II Layoş
II Layoş | |
---|---|
mac. Lajos çex. Ludvík Jagellonský xorv. Ludvík II. Jagelović | |
Macarıstan və Xorvatiya kralı | |
13 mart 1516 – 29 avqust 1526 | |
Əvvəlki | II Vladislav |
Sonrakı | I Ferdinand Yanoş Zapolyai |
Çexiya kralı | |
13 mart 1516 – 29 avqust 1526 | |
Əvvəlki | II Vladislav |
Sonrakı | I Ferdinand |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Sekeşfexervar, Macarıstan krallığı |
Vəfat tarixi | (20 yaşında) |
Vəfat yeri | Moxaç |
Vəfat səbəbi | boğulma |
Dəfn yeri |
|
Fəaliyyəti | siyasətçi, monarx |
Atası | II Vladislav |
Anası | Anna Kandale |
Həyat yoldaşı | Avstriyalı Mariya |
Dini | Katolik |
Vikianbarda əlaqəli mediafayllar |
II Layoş, həmçinin II Lüdovik və Lüdviq Yagellon (mac. Lajos, çex. Ludvík Jagellonský, xorv. Ludvík II. Jagelović; 1 iyul 1506, Buda – 29 avqust 1526[1]) — Macarıstan, Bohemiya krallığı və Xorvatiyaya 1516-1526-cı illərdə rəhbərlik etmiş macar əsilli kral.
II Layoş 1506-cı ildə Budapeşt şəhərində anadan olmuşdur. Atası kral II Vladislavın 1516-cı ildə vəfat etməsindən sonra taxta çıxmışdır. Hakimiyyətini gücləndirmək üçün Habsburq kraliçası Mariya Habsburq ilə evlənmişdir. Layoş gənclik dövründə Müqəddəs Roma imperiyasının imperatoru I Maksimilian ilə tez-tez görüşüb müxtəlif mövzulu söhbətlər aparmışdır. Osmanlı imperiyasının artan gücünü qəbul etmək istəməyən II Layoş Sultan Süleyman Qanuni tərəfindən qoyulan vergiləri ödəməkdən imtina etmişdir. Aparılan danışıqlardan sonra bir nəticə əldə olunmamış və tərəflər arasında müharibə başlamışdır. 1526-cı ilin 29 avqust tarixində Moxaç döyüşü zamanı Macarıstan krallığı və onun müttəfiqləri ağır məğlubiyyətə uğramışdılar. II Layoş Moxaç düzündən qaçmağa çalışarkən Qarasu adlanan bataqlıqda bataraq ölmüşdür.
- ↑ Magyar életrajzi lexikon (mac.). / red. K. Ágnes Budapest: Akadémiai Kiadó, 1967.