Hiperlipidemiya
Hiperlipidemiya | |
---|---|
XBT-10 | E78 |
XBT-10-KM | E78.2, E78.5, E78.3, E78.1, E78.4, E78.0 |
XBT-9 | 272.0, 272.4 |
XBT-9-KM | 272.4[1] |
DiseasesDB | 6255 |
MeSH | D006949 |
Vikianbarda əlaqəli mediafayllar |
Hiperlipidemiya- - qanda triqliseridlərin və xolesterinin həddindən artıq yüksək cəmləşməsidir. Lipid piyin digər adıdır. Lipidlər bədəndə asanlıqla yığılır və enerji mənbəyi kimi istifadə olunur. Xolesterin qaraciyərimizdə yediyimiz yağlı yeməklərdən əmələ gələn yağlı kimyəvi maddədir (lipid). Xolesterin qanda müəyyən miqdarda olur. Sağlam qalmağınız üçün insana bir qədər xolesterin lazımdır. Xolesterin qanda lipoproteinlər adlanan hissəciklərin bir hissəsi kimi daşınır. Triqliseridlər bədəndə olan əsas piy formasıdır. Omba, bud və ya mədə nahiyyəsində piy toplanması haqqında fikirləşdikdə, triqliseridlər haqqında fikirləşirsiniz. Yeməyimizin tərkibində olan triqliseridlər həzm prosesinin və yağların parçalanmasının son məhsuludur. Yediyimiz hər bir yemək - karbohidratlar, yağlar və ya zülallar - dərhal orqanizimdə istifadə olunmursa triqliseridlərə çevrilir. Onlar kürəciklərə çevrilib qanda xolesterin kimi lipoproteinlərlə daşınır. Qida qəbulu gecikən halda piy hüceyrələri (dəri altı piy hüceyrələri) triqliseridlərdən enerji mənbəyi kimi istifadə edir. Hiperlipidemiya bir çox hallarda həddindən artıq çox çəkili və ya qeyri-sağlam qidalanan insanlarda aşkar olunur. Bu həmçinin həddindən çox spirtli içki qəbul edilməsinin nəticəsi də ola bilər. Bəzi hallarda hiperlipidemiya irsi, yəni genetik faktorlarla bağlı ola bilər. İrsi hiperlipidemiya təxminən 500 nəfərdən 1 nəfərdə hiperlipidemiyanın səbəbidir. Həmçinin şəkərli diabet və bir sıra digər xəstəliklər səbəbindən lipidlərin (yağların) metabolizminin pozulması da hiperlipidemiyaya səbəb ola bilər. Bu cür hallarda hiperlipidemiya ikincilidir. İkincili hiperlipidemiyaya səbəb olan xəstəliklər aşağıdakılardır:
- Qeyri-aktiv tiroid (hipotiroidizm).
- Obstruktiv sarılıq.
- Kuşinq sindromu.
- Nevrotik anoreksiya
- Nefrotik sindrom.
- Xroniki böyrək xəstəliyi [2]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
- ↑ "Hiperlipidemiya". 2021-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-15.