II Lüdviq (Bavariya kralı)
II Lüdviq | |
---|---|
alm. Ludwig II. von Bayern | |
10 mart 1864 – 13 iyun 1886 | |
Əvvəlki | II Maksimilian |
Sonrakı | Otto |
Şəxsi məlumatlar | |
Doğum adı | Ludwig II. Otto Friedrich Wilhelm von Bayern |
Doğum tarixi | 25 avqust 1845[1][2][…] |
Vəfat tarixi | 13 iyun 1886[1][2][…] (40 yaşında) |
Vəfat səbəbi | boğulma |
Dəfn yeri | |
Fəaliyyəti | rəsm kolleksioneri[d], monarx |
Atası | II Maksimilian |
Anası | Mariya fon Hohenzollern |
Ailəsi | Vittelsbax sülaləsi |
Dini | katolisizm |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
II Lüdviq (alm. Ludwig Otto Friedrich Wilhelm; 25 avqust 1845 – 13 iyun 1886) — 1864-cü ildən 1886-cı ildə ölümünə qədər Bavariya kralı idi. Onu bəzən Qu quşu Kralı və ya Nağıl Kralı (alm. Der Märchenkönig) adlandırırlar. O, həmçinin Reyn palatin-qrafı, Bavariya hersoqu, Frankoniya hersoqu və Şvabiyada hersoq titullarını daşıyırdı.
Lüdviq 1864-cü ildə 18 yaşında taxta çıxıb. İki il sonra Bavariya və Avstriya Prussiyaya qarşı cəmi bir neçə həftə davam edən müharibə etdi və bu müharibəni itirdilər. Lakin 1870-ci il Fransa–Prussiya müharibəsində Bavariya Fransaya qarşı uğurlu müharibədə Prussiyanın tərəfini tutdu. Lüdviqin Almaniyanın birləşdirilməsini dəstəkləməməsinə baxmayaraq, Bavariya və digər 21 monarxiya yeni Alman İmperiyasının (alm. Deutsches Reich) bir hissəsi oldu, Prussiya kralı və Lüdviqin dayısıoğlu I Vilhelm Alman İmperatoru tituluna yiyələndi. Yeni konstitusiyaya əsasən, Bavariya imperiya daxilində böyük dərəcədə muxtariyyəti saxladı.
Lüdviq gündəlik dövlət işlərindən getdikcə ekstravaqant bədii və memarlıq layihələrinin xeyrinə geri çəkildi. O, dəbdəbəli sarayların tikintisini tapşırıb: Noyşvanştayn qəsri, Linderhof sarayı və Herrenkimze qəsri onlardna ən məşhurlarıdır. O, həm də bəstəkar Rixard Vaqnerin sadiq himayədarı idi. Lüdviq bütün şəxsi kral gəlirlərini (dövlət vəsaiti olmasa da) bu layihələrə xərclədi, geniş borc aldı və nazirlərinin onu dayandırmaq üçün bütün cəhdlərinə qarşı çıxdı. Bu israfçılıqdan onu dəli elan etmək üçün ona qarşı istifadə edildi, bu ittihamın həqiqiliyi o vaxtdan bəri araşdırılır.[4] Lüdviq 12 iyun 1886-cı ildə həbs olundu və faktiki olaraq vəzifəsindən azad edildi və sonrası gün o və həkimi ölü tapıldı. Onun ölümünün intihar olduğuna qərar verildi, lakin bu da mübahisəlidir.[5] Bu gün onun memarlıq və bədii irsi Bavariyanın ən mühüm turistik yerlərinin çoxunu əhatə edir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 Louis II king of Bavaria // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Lundy D. R. Ludwig II König von Bayern // The Peerage (ing.).
- ↑ http://www.findagrave.com/cgi-bin/fg.cgi?page=gr&GRid=21119988.
- ↑ Thadeusz, Frank. "Mad King Ludwig? Study claims Bavarian monarch was sane". Der Spiegel. Hamburg. 31 January 2014. 5 February 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 February 2014.
- ↑ SPIEGEL ONLINE, Hamburg, Germany. "Fresh Doubt About Suicide Theory: Was 'Mad' King Ludwig Murdered?". SPIEGEL ONLINE. 7 November 2007. 14 November 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 October 2022.