Kürdüstan ostanı
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Kürdüstan ostanı | |
---|---|
35°43′40″ şm. e. 46°58′01″ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Sənəndəc |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | IR-12 |
Telefon kodu | 0871 |
Vikianbarda əlaqəli mediafayllar |
Kürdüstan ostanı — İranın qərbində ostan. Mərkəzi Sənəndəc (və ya Sənnə) şəhəridir.
Ərazi
[redaktə | mənbəni redaktə et]Ostanın ərazisi 29.151 km² — dir .[2] Ostan şimaldan Qərbi Azərbaycan, şərqdən Zəncan, cənub-şərqdən Həmədan və cənubdan Kirmanşah ostanları ilə həmsərhəddir.
Əhali
[redaktə | mənbəni redaktə et]- 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1.440.156 nəfər əhali yaşayır .[4]
- Ostan əhalisinin çoxunu etnik kürdlər təşkil etməklə[5] yanaşı, burada azərbaycan türkləri (əsasən Qürvə və Bicar[6] şəhristanında)[7][8][9][10][11], lurlar[12], assuriyalılar və farslar da yaşayırlar .
Azərbaycan-Kürdüstan sərhəddi
[redaktə | mənbəni redaktə et]Hal hazırda Kürdüstan ostanının sınırlarında yerləşən Bicar və Qürvə bölgələri tarixən Azərbaycan sınırlarında yerləşiblər. Bu ərazi miladdan öncə Manna — Midiya dövləti, Sasanilər zamanı və… zamanlarda Azərbaycan sınırlarında yerləşibdir.
Qacar sülasəsinin ikinci padişahi Fətəlişah zamanı (1176–1213 şəmsi, 1797–1834 miladi və 1212–1250 qəməri illərində) hələ Həmdan, Zəncan və indiki Kürdüstan əylətinə tabe olan Bicar, Gərus və Qürvə Azərbaycan sınırlarında yerləşirdilər. Əfzəl-əltarix də yazılan kimi Fətəli şah zamanı rəsm belə idi ki, şahzadələrin hər birisi bir vilayətin başçılığına təyin olurdular, ancaq o zaman şahzadə Dara hökumətsiz qalır, sədriəzəm Şəfi sədr belə qərara gəlir ki, Qəzvin, Gərüs, Həmədan və Fəlan buluki(?) ni Azərbaycandan ayırıb Zəncanla birlikdə Xəmsə vilayəti yaratsın ta şahzadə oraya hökumət edə bilsin. Bu zaman Xəmsə vilayəti Azərbaycana tabe qalır və şahzadə nayib-əlsəltənə nəzəri altında işə başlayır (Qacarlar dönəmi Təbriz ikinci paytaxt kimi nayib-əlsəltənənin məkanıdı). Fətəli şahın ölümündən sonra Məhəmməd şah hökumətə və Mirzə ağası sədri-əzəmliyə çatır. Vəzir Məhəmməd Sadıq xan Gərüsinin ölümündən sonra 1260-cı qəməri ilində Gərüs vilayətin nayib-əlsəltənənin ixtiyarı altından çıxardır və hökumətin müstəqil edir ta şah və sədri-əzəm eliyə bilsin oranın hakimin rahatcasına əzl və nəsb edə bilsinlər.[13]
1325-ci qəməri ilində İranın əyalət və vilayət qanunu (qanun-e iyalat və vilayat-e İran) milli məclisin təsvibindən keçdi və bu qanun əsasında İran 27 əyalət və vilayətə bölündü. Bu bölünmələr əsasında Gərus hələ də müstəqil bir vilayət kimi saxlanıldı. Milli hökumət Pişəvəri zamanında Gərusu ələ keçirməyə çalışsa da dövləti nirular önündə iş qabağa apara bilmədi və bu çalışma uğursuz oldu.
1316-cı şəmsi ilində Pəhləvilər ilk inzibati bölmələri (təqsimat-e siyasi) başlandı. Bu əsasda İran 10 ostan və 49 şəhristana bölündü. Bu bölmələr əsasında Gərus beşinci ostana verildi. Beşinci ostanda İlam, Kirmanşah, Bicar, Sənəndəc və Şahabad yerləşirdi. 1318-ci şəmsi ilində Azərbaycan ostanı iki yerə bölünən zaman (üçüncü və dördüncü ostan) Bicar Gərüs şəhristanı beşinci ostandan ayrıldı və batı Azərbaycan ostanına izafə olundu. 1325-ci şəmsi ilində Həmədan əyalətinə verildi və 1337-ci şəmsi ilində Həmədan əyalətindən ayrıldı və Kürdüstan ostanına verildi. Bu bölgə indi iki bölgəyə bölünməklə (Bicar və Qürvə) Kürdüstan əyaləti sınırlarında qalmaqdadır.[14][15]
Kürdüstan ostanının şəhristanları[16]
[redaktə | mənbəni redaktə et]- Banə şəhristanı
- Bicar şəhristanı
- Sənəndəc şəhristanı
- Divandərə şəhristanı
- Sərvabad şəhristanı
- Səqez şəhristanı
- Qürvə şəhristanı
- Kamyaran şəhristanı
- Mərivan şəhristanı
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kürdüstan şəhristanlarının əhalisi 2006-cı il (1385-ci günəş ili) siyahıya almasının açıqlanmış yekunlarına əsasən 1 440 156 nəfər olmuşdur.[17]
Şəhristanlar | Əhalinin sayı[18] |
---|---|
Sənəndəc şəhristanı | 409,628 |
Saqqız şəhristanı | 205,250 |
Qürvə şəhristanı | 196,972 |
Mərivan şəhristanı | 150,926 |
Banə şəhristanı | 116,773 |
Kamyaran şəhristanı | 104,704 |
Bicar şəhristanı | 95,461 |
Divandərə şəhristanı | 82,628 |
Sərvabad şəhristanı | 77,814 |
İstinadlar
[redaktə | mənbəni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ جمعیت به تفکیک تقسیمات کشوری (fars.). 1965.
- ↑ "World Gazetteer : Iran: divisions administratives (superficie (km²))". 2012-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-18.
- ↑ شماره کتابشناسی ملی:۲۸۸۶۸۸۴طرح بررسی و سنجش شاخصهای فرهنگ عمومی کشور (شاخصهای غیرثبتی){گزارش}:استان کردستان/به سفارش شورای فرهنگ عمومی کشور؛ مدیر طرح و مسئول سیاست گذاری:منصور واعظی؛ اجرا:شرکت پژوهشگران خبره پارس -شابک:۷-۵۵-۶۶۲۷-۶۰۰-۹۷۸ *وضعیت نشر:تهران-موسسه انتشارات کتاب نشر ۱۳۹۱ *وضعیت ظاهری:۲۸۱ ص:جدول (بخش رنگی)، نمودار (بخش رنگی)
- ↑ "İran Statistika Mərkəzi : İranın ostanları (ingiliscə)". 2008-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-18.
- ↑ "Government of Kurdistan Province". 2013-05-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-07-08.
- ↑ Government of Kurdistan Province (Persian) Arxivləşdirilib 2011-05-11 at the Wayback Machine Bicar
- ↑ Government of Kurdistan Province (Persian) Arxivləşdirilib 2013-08-08 at the Wayback Machine Qürvə
- ↑ "ghorveh Municipality website (Persian)". 2020-01-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-07-08.
- ↑ "Payam Noor University of ghorveh (Persian)". 2010-06-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-07-08.
- ↑ Government of Kurdistan Province Arxivləşdirilib 2013-05-10 at the Wayback Machine People and culture (English)
- ↑ Güney Azərbaycan Televizyonu :Azəbaycanın Hüdudları [ölü keçid]…Bu caddənin Şimal bölməsində, qısa fasiləyə qədər, Türk və Kürd kəndləri qonşu olsalarda, az fasilədən sonra təmamən Türkləşir. Hətta Sənəndəc-Bicar yolunda, Sənəndəcin təqribən 4 km-liyində yerləşən "Deh Golan" kəndindən, Türk kəndləri başlandığı kimi, həm "kamiyaran" həm də Kəngavər — Əsədabad arasından "Qürvəyə" ayrılan dağ yollarında da bu sıxlıq hakimdir
- ↑ İranians people & Nations :Lur tribes Arxivləşdirilib 2015-08-22 at the Wayback Machine
- ↑ از بام ایران تا سرزمین طوفان Arxivləşdirilib 2012-02-23 at the Wayback Machine / محمد کامیار . _ تهران : شرکت توسعه کتابخانه های ایران , 1380 . 366 ص . : مصور , نقشه , جدول , عکس .
- ↑ از بام ایران تا سرزمین طوفان Arxivləşdirilib 2012-01-07 at the Wayback Machine / محمد کامیار . _ تهران : شرکت توسعه کتابخانه های ایران , 1380 . 366 ص . : مصور , نقشه , جدول , عکس .
- ↑ چنلی بئل درگی سی، 3 — اونجو سای، باتی آزربایجان ین اوزل سایی
- ↑ "Arxivlənmiş surət". 2008-09-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-05-25.
- ↑ "Estimate of Provinces Population by Urban and Rural, 2006-2010". 2012-01-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-01-10.
- ↑ GeoHive: Global Statistics:Administrative units of Kordestan province
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Kurdistan Province Arxivləşdirilib 2011-09-07 at the Wayback Machine
İran haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |