Hərbi attaşe
Diplomatlar |
---|
Hərbi attaşe — Bir ölkənin xarici dövlətlərdəki diplomatik missiyalarına göndərilən və həmin ölkənin silahlı qüvvələrini təmsil edən zabit. [1]
Vəzifə və öhdəlikləri
[redaktə | vikimətni redaktə et]Hərbi attaşelər göndərildikləri ölkənin hərbi strukturları ilə əlaqələr qurur və iki ölkə arasında hərbi əməkdaşlıq və məlumat mübadiləsini inkişaf etdirir. Hərbi attaşe göndərildiyi ölkənin hərbi vəziyyəti, silahlı qüvvələrinin hazırlığı və hərbi doktrinası haqqında məlumatlar toplaya bilərlər. Bu məlumatlar diplomatik yolla öz ölkəsinə göndərilir. O, hərbi tədbirlərdə, paradlarda, beynəlxalq konfranslarda və ya seminarlarda iştirak edə və öz ölkəsini rəsmi olaraq təmsil edə bilər. Diplomatik missiyalarda hərbi məsələlərlə bağlı məsləhət vermək, həmçinin hərbi məsələlərlə əlaqədar iki ölkə arasındakı əlaqələri koordinasiya etməkdir.[2] Hərbi attaşenin öhdəliklərindən biri təyin olunduğu ölkənin hərbi potensialı, strategiyası, silahlanma proqramları və təhlükəsizlik məsələləri barədə məlumat toplamaq və analiz etməkdir. Bu məlumatlar onun öz ölkəsinin milli təhlükəsizlik siyasətinin formalaşmasına kömək edir. Hərbi attaşe müxtəlif rəsmi tədbirlərdə iştirak edir, öz ölkəsini təmsil edir və əlaqələrin qurulmasına dəstək olur. O, ölkəsinin maraqlarını beynəlxalq arenada hərbi sahədə təmsil edir və ölkəsinin siyasətini izah edir. Hərbi attaşe diplomatik imtiyazlara malikdir və öz ölkəsinin səfirliyi ilə sıx əməkdaşlıq edir.[3] Hərbi attaşe, səfirlikdəki diplomatlara və ölkəsinə təhlükəsizlik və müdafiə məsələlərində məsləhətlər verir, eləcə də hərbi əməkdaşlıq üçün potensial imkanlar axtarır. Bu vəzifələr hərbi attaşenin həm diplomatik nümayəndə, həm də hərbi ekspert kimi geniş öhdəliklərə sahib olduğunu göstərir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Müdafiə Attaşeləri Arxiv surəti 10 may 2019 tarixindən Wayback Machine saytında" Silahlı Qüvvələrə Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzi (DCAF)
- ↑ "Attaşe | İngilis dili mənası - Kembric lüğəti". 2024-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-26.
- ↑ Pear, Robert. "Şərqi Almaniyada ABŞ hərbçisi rus tərəfindən yaralanıb". The New York Times. September 18, 1987. March 29, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: Sentyabr 9, 2013.
[...]Sovetlər sonuncu dəfə 1985-ci il martın 24-də Şərqi Almaniyanın Lüdviqslust şəhəri yaxınlığında sovet keşikçisi tərəfindən ordu zabiti mayor Artur D. Nikolson kiçik öldürüləndə Amerika müşahidəçi qrupuna atəş açmışdı. Mayor Nikolson Sovet tank anbarını müşahidə edirdi.