34°41′57″ şm. e. 135°13′04″ ş. u.HGYO

Hyoqo Prefektura İncəsənət Muzeyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hyoqo Prefektura İncəsənət Muzeyi
Xəritə
Əsası qoyulub 2002
Açılış tarixi 6 aprel 2002
Ölkə
Yerləşir Vakinohama Kayqandori[d]
34°41′57″ şm. e. 135°13′04″ ş. u.HGYO
artm.pref.hyogo.jp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hyoqo Prefektura İncəsənət Muzeyi (兵庫県立美術館, Hyoqo Kenritsu Bicutsukan?)Yaponiyanın Hyoqo prefekturasının paytaxtı Kobe şəhərində yerləşən incəsənət muzeyi. Qərbi Yaponiyada yerləşən ən böyük modern və müasir incəsənət muzeyidir.[2]

Tarix və memarlıq

[redaktə | vikimətni redaktə et]

Hyoqo Prefektura İncəsənət Muzeyi 1995-ci ildə baş vermiş Böyük Hanşin zəlzələsi nəticəsində dağılmış Kobe şəhərinin "mədəni dirçəlmə" simvolu kimi 6 aprel 2002-ci ildə açılmışdır. Tikinti işləri 1999-cu ilin martından 2002-ci ilin sentyabrına qədər davam etmişdir.[3]

Muzeyin memarı Tadao Ando olmuşdur. Ando muzeyi dizayn edərkən Kobenin dəniz ilə olan əlaqəsini nümayiş etdirmək istəmişdir. O, eyni zamanda Kobe Waterfront Plaza layihəsi üzərində də işlədiyi üçün hər iki layihəni inteqrasiya etməyə qərar vermişdir. Muzey dördmərtəbəlidir və bir yeraltı mərtəbəsi var.[2]

Xüsusiyyətlər

[redaktə | vikimətni redaktə et]

Muzeydə Yaponiya və xarici ölkə sənətçilərinin hazırladığı rəsm əsərləri, qravürlər və digər sənət işləri sərgilənir. Xüsusi sərgilər fərdi sənətçilərin yaradıcılığına həsr olunsa da, bəzən müəyyən mövzu ətrafında xüsusi sərgilər də baş tutur. Muzeyin daimi kolleksiyasına müasir və modern incəsənətə aid 9000-dən çox sənət əsəri daxildir. Bu əsərlərin böyük hissəsi Hyoqo prefekturası ilə əlaqəsi olan şəxslərə aiddir.[2]

Muzeydə bir sıra daimi sərgilər yerləşir. Belə sərgilərdən olan Ando Qalereyası memar Tadao Andonun yaradıcılığına həsr olunmuşdur. Burada onun hazırladığı modellər və eskizlər sərgilənir. Muzeyin dənizə baxan bir terrasında nəhəng yaşıl alma heykəli quraşdırılmışdır. Bu incəsənət installyasiyası ABŞ şairi Samuel Ullmanın "Gənclik" adlı şeiri əsasında yaradılmışdır. Muzeyin eksteryerində bir çox heykəl yerləşir.[2]

Muzeydə sərgi zalları ilə yanaşı İncəsənət İnformasiya Mərkəzi, auditoriya, mühazirə otağı və iki sənət studiyası yerləşir. Muzeydə ziyarətçilər üçün hədiyyə dükkanı, kafe və restoran fəaliyyət göstərir.[2]

  1. 1 2 ArchINFORM (alm.). 1994.
  2. 1 2 3 4 5 "Hyogo Prefectural Museum Of Art". GaijinPot Travel (ingiliscə). 2023-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2023.
  3. "Basic Principles, History and Organization". Muzeyin rəsmi saytı (ingiliscə). 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2023.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]