Hippokrat
Hippokrat | |
---|---|
q.yun. Ἱπποκράτης | |
Doğum tarixi | təq. e.ə. 460 |
Doğum yeri | |
Vəfat tarixi | təq. e.ə. 370 |
Vəfat yeri | |
Fəaliyyəti | həkim, filosof |
Vikianbarda əlaqəli mediafayllar |
Hippokrat (yun. Ἱπποκράτης, lat. Hippocrates; təxminən e.ə. 460 – e.ə. 370) — ən tanınmış qədim yunan həkimi olmuşdur. Onu "təbabətin atası" adlandırmışdılar. O, həm də təbabətdə əxlaq məsələlərinə toxunaraq həkimin davranış qaydalarına dair fikirlərini açıqlamışdır. "Hippokrat andı"nda hər bir həkimin riayət edəcəyi əxlaqi məsələlər öz əksini tapmışdır.
Həyatı
[redaktə | mənbəni redaktə et]Hippokrat, atası tərəfindən yetişdirilib, Taşoz, Abdera, Larissa və Kyzikosda həkimlik etdi. Anadolunun şimal ellərini gəzdikdən sonra, İstanköy adasına dönərək həkimliyini davam etdirdi.
Ölümündən sonra, İstanköy Adası Həkimlik Məktəbinin bütün kəşfləri Hippokrata aid edilmişdir; amma bunların hamısının olmasa belə, böyük bir hissəsinin həqiqətən onun kəşfi olduğuna şübhə yoxdur. Onun müalicəsi orqanizmdəki qan, limfa, öd kimi mayelərin xəstəliklərinə qarşıdır. Dövrünün bütün həkimlik məlumatlarına malik olması və bunları ən yaxşı şəkildə tətbiq etməsi əsərlərindən aydın olur.insan bədənindəki qan limfa və öd kimi mayelərin tarazlığının pozulduğunu və xəstəliklərin baş göstərdiyini müdafiə etdi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Hippokrat Arxivləşdirilib 2014-03-02 at the Wayback Machine
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |