniya qızıl hərisliyi | |
---|---|
Tarix | 1855 |
Başlama tarixi | 24 yanvar 1848 |
Bitmə tarixi | 1854 |
Vikianbarda əlaqəli mediafayllar |
Kaliforniya qızıl hərisliyi — 1848-ci il yanvar ayının 24-də ştatın paytaxtı olan Sakamento yaxınlığında başlayıb. Həmin gün taxta zavodunun su hovuzunu Ceyms Vilson Marşal Amerikan çayı sahilində qızıla oxşar nəsə tapır. Metalın azot turşusu ilə yüngülvarı yoxlanışı göstərir ki, Marşalın əlində saxladığı metal noxud boyda yüksək əyarlı qızıl dənələridir. Taxta zavodunun sahibi isveçrəli mühacir və qızılaxtaran sahibkar qızılaxtaranların əraziyə gəlişini qarşısını almaq üçün bu tapıntını gizlətməyə çalışır. Lakin onların bütün cəhdləri nəticəsiz qalır, kəşfi yalnız bir həftə sirr olaraq saxlamaq mümkün olur.[1][2] Kəşf xəbəri yayılan kimi, ABŞ-nin digər ştatlarından və xaricdən təqribən 300.000 insan Kaliforniyaya gəldi.
Tarixi
[redaktə | mənbəni redaktə et]Qısa bir müddətdə xəbər San-Fransisko şəhərinə qədər yayılır. Yerli qəzetlər təzə xəbəri çap etməyə tələsir. Bəziləri isə bunu növbəti qəzet sensasiyası kimi qəbul edir. Əlbəttə ki, qızlın aşkar olduğu ərazidə külçə axtarışına çıxan inşalar insanlar peyda olur. Amma hələ ki kütləvi axtarışlardan söhbət belə gedə bilməzdi[3] .
Kaliforniyadakı qızıl yataqlarının "təbliğatında" mühüm rol isə San-Fransiskodan olan Sem Brennan adlı tacirin öhdəsinə düşür. Məhz o bilərəkdən Kaliforniya torpaqlarında gizlənən böyük sərvət və qızıllar haqqında şayiələr yaymağa başlayır. Ən maraqlısı isə odur ki, Brennan özü heç də müstəqil şəkildə qızıl axtarışı ilə məşğul olmağa can atmır, bu onun heç ağlının ucundan belə keçmir. O, sadəcə ona ümid edir ki[4], əgər bura kəşfiyyatçıların və qızıl axtaranların kütləvi axını olarsa, onda o, öz gündəlik tələbat və məişət mallarını daha yaxşı sata biləcək, onun satışları artacaq. Beləliklə, bu yerə insanlar axın etməyə başlayanda Sem onlara bel, kürək, tavan-qaza və çoxlu sayda digər əşyalar sata bilər. Yekunda o bunun sayəsində xeyli sərvət toplamağa müyəssər olur. Həmin dövr üçün kifayət qədər zəngin insana çevrilir[5][6].
Kaliforniyada çap edilən elan. Elanda gəminin qızıl olan ərazilərə, hərəkət edəcəyi bildirilir, (1850)[7].
Xəbərlərin yayılma arealı genişləndikcə , qızılaxtaranların sayı da tədricən artır. Əgər əvvəlcə bu yaxın kənd və şəhərlərin əhalisi idisə, tezliklə Kaliforniyaya digər ştatlardan da insan axını başlayır. Gələnlərin bir çoxu hətta yüksək əziyyət tələb edən bu işə yerli hindu əhalini də cəlb edir ki, işin çətin və qara hissəsini onlar görsün[8]. Tapılan qızılın miqdarı o qədər çox olur ki, ilk ilin sonunda San-Fransiskodan bu qiymətli metal ilə yüklənmiş gəmilərin apardığı qızılın miqdarı yarım milyon dollara bərabər olur, bu qızıl sikkə istehsalı üçün nəzərdə tutulmuşdu[9].
Marşallın unikal tapıntısından sonra, Kaliforniyada qızıl hərisliyinin tarixi daha böyük şiddətlə inkişaf etməyə başlayır. Tezliklə xəbər bütün Amerikaya yayılır. Syerra-Nevadanın (ABŞ-nin cənub-qərbində) qərb yamacları boyunca 320 km uzunluğunda, 130 km enində olan zolağın qızıllı olduğu aşkar edilir[10]. Daha sonra xəbər bütün dünyaya yayılır. Bununla da buraya nəinki Amerikadan, Çin, Avstraliya, Yeni Zelandiya kimi uzaq ölkələrdən qızıl axtaranların axını başlayır. 1849-cu ildə əhalinin sayı 80 minə qədər artmışdı, cəmi 10 ildən sonra isə bu rəqəm 400 min nəfərə çatır[11][12].
Kaliforniyada qızıl istismarı bir neçə il davam etmişdir. Qızıl səpintiləri qızılaxtaranların tələbatını ödəmirdi. Qızılaxtaranlar artıq səpintilərin deyil, qızıl filizlərinin kəşflərini gözləyirdi. 1850-ci ilin oktyabrında Qold Hill dağının yaxınlığında ilk qızıl damarı tapıldı və burada tezliklə Nevada Siti şəhəri salandı[13]. Uzunluğu 190 km, eni isə 2 km olan filiz zonası Ana damar adlandırılmışdır. Burada qızıl 40 mədəndə 100 ilə yaxın müddətdə hasil olunurdu[14]. Qızıl damarlarının çoxu 1350 m dərinliyə qədər istismar edilirdi. Həmin dövrdə Amerika Birləşmiş Ştatlarının qızıl istehsalının üçdə birini Kaliforniya ştatında olan mədənlərdən əldə edilirdi[15].
Qızıl kəşfiyyatçıları arasında müxtəlif peşədən olan insanlar var idi: fermerlər, əsgərlər, müəllimlər və digər adamlar. Amma onların hamısını bir ümumi məqsəd birləşdirirdi: onlar bura öz "amerika arzularını" reallaşdırmaq üçün gəlmişdi.
Bəzi nəzərə çarpacaq əngəllərə baxmayaraq, Kaliforniya qızılını çıxarmaq elə də çətin deyildi -əksər hallarda o, demək olar ki, ayaqların altına səpilmişdi. Alyaskanın donmuş torpaqlarından onu tapıb çıxarmaq daha çətin idi. Alyaskada qızıl olması ilə bağlı ilk iddialar 1872-ci ildə eşidildi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ ""The Gold Rush of California: A Bibliography of Periodical Articles". California State University, Stanislaus. 2002. 2012-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-01-23. (ing.)
- ↑ "Marshall Gold Discovery SHP". 2010-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-03.
- ↑ "California Gold Rush, 1848–1864". Learn California.org, a site designed for the Secretary of State of California. July 27, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 22, 2011.
- ↑ For a detailed map, see California Historic Gold Mines Arxiv surəti 14 dekabr 2006 tarixindən Wayback Machine saytında Arxivləşdirilib dekabr 14, 2006, at the Wayback Machine, published by the State of California. Retrieved December 3, 2006.
- ↑ Bancroft, Hubert (1888), pp. 32–34.
- ↑ "Gold Nugget". National Museum of American History (ingilis). 22 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 January 2021.
This small piece of yellow metal is believed to be the first piece of gold discovered in 1848 at Sutter's Mill in California, launching the gold rush. James Marshall was superintending the construction of a sawmill for Col. John Sutter on the morning of January 24, 1848, on the South Fork of the American River at Coloma, California, when he saw something glittering in the water of the mill's tailrace. According to Sutter's diary, Marshall stooped down to pick it up and "found that it was a thin scale of what appeared to be pure gold." Marshall bit the metal as a test for gold.
- ↑ Holliday, J. S. (1999), p. 60.
- ↑ Brands, H. W. (2002), pp. 103–121
- ↑ Rawls, James J. (1999), p. 5.
- ↑ Rohrbough, Malcolm. "No Boy's Play: Migration and Settlement in Early Gold Rush California." California History 79, no. 2 (2000): 25–43. Accessed December 7, 2020. doi:10.2307/25463687. pg.32–33
- ↑ Holliday, J. S. (1999), p. 51. "800 residents"
- ↑ Rawls, James J. (1999), p. 9.
- ↑ Starr, Kevin and Orsi, Richard J. (eds.) (2000), pp. 53–56.
- ↑ Rawls, James J. (1999), p. 3.
- ↑ Rohrbough, Malcolm. "No Boy's Play: Migration and Settlement in Early Gold Rush California." California History 79, no. 2 (2000): 25–43. Accessed December 7, 2020. doi:10.2307/25463687. pg.33
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Burchell, Robert A. "The Loss of a Reputation; or, The Image of California in Britain before 1875". California Historical Quarterly. 53 (3). Summer 1974: 115–130. doi:10.2307/25157500. ISSN 0097-6059. JSTOR 25157500.
- Burns, John F. and Richard J. Orsi (eds.). Taming the Elephant: Politics, Government, and Law in Pioneer California. Berkeley and Los Angeles: University of California Press. 2003. ISBN 978-0-520-23413-0. ([[:Category:|link]])[[Category:]]
- Drager, K.; C. Fracchia. The Golden Dream: California from Gold Rush to Statehood. Portland, Oregon: Graphic Arts Center Publishing Company. 1997. ISBN 978-1-55868-312-9.
- Durham, Walter T. Volunteer Forty-Niners: Tennesseans and the California Gold Rush. Nashville, Tennessee: Vanderbilt University Press. 1997. ISBN 9780585170930. OCLC 44959444.
- Dwyer, Richard A.; Richard E. Lingenfelter; David Cohen. The Songs of the Gold Rush. Berkeley and Los Angeles: University of California Press. 1964.
- Eifler, Mark A. Gold Rush Capitalists: Greed and Growth in Sacramento. Albuquerque: University of New Mexico Press. 2002. ISBN 978-0-8263-2822-9.
- Hart, Eugene. A Guide to the California Gold Rush. Merced: Freewheel Publications. 2003. ISBN 978-0-9634197-2-9.
- Helper, Hinton Rowan. The Land of Gold: Reality Versus Fiction. Baltimore: H. Taylor. 1855.
- Holliday, J. S.; Swain, William. The World Rushed in: The California Gold Rush Experience. Norman: University of Oklahoma Press. 2002 [1981]. ISBN 978-0-8061-3464-2.
- Hurtado, Albert L. John Sutter: A Life on the North American Frontier. Norman: University of Oklahoma Press. 2006. ISBN 978-0-8061-3772-8.
- Klare, Normand E. The Final Voyage of the SS Central America 1857. Ashland, Oregon: Klare Taylor Publishers. 2005. ISBN 978-0-9764403-0-7.
- Knorr, Lawrence. A Pennsylvania Mennonite and the California Gold Rush. Camp Hill: Sunbury Press. 2008. ISBN 978-0-9760925-8-2.
- Lienhard, Heinrich. "Wenn Du absolut nach Amerika willst, so gehe in Gottesnamen!", Erinnerungen an den California Trail, John A. Sutter und den Goldrausch 1846–1849. Herausgegeben von [edited by] Christa Landert, mit einem Vorwort von [foreword by] Leo Schelbert. Zürich: Limmat Verlag, 2010, 2011. ISBN 978-3-85791-504-8
- Owens, Kenneth N. (ed.). Riches for All: The California Gold Rush and the World. Lincoln: University of Nebraska Press. 2002. ISBN 978-0-8032-8617-7. ([[:Category:|link]])[[Category:]]
- "Haun Collection Archive". May 20, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 14, 2017.
- Roberts, Brian. American Alchemy: The California Gold Rush and Middle-class Culture. Chapel Hill: University of North Carolina Press. 2000. ISBN 978-0-8078-4856-2.
- Rohrbough, Malcolm J. Days of Gold: The California Gold Rush and the American Nation. Berkeley and Los Angeles: University of California Press. 1998. ISBN 978-0-520-21659-4. online edition Arxivləşdirilib 2019-12-23 at the Wayback Machine
- Stiles, T.J. The First Tycoon: The Epic Life of Cornelius Vanderbilt. Knopf. 2009. ISBN 9780375415425.
- Watson, Matthew A. "The Argonauts of '49: Class, Gender, and Partnership in Bret Harte's West". Western American Literature. 40 (1). 2005: 33–53. ISSN 0043-3462.
- Witschi, N. S. (2004). "Bret Harte." Oxford Encyclopedia of American Literature. Ed. Jay Parini. New York: Oxford University Press. 154–157.
- Witschi, N.S. Traces of Gold: California's Natural Resources and the Claim to Realism in Western American Literature. Tuscaloosa: University of Alabama Press. 2002. ISBN 978-0-8173-1117-9.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]
- California Gold Rush chronology at The Virtual Museum of the City of San Francisco
- Gold at the website of United States Geological Survey
- Gold Country Museum in Placer County, California
- "California as I Saw It:" First-Person Narratives of California's Early Years, 1849–1900 Library of Congress American Memory Project
- University of California, Berkeley, Bancroft Library
- The University of California, Calisphere, 1848–1865: The Gold Rush Era Arxivləşdirilib 2016-06-20 at the Wayback Machine
- California State Library, "California As We Saw It": Exploring the California Gold Rush, online exhibit Arxivləşdirilib 2018-01-04 at the Wayback Machine
- Map of North America during the California Gold Rush at omniatlas.com
- Lewis B. Rush diary, diary of a gold rush miner, MSS SC 161 at L. Tom Perry Special Collections, Harold B. Lee Library, Brigham Young University
- Gold Rush Collection. Yale Collection of Western Americana, Beinecke Rare Book and Manuscript Library.