Herman Rösler

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Herman Rösler
alm. Hermann Rösler
Doğum tarixi 18 dekabr 1834(1834-12-18)
Vəfat tarixi 2 dekabr 1894(1894-12-02) (59 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti iqtisadçı, universitet müəllimi[d], hüquqşünas, politoloq, məsləhətçi[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karl Fridrix Herman Rösler (alm. Carl Friedrich Hermann Roesler‎; 18 dekabr 18342 dekabr 1894, Bolsano, Cənubi Tirol, Avstriya-Macarıstan[1]) – Almaniya hüquqşünası və iqtisadçısı.[2] Yaponiyada fəaliyyət göstərmiş, Meyci hökumətinin xarici məsləhətçilərindən biri olmuşdur.[2]

Herman Rösler 1834-cü ildə doğulmuşdur.[2] Onun atası vəkil olmuşdur.[2] Rösler ErlangenMünhen universitetlərində hüquq və politologiya üzrə təhsil almışdır.[2] Məhkəmələrdə işlədikdən sonra Erlangen Universitetində privat-dosent, 1862-ci ildə isə Rostok Universitetində professor dərəcəsi almışdır.[2]

1878-ci ildə Yaponiya hökumətinin təklifini qəbul edərək Yaponiyaya gəlmişdir.[2] O, Yaponiyanın Xarici İşlər Nazirliyində işləməyə başlamış, 1884-cü ildə kabinetin hüquq məsləhətçisi olmuşdur.[2] Konstitusiya tərtib etməklə vəzifələndirilən İto Hirobuminin tələbindən sonra Rösler İnoe Kovaşi ilə birlikdə Meyci konstitusiyası üçün qaralamalar hazırlamışdır.[2] O, güclü monarxiya sisteminə qarşı olan simpatiyasını və populist hakimiyyətə qarşı olan antipatiyasını konstitusional töhfələrində əks etdirmişdir.[2] Meyci konstitusiyası 1889-cu ildə qəbul edilmişdir.[2]

1893-cü ildə Almaniyaya qayıtmazdan qabaq ticarət məcəlləsinin tərtibatında iştirak etmişdir.[2] Bu məcəllə onun ölümündən sonra – 1899-cu ildə qəbul edilmişdir.[2]

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VI cild (Niju–Saka). Tokio: Kodansha. 1983. səh. 334. ISBN 0-87011-626-6. İstifadə tarixi: 17 avqust 2022.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]