Hakerin manifesti
Hakerin Manifesti (ing. The Conscience of a Hacker) — Haker Manifesti daha çox "The Mentor" ləqəbi ilə tanınan Amerikalı Lloyd Blenkenşip tərəfindən yazılmışdı. Manifesti yazan zaman Haker'ın 11 yaşı var idi və manifest yazıldıqdan sonra FBI tərəfindən həbs edilmişdi. Bu manifest dünyadakı ən məşhur "Haker Manifesti" olaraq qəbul edilmişdir və 8 Yanvar 1986-cı ildə Amerika Birləşmiş Dövlətlərində yayımlanmışdır. Manifesti hazırlayan kişinin məqsədi gerçək haker fəlsəfəsini və dünya anlayışını dünya xalqına və Dövlət Orqanlarına göstərmək və yayımlamaq idi. O gündən sonra "Haker Manifesti" digər bütün böyük Hakerlərin — örnək olaraq "Astalavista" və ya "CCC" (Chaos Computer Club) qruplarının tanıdığı bu idarəçiliyə Hakerlar uymaq məcburiyyətindədirlər. Bu idarəçiliyə sadəcə profesional Hakerlar deyil bütün həvəskar Hakerlar da uymağa çalışırlar. Manifest Haker etikasının əsasında duran sənədlərdən biri kimi hesab edilir.
Haker Manifesti:
Bugün bir digəri daha tutuldu, başdan başa bütün qəzetlərdə idi. "Kompüter cinayətindən gənc biri həbs edildi", "Bank təxribatından sonra haker tutuldu"... Lənətə gəlmiş uşaqlar. Hamısı bir-birinin eynisidir.
Lakin 1950'lərin texnobeyni və üç parçalı psixolojik quruluşunuzla heç bir hakerin gözlərinin arxasında nələr olduğunu anlamağa çalışdınızmı? Onu bu qədər sərt edən nə idi deyə maraqlandınızmı? Hansı güclər onu formalaşdırdı, onu bu cür bir qəlibə nə tökdü? Mən bir Hakeram, dünyama girin... Mənim dünyam məktəb həyatımla başlayar... Digər uşaqlardan çox ağıllıyam, bizə öyrətdikləri bu axmaqlıq məni sıxırdı... Lənətə gəlmiş qabiliyətsizlər. Hamısı bir-birinin eynisidir.
İbtidai və ya orta məktəbdəyəm. Müəllimlərin on beşinci dəfə bir kəsrin necə ixtisar ediləcəyini izah etməsini dinləmişdim. Mən başa düşmüşdüm. "Xeyr müəllim, sizə ev tapşırığımı göstərməyəcəm, mən onu ağlımda həll etdim..." Lənətə gəlmiş uşaq. Yəqin ki, köçürüb. Hamısı bir-birinin eynisidir.
O gün bir şey kəşf etmişdim. Bir kompüter tapdım. Bir saniyə, bu möhtəşəmdir. Tam istədiyim kimi bir şey. Nə etməsini istəsəm onu edir. Əgər səhv edərsə, o mən edə bilmədiyimdəndir və ya mənim çox ağıllı bir dəli olduğumu düşündüyündən deyil... Ya da öyrətməyi sevmədiyindən və burada olmaması lazım olduğundan deyil... Lənətə gəlmiş uşaq. Bütün etdiyi oyun oynamaqdı. Hamısı bir-birinin eynisidir.
Və birdən bir şeylər oldu... başqa bir dünyaya bir qapı açıldı... telefon xəttində bir alüdəçinin damarlarındakı eroin kimi gəzinmək, bir elektronik nəbz çölə göndərildi, gündən-günə artan qabiliyyətsizliklərə qarşı bir sığınacaq axtarıldı... bir sığınacaq tapıldı. "Budur... Bura mənim aid olduğum yer..." Buradakı hamını tanıyıram... heç biri ilə tanışmamış, danışmamış ya da bir daha heç xəbər almayacaq olsamda, hamını tanıyıram... Lənətə gəlmiş uşaq. Telefon xəttini yenə məşğul edir. Hamısı bir-birinin eynisidir.
Qıçınıza bəhsə girərsiniz ki, hamınız bir-birinizin eynisisiniz... Bizlər məktəbdə bifşteks istədiyimizdə qaşıqla uşaq yeməyi ilə doyuzdurulanlarıq... Bişirdiyiniz ətin loxmaları çiynənmiş və ləzzətsizdir. Biz sadistlər tərəfindən idarə edildik və ya ruhsuzlar tərəfindən tərsləndik, qələmə alınmadıq. Öyrədəcək bir şeyləri olan çox azı bizim öyrənməyə istəkli şagirdlər olduğumuzun fərqinə vardılar. Lakin bu insanlar çöldəki su damcıları qədər idi.
İndi bu bizim dünyamızdır... Elektronların və elektronik düymələrin dünyası, informasiya ötürülməsi sürətinin gözəlliyi. Fürsətci gonbullar tərəfindən idarə edilməsəydi sudan ucuz olacaq servisləri, onsuz da var olan bir sistemi pulsuz istifadə etdiyimiz üçün bizləri cinayətkar deyə ittiham edirsiniz. Kəşf edirik... Və siz bizə cinayətkar dediniz. İnformasiyanın arxasından gedirik... Və siz bizə cinayətkar dediniz. Bizlər dərimizin rəngi olmadan var olduq, milliyətsiz, heç bir dinə aid olmadan... Və siz bizə cinayətkar dediniz. Atom bombası istehsal etdiniz, müharibələrə girdiniz, cinayət işlədiniz, hiylə etdiniz və bizə yalan dediniz və bunların bizim yararımıza olduğunu inandırmağa çalışdınız və biz hələ də cinayətkarıq.
Bəli, mən bir cinayətkaram. Mənim günahım maraqlanmaqdır. Günahım insanları nə dedikləri və nə düşündükləri üçün mühakimə etməkdir, necə göründüklərinə görə deyil. Günahım sizdən daha ağıllı olmağımdır ki, məni heç bir zaman bağışlamayacaqsınız.
Mən bir hakeram və bu mənim manifestimdir. Bu fərdi dayandıra bilərsiniz, lakin hamımızı dayandıra bilmərsiniz... hamısından kənar, hamımız bir-birimizin eynisiyik.
The Mentor (8 Yanvar 1986)
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Hakerin manifesti .mp3 formatında müəllifin dilində
- Hakerin manifesti orijinal versiyada, orijinal yerdə Arxivləşdirilib 2007-02-12 at the Wayback Machine