Məzmuna keç

Helenium

Vikipediya, azad ensiklopediya
Helenium
Elmi təsnifat
Beynəlxalq elmi adı

Helenium (lat. Helenium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.

Cinsin adı Troya müharibəsinə səbəb olmuş əfsanəvi gözəl Yelenanın adından götürülmüşdür. Heleniumun 30-a yaxın növü Şimali və Mərkəzi Amerikanın enliyarpaqlı bitkilər qurşağından tropiklərə qədər bitir. Gülçülükdə 6 növündən istifadə olunur. Onlardan payız heleniumu (N.autumnale) xüsusilə məşhurdur. Bu, salaqgövdəli və çoxsaylı səbətləri yumşaq çiçəkqrupu əmələ gətirən bitkidir. Dilcik şəkilli çiçəkləri açıq-sarı, qonur, qırmızı rəngdə, boruşəkilli çiçəkləri isə sarı, ya da qonur rənglidir. Payız heleniumunun vətəni ABŞ-nin və Kanadanın şərqidir. Gülçülükdə 1729-cu ildən istifadı olunur. Helenium əsasən toxumla çoxaldılır. Toxumlardan alınan bitkilər əkindən bir il sonra çiçəkləyir. Çox vaxt Helenium yazda, ya da payızda kolun bölünməsi və ya qələmlərlə də çoxaldılır. Qələm üçün hündürlüyü 10-15 sm olan birillik zoğlar yararlıdır.

Homotipik sinonimləri

[redaktə | vikimətni redaktə et]
  • Brassavola Adans.
  • Heleniastrum Fabr.

Heterotipik sinonimləri

[redaktə | vikimətni redaktə et]
  • Actinea Juss.
  • Actinella Pers.
  • Cephalophora Cav.
  • Graemia Hook.
  • Grahamia Spreng.
  • Hecubaea DC.
  • Helenia Mill.
  • Leptophora Raf.
  • Leptopoda Nutt.
  • Mesodetra Raf.
  • Ptilepida Raf.
  • Tetrodus Cass.