55°57′ şm. e. 38°03′ ş. u.HGYO

Fryazino

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Fryazino
Фрязино
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
55°57′ şm. e. 38°03′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1584
Sahəsi
  • 9 km²
Mərkəzin hündürlüyü 165 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 58.661 nəf. (2024)[2]
Rəqəmsal identifikatorlar
Telefon kodu 49656, 49625
Poçt indeksi 141190, 141191, 141195, 141196
Digər
fryazino.org
Xəritəni göstər/gizlə
Fryazino xəritədə
Fryazino
Fryazino
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rusiya Federasiyasında — yerləşən şəhər Moskva vilayətinə daxildir

Moskvadan otuz km. aralıdakı bir məsafədə yerləşən və Bronnitsa yolu üzərindəki Fryazino kəndinin və digər kəndin adı rus dilində işlənən türk sözü feryazeya – fərəcə sözündəndir. Fərəcə əsli ərəb dilindəki fərəciyyə sözündən olub həm isti, həm də soyuq havaya müvafiq tikilən üst geyiminin adını bildirir. Qış fərəcəsi qiymətli xəzlərlə işlənilirdi. Fərəcəni əsasən əyanlar geyərdilər. "Varlı təbəqənin geyimi olan fərəcə bahalı mahuddan tikilir. Xalis qızıl saplarla işlənilir, hətta daş-qaşla bəzədilirdi. Fərəcə çox uzun, düz, aşağıda ətəkləri azca enli biçilmiş, aşırma qollu bayram və təntənəli mərasimlərdə geyilən xüsusi üst paltarı idi.". Söz rus dilindən başqa (şübhəsiz geyimlə birlikdə) yunan dilinə də keçmiş, foresia, foresin şəklində "kaftan, don" mənasında bu dildə işlənmişdir. 1584-cü ilə aid sənədlərdə Fryazinonun toxuculuq manufakturaları ilə məşhur olduğu göstərilir. XVIII əsrdə burada ipək toxuculuğu işi geniş yayılır; fabriklər açılır. 1901-ci ildə burada böyük toxuculuq fabriki işə düşür. Bu adla bağlı Moskva altında daha iki kəndin olduğu göstərilir: Şerenka çayı üstündə Fryanovo və Moskvaya daha yaxın olan Frenovo özünün qədimdən toxuculuq manufakturaları ilə məşhur olan kəndlər vardır. Vaxtilə bu kəndlərdə üst geyimi istehsalı və ticarəti ilə məşğul olan tatarlar yaşayırdılar. Hər üç kəndin adı — Fryazino, Frenovo, Fryanovo rus dilindəki türk sözü feryaz (əsli fərəcə,"ferace") adının get-gedə təhrif olunaraq dəyişən variantıdır.

Minaxanım Təkləli. Türk kitabı. Unudulan tarix. Dəyişdirilən yer adları, Bakı, Nurlar, 2009, səh.98

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

www.fryazino.info/ — Rusiya [ölü keçid]