Hidra (əfsanəvi varlıq)
Hidra, Yunan mifologiyasında izah edilən çox başlı bir məxluq.
Argolis antik şəhərində, Lerna bataqlıqlarında yaşayan çox başlı bir canavarın adıdır. Hydranın nəfəsi bir insanı öldürəcək qədər zəhərliydi. Bu canavarın öldürülməsi Heraklın on iki vəzifə arasında 2-ci sırada yer alan vəzifədir. Atası Typhon və anası əjdahaların ilahəsi Ehidna (bəzi mənbələrdə anası Stiks (okeanida)) olan Hidra Lerna gölündəki yuvası, ölümdən sonrakı dünya ilə insanların dünyası arasındakı qapının ağzında yer almaqda olub, Hidra isə bu qapının nəzarətçi vəzifəsini yerinə yetirirdi. Hidra öldürülməsinin çox çətin olmasının səbəbi kəsilən hər bir başın əvəzinə iki dənəsinin çıxması idi.
Herakl bu əjdaha ilə qarşılaşmadan əvvəl bataqlıq içərisində zəhərli qaz və dumanlarla örtülü Hidra yuvasının girəcəyində, ağzını və üzünü bir örtük ilə örtərək özünü qorumuştur.Canavar ilə qarşılaşıb vuruşmağa başlayan Herakl bir müddət sonra, kəsdiyi başların yerinə davamlı yenilərinin çıxdığını görəndə əslində boşuna döyüşüb yorulduğunu hiss etmiş və tam ümidsizliyə qapılmağa başladığı. Anda köməyinə İolaus (Heraklın qardaşı oğlu) yetişir.
Güman edildiyinə görə, o anda Afina (mifologiya)da köməyi ilə canavarın kəsilən başlarının bir daha yaranmaması üçün boyunlarının məşəl ilə yandırılmasını fikirləşər və dərhal orada yandırdığı məşəli Herakla verər. Bu məşəl sayəsində kəsdiyi başların yerini dağlayaraq əjdaha öldürməyi bacaran Herakl, Hidra kəsdiyi başlarından birini bir kisədə saxlayaraq, onun zəhərli qanını daha sonrakı vəzifələrində ox istifadə etmiş beləcə, bu oxların vurduğu yaraların sağalmaz bir hala gəlməsini təmin etmişdir[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2020-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-17.