Hərf aralığı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hərf aralığı

Hərf aralığı (en. letter-spacing (= tracking)) – hərflər (simvollar) arasındakı boşluqların dəyişdirilməsi. Müəyyən hərf cütlükləri (AV, TA və s.) arasındakı məsafəni tənzimləyən kerninqdən fərqli olaraq, hərf aralığı simvollar qrupuna (sözə, sətrə, abzasa) tətbiq olunur. Hərf aralığının artırılması yazını daha seyrək və açıq, azaldılması isə daha sıx və tünd edir.

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.