Köhnə muzey (Berlin)
Görünüş
Köhnə muzey (alm. Altes Museum) — Almaniyanın paytaxtı Berlində yerləşən bir muzeydir[1].
Ümumi məlumat
[redaktə | vikimətni redaktə et]Memar Karl Fridrix Schinkel tərəfindən neoklassik memarlıq üslubunda hazırlanmış bina 1823–1830-cu illər arasında Prussiya kral ailəsinin sənət kolleksiyasını nümayiş etdirmək üçün inşa edilmiş və 1845-ci ilə qədər kral muzeyi adlandırılmışdır[1]. İkinci Dünya Müharibəsində olduqca ziyan görən bina müharibədən sonra bir müddət istifadə edilməmişdir. 1966-cı ildə bərpa edilən muzeydə qədim əsərlər sərgilənir.
Muzey Berlin şəhərinin Lustgarten adlanan bölgəsində yerləşir və Berlin Şəhər Sarayı və Berlin kafedralına çox yaxındır.
Qalereya
[redaktə | vikimətni redaktə et]-
muzeyin 1830-cu illərdəki halı
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 "1828 – Altes Museum, Berlin" (ingilis dili). two.archiseek.com. 24 fevral 2020 tarixində arxivləşdirilib.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Altes Museum at the website of the Berlin State Museums.
- Altes Museum at GreatBuildings.com.
- Altes Museum Arxivləşdirilib 2015-06-03 at the Wayback Machine at Archiseek.com.
- Altes Museum at museum-location.de.