Gaska çayı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Gaska
xorv. Gacka
Ölkə  Xorvatiya
Mənsəbi Adriatik dənizi
Uzunluğu 61 km
Su hövzəsi Adriatik dənizi
Hövzəsinin sahəsi 584 km²
Gaska çayı (Xorvatiya)
mənbəyi
mənsəbi
Gaska çayı Xorvatiya xəritəsində

44°47′ şm. e. 15°22′ ş. u.HGYO

44°53′ şm. e. 15°06′ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gaska (xorv. Gacka) — Xorvatiyada çay. Gaska çayı Liçko-Senska bölgəsinə (jupaniya) aiddir və Plitviçka Gölləri Milli Parkı ilə həmsərhəddir. Çayın böyük hissəsi yer altı axıma malikdir.[1]

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Gaska çayının uzunluğu 61 km-dir.[2] Yer üstü axım hissəsinin uzunluğu 32 km-dir. Ancaq həyata keçirilən axım nizamlayıcı işlərdən sonra çayın uzunluğu 11 km olmuş.[3] Çay hövzəsinin sahəsi — 584 km²,[2] ən dərin yeri isə - 10 metrdir. Yay aylarında suyun temperaturu  — 10,8 °C, qışda isə — 7,9 °C olur.[2]

Çay öz başlanğıcını Karst yaylasının cənub-şərqində götürür. Çayın ən yüksək mənbəyi dəniz səviyyəsindən 460 metr yüksəklikdə yerləşir. Gaskanın istiqaməti şimal-qərb olub, Velebit və Mala Kapela silsilələri arasında axır. Su sərfi 6,3 m³/s-dir, orta axarda orta su sərfi 3,3 m³/s-dir[2]. Çay üzərində Otoças şəhəri yerləşib. Bu şəhərdən sonra Gaska Lika çayı ilə birləşir və sonra yer altı tunellə Qusiç gölünə tökülür. Göldən isə başqa bir tunellə Adriatik dənizinə tökülür.[3][4] Mənsəbə yaxın hissədə çayın suyundan "Sen" və "Sklope" SES-lərində elektrik enerjisi almaq üçün istifadə olunur.[5]

Çay yatağında çoxlu mağaralar və boşluqlar var. Gaska çayı yatağınının öyrənilməsinə XX əsrin ikinci yarısından başlanılıb. Müasir dövrdə belə ərazidə yetərincə öyrənilməyən mağaralar var.[6] Çay üzərində onlarca su dəyirmanı var.

Çayın sahilində turizm inkişaf edib. Daha çox balıqçılıq və meşə turizmi üstünlük təşkil edir. Çayın orta axarında tez-tez "Gaska kuboku" adlı balıqçıların yarışması keçirilir.[7] Çay farel balığı ilə zəngindir. Ərazidə farel yetişdirmə zavodları fəaliyyət göstərir. Balıq tutma mövsümü 1 martdan 31 oktyabra qədərdir.[8]

  1. Югославия сегодня Arxivləşdirilib 2017-04-05 at the Wayback Machine. 1970
  2. 1 2 3 4 Vodnogospodarska osnova Hrvatske — Strategija upravljanja vodama Arxivləşdirilib 2013-10-29 at the Wayback Machine (xorv.)
  3. 1 2 Lika-Senj County. Tourist Board
  4. "Гидроэнергетическая система Лики и Гацки". 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-08.
  5. HE Senj Arxivləşdirilib 2014-10-08 at the Wayback Machine (xorv.)
  6. Gacka dolina Arxivləşdirilib 2015-05-30 at the Wayback Machine (xorv.)
  7. Gacka kup Arxivləşdirilib 2015-05-28 at the Wayback Machine (xorv.)
  8. Ribolov na Gacki Arxivləşdirilib 2015-04-01 at the Wayback Machine (xorv.)