Bu, seçilmiş məqalədir. Daha çox məlumat üçün klikləyin.

Freddi Merkyuri

Vikipediya, azad ensiklopediya
(Freddi Merkuri səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Freddi Merkyuri
ing. Freddie Mercury
Freddi Merkyuri 1978-ci ilin noyabrında Queen qrupu ilə birlikdə Nyu-Hevenda çıxış edərkən
Freddi Merkyuri 1978-ci ilin noyabrında Queen qrupu ilə birlikdə Nyu-Hevenda çıxış edərkən
Ümumi məlumatlar
Doğum adı Fərrux Bulsara
Ləqəbi Larry Lurex
Doğum tarixi
Doğum yeri Stoun Taun, Zənzibar sultanlığı
Vəfat tarixi (45 yaşında)
Vəfat yeri Kensinqton, London, Böyük Britaniya
Vəfat səbəbi QİÇS-in səbəb olduğu ağciyər iltihabı
Milliyyəti pars
Uşağı yoxdur
Musiqiçi məlumatları
Fəaliyyəti Müğənni • bəstəkar
Fəaliyyət illəri 1969–1991
Janrlar Rok  • hard rok  • qlem rok
Musiqi alətləri Gitara  • piano  • Hammond orqanı  • klavişli alət
Səs tembri Tenor
Albom şirkətləri
  • Columbia
  • Polydor
  • EMI
  • Parlophone
  • Hollywood Records
Əlaqələri
Təhsili
  • Müqəddəs Piter oğlan məktəbi[d][1]
Üzvlüyü
Mükafatları əbədi nailiyyətlərinə görə "Qremmi" mükafatı
İmzanın şəkli
freddiemercury.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Freddi Merkyuri (ing. Freddie Mercury, əsl adı Fərrux Bulsara, qüc. ફારોખ બલસારા‌; d. 5 sentyabr 1946, Stoun Taun, Zənzibar sultanlığıö. 24 noyabr 1991, Kensinqton, London, Böyük Britaniya) — Böyük Britaniya müğənnisi, mahnı bəstəkarı və səsyazma prodüseri. O, daha çox Queen qrupunun solisti kimi tanınır. Merkyuri parlaq səhnə personası və dörd oktavalıq vokal diapazonu ilə məşhurlaşmışdır.[2][3][4] Merkyuri Queen qrupu üçün çoxsaylı hitlər yazmışdır ki, onların da arasında "Bohemian Rhapsody", "Killer Queen", "Somebody to Love", "Don't Stop Me Now", "Crazy Little Thing Called Love" və "We Are the Champions" mahnıları da vardır. O, Queen qrupunda iştirakı ilə yanaşı solo karyeraya da malik olmuş, həmçinin başqa musiqiçilərlə birlikdə çıxışlar və musiqi prodüserliyi də etmişdir.

Merkyuri Zənzibar adasında parsi ailəsində anadan olmuş, orada və Hindistanda böyümüş, yeniyetmə dövründə isə ailəsi ilə birlikdə İngiltərənin Midlseks qraflığına köçmüşdür. O, 1970-ci ildə gitaraçı Brayan Mey və zərb alətlərində ifadə edən Rocer Teylor ilə birlikdə Queen qrupunu yaratmışdır. Merkyuri 1991-ci ildə 45 yaşında ikən QİÇS-in səbəb olduğu ağciyər iltihabından vəfat etmiş, ölümündən bir gün əvvəl isə onun xəstəliyə tutulması təsdiqlənmişdir.

1992-ci ildə, ölümündən sonra Britaniya musiqisinə əlamətdar töhfələrinə görə "Brit" mükafatına layiq görülmüş və Londonun Uembli stadionunda ona həsr edilmiş konsert keçirilmişdir. Queen üzvü kimi 2001-ci ildən Rok-n-roll şöhrət zalı (ing. Rock and Roll Hall of Fame), 2003-cü ildən Mahnı bəstəkarları şöhrət zalı (ing. Songwriters Hall of Fame), 2004-cü ildən isə Birləşmiş Krallıq Musiqisi şöhrət zalında (ing. UK Music Hall of Fame) təmsil olunur. BBC tərəfindən 2002-ci ildə keçirilmiş sorğuya əsasən 100 ən böyük britaniyalı siyahısında 58-ci yerdə qərarlaşmışdır. Müxtəlif sorğular nəticəsində dəfələrlə populyar musiqi tarixində ən böyük ifaçılardan biri olduğu göstərilmişdir.[5][6]

Erkən həyatı

[redaktə | mənbəni redaktə et]
Zənzibarda Freddi Merkyurinin doğulduğu ev.

Merkyuri, Fərrux Bulsara adı ilə 5 sentyabr 1946-cı ildə o zaman Britaniya protektoratlığında olan Zənzibar adasının Stoun Toun şəhərində (hazırkı Tanzaniya ərazisi) doğulmuşdur.[7][8] Onun valideynləri olan Bomi (1908–2003) və Cer Bulsaralar (1922–2016)[a][9] Britaniya Hindistanının Bombey prezidentliyinin Qucarat regionundan olan parsilər idilər.[b][10] Əksər parsilər kimi Merkyuri və onun ailəsi zərdüştiliyə inanırdılar.[11] Ailə başçısının Britaniya Koloniya İdarəsində kassir işini davam etdirə bilməsi üçün Bulsara ailəsi Hindistandan Zənzibara köçmüşdü. Fərruxun Kəşmirə adlı kiçik bacısı vardır.[12] Merkyuri dördüncü dərəcəli poliodontiya ilə doğulmuşdu.[13]

Merkyuri uşaqlığının böyük bir hissəsini Hindistanda keçirmiş və yeddi yaşından etibarən fortepiano dərsləri almağa başlamışdır.[14] 1954-cü ildə səkkiz yaşlı Merkyuri təhsil alması üçün Bombey (indiki Mumbay) yaxınlığındakı Pançqani ərazisində yerləşən Britaniya üsullu Müqəddəs Pyotr məktəbinə göndərilmişdir.[15] 12 yaşında ikən The Hectics adlı məktəb qrupu yaradan Fərrux Kliff RiçardLitl Riçard kimi rok-n-roll müğənnilərinin mahnılarını ifa etməyə başlayır.[16][17] Merkyurinin keçmiş qrup yoldaşlarından biri deyir ki, "o, yalnız Qərb pop musiqisini dinləyir və ifa edirdi."[18] O zaman dostluq etdiyi başqa biri isə deyir ki, Fərrux "radioda eşitdiyi musiqiləri pianinoda təkrarlamaq bacarığına malik idi."[19] Müqəddəs Pyotr məktəbində Fərrux özünü ilk dəfə Freddi adlandırmağa başlayır.[20] Daha sonra o, təhsilini Mumbaydakı Müqəddəs Məryəm məktəbində davam etdirir. 1963-cü ildə Zənzibara köçən Freddi ailəsi ilə yaşamağa başlayır.[21]

Bulsara aləsinin Londona köçdükdən sonra Feltem ərazisində yaşadığı bina üzərinə vurulmuş İngilis İrsi Mavi lövhəsi.

Freddinin 17 yaşı olarkən 1964-cü il Zənzibar inqlabı zamanı ərəblər və hindistanlıların öldürülməsi[22] şəraitində ailə, təhlükəsizliyini təmin etmək üçün Zənzibarı tərk etməli olur.[23] Bulsara ailəsi İngiltərənin Midlseks qraflığının Feltem şəhərində Qledstoun prospekti 22 ünvanında yerləşən kiçik evdə məskunlaşır. Freddi Qərbi Londondakı Ayzeluort Politexnik (hazırda Qərbi Temza Kolleci) məktəbində qeydiyyatdan keçərək incəsənəti öyrənməyə başlayır. Daha sonra o, İlinq Sənət Kollecinin (hazırda Qərbi London Universitetinin İlinq korpusu) "Sənət və Qrafik dizayn" üzrə bakalavr diplomunu alır və sonradan təhsil zamanı qazandığı bacarıqları Queen qrupunun loqosunun dizayn edilməsində istifadə edir. Doğulandan Böyük Britaniya vətəndaşı olan Freddi, vəfatına kimi vətəndaşlığını dəyişmir.[15]

Təhsilini tamamladıqdan sonra Freddi müxtəlif musiqi qrupları ilə birlikdə ifa etmiş və sevgilisi Meri Ostinlə birlikdə Kensinqton bazarında köhnə paltarlar satmışdır. Həmin dövrdə o, həm də Hitrou Hava Limanında yükdaşıyan kimi çalışmışdır.[24] O vaxtlar onunla olmuş dostları, Freddini musiqiyə böyük marağı olan gənc və utancaq oğlan kimi xatırlayırlar.[25] 1969-cu ildən o, Liverpuldan olan "Ibex" adlı qrupda oxumağa başlayır, daha sonra qrupun adı "Wreckage" olaraq dəyişdirilir. Həmin dövrdə Freddi Liverpuldakı "The Dovedale Towers" adlı pabın zirzəmisində yaşamışdır.[26][27] Qrupun dağılmasından sonra Freddi, "Sour Milk Sea" adlı qrupa qoşulmuşdur. Lakin, 1970-ci ilin əvvəllərində həmin qrup da dağılmışdır.[28]

1970-ci ilin aprelində Merkyuri yenicə dağılmış "Smile" qrupunun gitaristi Brayan Mey və zərb alətlərində ifa edən Rocer Teylorla tanış olur. 1971-ci ildə basist Con Dikon da onlara qoşulur. Qrupun digər üzvləri və Trident Studiosun digər təklifləri də olmasına baxmayaraq Merkyuri yeni yaratdıqları qrup üçün "Queen" adını seçir. Sonradan o, deyirdi ki, "Bu çox hökmdarsayağı və möhtəşəm səslənir. Bu çox güclü addır, çox universal və anlaşılandır. Mən əlbəttə ki, bu adın gey-konnotasiyası haqqında da xəbərdar idim, lakin , bu, məsələnin yalnız bir tərəfi idi."[29] Həmin vaxtda da Freddi soyadını "Bulsara"dan "Merkyuri"yə dəyişir.[30] Qrupun ilk albomunun çıxarılmasından qısa müddət əvvəl, Merkyuri, onun rəsmi loqosunu çəkir və "Queen xaçı" adlandırır.[31] Loqoda qrup üzvlərinin bürcləri göstərilmişdi: iki şir Şir bürcünü (Dikon və Teylor), yencək Xərçəng bürcünü (Mey) və iki pəri Qız bürcünü (Merkyuri) təmsil edir.[31] Şirlər stilləşdirilmiş şəkildə qucaqlaşaraq Q hərfini əmələ gətirir. Q hərfinin içində tac, üstündə isə böyük Simurq quşu vardır. Ümumilikdə qrupun loqosu Birləşmiş Krallığın krallıq gerbi ilə oxşarlıqlara malikdir.[31]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Merkyurinin danışıq səsində bariton hiss olunsa da, ifa səsində tenor diapazon üstünlük təşkil edirdi.[33] Onun vokal diapazonu aşağı bassdan F (F2) yüksək sopranoya F (F6) kimi genişliyə malik idi.[34] O, səsini maksimum 5 (F5) tenor yüksəkliyinə kimi qaldıra bilirdi.[34] Bioqraf Devid Bret onun səsini "aşağı notlardan başlayaraq xırıltılı rok səsindən incə və parlaq tenora, ordan da mükəmməl koloratura ilə təmiz və kristalsayağı yuxarı notlara kimi qalxan" səs olaraq təsvir edir.[35]

Freddi Merkyurinin vokal diapazonu

Merkyuri ilə birlikdə albom yazdırmış İspaniya sopranosu Monserrat Kabalye onun haqqında fikrini bildirərkən deyir ki, "Freddi ilə başqa rok artistləri haqqında əsas fərq ondadır ki, o, səsini satır."[36] Daha sonra Kabalye əlavə edir ki, "Onun texnikası heyranedicidir. Templə heç bir problemi yox idi, o, sərt ritm hissi ilə oxuyur, vokal yerləşməsi çox yaxşıdır və o, asanlıqla bir registrdan başqasında keçə bilir. O, həm də, mükəmməl musiqiliyə malikdir. Onun nitqi incə və şirin və ya enerjisi və təmtəraqlı səslənir. O, hər bir söz üçün düzgün səs tonu və ya ifadə tərzi tapmağa qadirdir."[34] "The Who" qrupunun solisti Rocer Doltri Merkyurini "bütün zamanların ən yaxşı virtuoz rok-n-roll ifaçısı" adlandıraraq deyir ki, "O, istənilən şeyi, istənilən stildə ifa edə bilir. O, hər səirdə öz stilini dəyişə bilir, ilahi, bu sənətdir. Və, o, bu sənətdə mükəmməl idi."[37]

2016-cı ildə Merkyurinin səsinin tədqiq edilməsi üçün xüsusi işçi qrupu yaradılmışdır.[38] Rəhbər professor Kristian Herbst və onun rəhbərlik etdiyi işçi heyət, müğənninin məşhur sürətli vibratosunu, həmçinin Merkyurinin səsi üçün xarakterik olan unikal untertonları öyrənərək müğənninin səsini məşhur opera müğənnilərinin səsi ilə müqayisə etmiş və nəticəsə onun səs diapazonunun F#2 – G5 arasında (ümumilikdə 3 oktava) dəyişdiyini təsdiq etsələr də, 4 oktavalıq səs nəzəriyyəsini təsdiqləmək mümkün olmamışdır.[32] Tədqiqat zamanı Queen qrupunun satışa çıxarılmış 23 mahnısının səsyazmaları, müğənninin solo işləri və müsahibələri istifadə edilmişdir.[32][39]

Mahnı bəstəkarı

[redaktə | mənbəni redaktə et]

Queen qrupunun "Greatest Hits" albomuna daxil olan 17 mahnıdan 10-nun müəllifi Merkyuridir: "Bohemian Rhapsody", "Seven Seas of Rhye", "Killer Queen", "Somebody to Love", "Good Old-Fashioned Lover Boy", "We Are the Champions", "Bicycle Race", "Don't Stop Me Now", "Crazy Little Thing Called Love" və "Play the Game".[40] Ölümündən sonra, 2003-cü ildə Merkyurinin adı Mahnı bəstəkarları şərəf zalına əlavə edilmiş, 2005-ci ildə isə Britaniya Musiqi bəstəkarları, Bəstəkarlar və Müəlliflər Akademiyasının Əlamətdar Mahnı Kolleksiyasına görə "Ivor Novello" mükafatına layiq görülmüşdür.[41][42]

Merkyurinin bəstəkarlıq üslubunun ən əlamətdar xarakteri, onun rok, proqressiv rok, hevi metal, qospeldisko kimi müxtəlif janrlarda yazmasıdır. 1986-cı ildə verdiyi müsahibədə o deyir ki, "Mən eyni şeyi təkrar və təkrar və təkrarən etməyə nifrət edirəm. Mən indi musiqi, film və teatrda nə baş verdiyini, hər şeyin necə qarışdırıldığını bəyənirəm."[43] Həmin dövrün digər mahnı bəstəkarları ilə müqayisədə Merkyuri həm də mürəkkəb musiqi materialı yazmağa meyli ilə seçilir. Məsələn, "Bohemian Rhapsody" mahnısı strukturu baxımından qeyri-tsiklikdir və çoxlu akkorda malikdir.[44][45] Qrupun "Queen II" adlı albomuna Merkyurinin yazdığı altı mahnı daxildir və onlar müxtəlif açar dəyişimləri və kompleks materialları ilə seçilirlər. Digər tərəfdən, "Crazy Little Thing Called Love" mahnısı sadə strukturu ilə seçilir. Merkyuri tez-tez mürəkkəb musiqi harmoniyaları yazmasına baxmayaraq, musiqini çətinliklə oxuduğunu bildirirdi.[46] O, mahnılarını fortepianoda yazır və klavişli alətlərin ən müxtəlif variasiyalarını istifadə edirdi.[44]

Merkyuri 1977-ci ildə Nyu-Heven şəhərində canlı çıxış edərkən.

Merkyuri həm də canlı ifaları ilə məşhurlaşmışdı və onu dinləmək üçün dünyanın hər yerindən insanlar konsert təşkil edilən stadionlara toplanırdılar. O, yüksək teatral ifa stili nümayiş etdirir və əksər hallarda kütlə də onun şousuna qoşulurdu. "The Spectator" jurnalının yazarı onu "özünün müxtəlif ekstravanqard versiyaları ilə izləyiciləri qıcıqlandıran, şoka salan və sonda valeh edən" kimi təsvir edir.[47] Merkyuriyə həsr edilmiş "Freddie Mercury Tribute Concert"ində çıxış etmiş və Queen qrupu ilə birlikdə "Under Pressure" mahnısını yazdırmış Devid Boui, Merkyurinin ifa stilini qiymətləndirərək deyir ki, "Bütün teatral rok ifaçıları arasında Freddi sənəti daha uzağa aparmış…sərhəddə çatdırmışdır. Əlbəttə ki, mən həmişə lasin geyinən bu insana heyran idim. Mən onun canlı ifasını yalnız bir dəfə görmüşdüm, onun necə danışdığının şahidi olmuşdum və şübhəsiz ki, bu insan auditoryanı ovcunun içində saxlaya bilirdi."[48] Queen gitaraçısı Brayan Mey Merkyuri haqqında yazır ki, "o, elə şərait yaradır ki, stadionun ən arxa küncündə dayanmış insan da özünü şou ilə əlaqəli, şouda iştirak edən hiss etsin."[49] Merkyurinin səhnədə əsas şou elementlərindən biri mikrofon dəstəyinin sındırılması idi; erkən ifalarından biri zamanı təsadüfən mikrofon dəstəyini sındıran ifaçının bu hərəkətinin kütlə tərəfindən yaxşı qarşılanmasından sonra o, tez-tez həmin işi davam etdirməyə qərar verir.[50]

Merkyurinin ən yaddaqalan performanslarından biri Queen qrupu ilə 1985-ci ildə keçirilmiş "Live Aid" xeyriyyə konserti zamanı Londonun Uembli stadionunda baş tutmuşdur. Queen qrupunun həmin konsertdəki canlı ifası musiqi icraçıları tərəfindən rok musiqisi tarixində ən yaxşı canlı ifa kimi qiymətləndirilmişdir. Nəticə "The World's Greatest Gigs" adı ilə televiziyada da yayımlanmışdır.[51][52] Merkyurinin akapella zamanı səsləndirdiyi güclü və davamlı not "Bütün dünyanın eşitdiyi not" (ing. The Note Heard Round the World) adlandırılmışdır.[53][54] 2005-ci ildə "Live Aid" konsertini şərh etmiş tənqidçilərdən biri yazır ki, "Mik Caqqer, Robert Plent kimi ən böyük rok solistlərinin sırasında yer almaq olduqca çətin idi. Freddi isə dionissayağı "Live Aid" performansı ilə onlar arasında tanrı kimi görünürdü."[55]

Bütün karyerası boyunca Freddi Queen qrupu ilə dünyanın müxtəlif ölkələrində 700-ə yaxın canlı konsert vermişdir. Queen konsertlərinin əsas xüsusiyyəti onların həmişə geniş maştablı olması idi.[43] Bir dəfə Merkyuri müsahibə zamanı bildirir ki, "Biz rok-n-rollu Sesil B. Demilli kimi həmişə daha çox və yaxşı etməyə çalışırıq."[43] Qrup ilk dəfə Cənubi Amerika stadionlarında konsert verərək, 1981-ci ildə San-Pauludakı Morumbi stadionunu doldurmuşdur.[56] 1986-cı ildə Queen Budapeştdə Dəmir pərdə arxasında kosert verərək 80.000 izləyici toplamış və bu, o zamana kimi Şərqi Avropada baş tutmuş ən böyül rok konserti olmuşdur.[57] Merkyurinin Queen qrupu ilə sonuncu canlı ifası 9 avqust 1986-cı ildə Neubort parkda baş tutmuş və 160.000 izləyici cəlb etmişdir.[58] Konsertin sonunda səhnəyə hökmdar plaşı və əlində tacla çıxan Merkyuri Böyük Britaniyanın dövlət himni olan "God Save the Queen"i ifa edərək dinləyiciləri ilə vidalaşmışdır.[59]

İnstrumental ifaçı

[redaktə | mənbəni redaktə et]

Hindistanda yaşadığı uşaqlıq illərində Merkyuri doqquz yaşına kimi ibtidai pianino dərsi almışdı. Sonradan Londonda yaşadığı dövrdə o gitarada ifa etməyi öyrənir. Onun bəyəndiyi musiqilərin bir çoxu gitara yönümlü idi; sevimli ifaçıları isə the Who, the Beatles, Cimi Hendriks, Devid BouiLed Zeppelin idi. Lakin, ifaçı hər iki alətdə ifasını bəyənmədiyini tez-tez deyirdi, 1980-ci illərdən başlayaraq isə o, klavişli alətlərdə ifa edən qonaq musiqiçilərin xidmətindən istifadə edir. İlk solo konsertində o, Fred Mendeli (həmin musiqiçi həm də Pink Floyd, Elton ConSupertrampla birlikdə çalışmışdı) dəvət edir. 1982-ci ildə o, Morqan Fişerlə (Queen qrupunun Hot Space turu zamanı ifa edir)[60], 1985-ci ildən isə Miki Moran (studiya səsyazmasına) və Spayk Edni (konsertdə ifa) ilə işbirliyi yaradır.[61]

Merkyuri Queen qrupunun bir çox məşhur mahnılarınd fortepianoda ifa edir ki, onlar arasında da "Killer Queen", "Bohemian Rhapsody", "Good Old Fashioned Lover Boy", "We Are the Champions", "Somebody To Love" və "Don't Stop Me Now" kimi məşhur mahnılar da vardır. O, əsasən fortepiano və klavesin kimi dilli alətlərə üstünlük verirdi. 1980-ci illərdən etibarən studiya səsyazmalarında o, həm də sintezatorlardan istifadə etməyə başlayır. Queen qrupunun gitaraçası olmuş Brayan Mey bildirir ki, Merkyuri pianino arxasında oturmaqdansa səhnədə gəzib izləyiciləri əyləndirməyi üstün tuturdu və buna görə də zaman keçdikcə alətdə daha az ifa edirdi. O, həm də yazır ki, Merkyuri gitara üçün çoxlu musiqi yazmasına baxmayaraq, alətdə yalnız rudimentar ifa bacarığına malik idi.[62] "Ogre Battle" və "Crazy Little Thing Called Love" kimi mahnılar gitarada bəstələnmişdi; Merkyuri sonuncu mahnını səhnədə və studiyada ritm gitarada ifa etmişdi.[63]

Solo karyerası

[redaktə | mənbəni redaktə et]
Merkyuri 1979-cu ilin sentyabrında Almaniyanın Hannover şəhərində canlı çıxış edərkən.

Queen qrupu ilə birlikdə fəaliyyəti ilə yanaşı Merkyuri, iki solo albom və bir neçə sinql da çıxarmışdır. Lakin, onun solo yaradıcılığı Queen albomları kimi uğurlu olmamış, qrupun iki albomu və müxtəlif sinqlları "UK Music Charts"-ın ilk onluğuna daxil olmuşdur. Merkyurinin solo fəaliyyətə ilk cəhdləri 1972-ci ildə, Queen qrupunun Trident Studiosda ilk albomunu yazdırdığı dövrdə studiya mühəndisi Robin Coffri Keyblın musiqi layihəsində Lerri Lüreks (Larry Lurex) adı ilə iştirakı ilə başlamışdır[64]; Keyblın təklifi ilə Merkyuri "I Can Hear Music" və "Goin' Back" mahnılarının əsas musiqi partiyalarını ifa etmiş, hər iki mahnı 1973-cü ildə birlikdə sinql kimi çıxarılmışdır.[64] On bir il sonra Merkyuri Riçard Vulfinin 1984-cü ildə çıxarılmış "Love Kills" adlı mahnısının remiksinə qatılmışdır. Musiqi videosunda Fritz Lenqin 1927-ci ildə çıxarılmış "Metropolis" filminə istinad edilmişdir. Corco Moroderin Merkyuri ilə birlikdə yazdığı mahnı Birləşmiş Krallıq hit-paradlarında onuncu yerdə debüt etmişdir. Mahnının prodüserliyini Moroder və Mek etmişdir.[65] Mek həm də Merkyurinin 1987-ci ildə aktrisa Co Dare ilə birlikdə yazdığı və Almaniya istehsalı olan "Zabou" adlı döyüş-drama filminin musiqisi kimi istifadə edilən "Hold On" mahnısına prodüserlik etmişdir.[66]

Merkyuri qrupun iştirakı olmadan "Mr. Bad Guy" (1985) və "Barcelona" (1988) adlı iki albom yazdırmışdır. Onun birinci albomu UK Album Chartsın ilk onluğunda debüt etmişdir.[65] 1993-cü ildə "Living on My Own" mahnısı müğənninin ölümündən sonra UK Singles Chartsda birinci yerə yüksəlmişdir.[67] Həmin mahnıya görə müğənni həm də ölümündən sonra Britaniya Mahnı bəstəkarları, Bəstəkarlar və Müəlliflər Akademiyasının İvor Novello mükafatına layiq görülmüşdür.[68] Allmusic tənqidçisi Eduardo Rivadavia "Mr. Bad Guy" albomunu "əvvəlindən axırına kimi əlamətdar" adlandıraraq yazır ki, "Merkyuri alqışalayiq iş görərək, istedadının öyrənilməmiş sahələrinə işıq salır."[69] Albomda musiqi alətləri içində sintezatora daha çox üstünlük verilmişdir ki, bu da Merkyurinin iştirakı ilə yazılmış Queen albomları üçün xarakterik deyil.

Merkyurinin İspaniya soprano vokalisti Monserrat Kabalye ilə yazdığı "Barcelona" adlı ikinci albomda pop musiqi və opera elementləri birləşdirilmişdir. Bir çox tənqidçilər albomu necə qəbul etməyi bilmirdilər; bir tənqidçi isə onu "İlin ən axmaq albomu" adlandırmışdı.[70] Albom kommersiya baxımından uğurlu olmuş[71], eyniadlı çıxış sinqlı Birləşmiş Krallıqda səkkizinci yerdə debüt etmiş, həmçinin İspaniyada hit olmuşdu.[72] 1992-ci il Yay Olimpiya Oyunları zamanı (Merkyurinin vəfatından bir il sonra Barselonada keçirilmişdir) mahnı olimpiadanın rəsmi himni kimi səsləndirilmişdir. Kabalye mahnını səhnədə canlı ifa etmiş, Merkyurinin hissələri isə ekranda göstərilmişdir. 1999-cu il UEFA Çempionlar Liqasının Barselonada Mançester Yunayted FKBayern Münhen FK arasında keçirilən final oyunu zamanı növbəti dəfə mahnı səsləndirilmişdir.[73]

İki solo albomdan əlavə Merkyuri bir neçə sinql da çıxarmışdır ki, onların da arasında "The Platters" qrupunun "The Great Pretender" mahnısının kover versiyası da vardır. Həmin versiya 1987-ci ildə Birləşmiş Krallıq hit-paradlarında beşinci yerdə debüt etmişdir.[65] 2006-cı ildə Merkyurinin 60 illik yubileyi şərəfinə çıxarılmış ümumiləşdirmə albomuna, müğənninin ümumiləşdirmə işləri də daxil edilmişdir. Albom Birləşmiş Krallıq hit-paradlarında onuncu yerdə debüt etmişdir.[74]

1981–1983-cü illərdə Merkyuri, Maykl Ceksonla birlikdə bir neçə mahnı yazdırmışdır ki, onların arasında da "State of Shock", "Victory" və "There Must Be More to Life Than This" mahnılarının demo versiyaları da daxildir.[75][76] Həmin mahnıların heç birinin nə rəsmi nə də butleq versiyası çıxarılmamışdı. Sonradan Cekson "State of Shock" mahnısını "The Jacksons" qrupunun "Victory" albomu üçün Mik Caqqerlə birlikdə yazdırmışdır.[77] "There Must Be More To Life Than This" mahnısının solo versiyası isə Merkyurinin "Mr. Bad Guy" albommuna daxil edilmişdir.[78] Sonradan "There Must Be More To Life Than This" mahnsısı Queen tərəfindən yenidən işlənərək qrupun 2014-cü ildə çıxarılmış "Queen Forever" adlı albomuna daxil edilmişdir.[79]

Maykl Ceksonla işləməklə yanaşı, Merkyuri və Rover Teylor, Billi Skvayerin 1982-ci ildə çıxarılmış "Emotions in Motion" albomu üçün də mahnı yazdırmış, daha sonra isə Skvayerin 1986-cı ildə çıxarılmış "Enough Is Enough" albomu üçün iki trek yazmış, "Love is the Hero" mahnısının vokal partiyalarını ifa etmiş, "Lady With a Tenor Sax" mahnısının isə musiqi aranjimanını etmişdir.[80]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Sevgi münasibətləri

[redaktə | mənbəni redaktə et]
Xarici şəkil
Merkyuri Uinfrid Kirxberger ilə birlikdə
Merkyuri Cim Hatton ilə birlikdə

1970-ci illərin əvvəllərindən Merkyuri gitaraçı Brayan Mey vasitəsilə tanış olduğu Meri Ostin adlı qızla sevgi münasibətinə malik olur. Onlar bir neçə il, Londonun Qərbi Kensinqton ərazisində birlikdə yaşayırlar. 1970-ci ilin ortalarından Merkyuri "Elektra Records"un səsyazma üzrə icraçısı olan oğlanla görüşməyə başlayır və 1976-cı ilin dekabrında Meri Ostinə cinsi oriyentasiyası ilə bağlı etiraf etməsi ilə, aralarında olar romantik münasibət bitir.[61][81] Merkyuri Ostinlə birlikdə yaşadığı Kensinqtondakı Stefford-Terras 12 ünvanındakı mənzildən köçərək yaxınlıqda başqa bir ev kirayələyir.[61] Onlar arasında dostluq münasibəti müğənninin ömrünün sonuna kimi davam edir və Merkyuri tez-tez Ostini yeganə həqiqi dostu kimi xatırlayır. 1985-ci ildə verdiyi müsahibəsində Merkyuri Ostin haqqında deyir ki, "Mənim bütün sevgililərin soruşurlar ki, nəyə görə onlar, Meri Ostini əvəz edə bilmirlər, lakin, bu, sadəcə mümkün deyil. Həyatım boyu qazandığım yeganə dostum Meri Ostindir və mən başqa birini istəmirəm də. Mənim üçün o, hüquqi həyat yoldaşı idi. Mənim üçün, bu bir evlilik idi. Biz bir-birimizə inanırdıq və bu, mənim üçün yetərli idi."[82] Merkyuri həm də, bir neçə mahnısını Meri Ostinə həsr etmişdir ki, onlardan da ən məşhuru "Love of My Life" mahnısıdır.[83] Merkyurinin Kensinqtondakı Loqan-Pleys 1 ünvanında yerləşən, kərpic divarlı Georqian mülkü olan sonuncu yaşayış yeri də Meri Ostin tərəfindən seçilmişdi. Vəsiyyətnaməsində Londondakı evini partnyoru Cim Hattona yox, Meri Ostinə miras qoyan Merkyuri qeyd edir ki, "Sən mənim həyat yoldaşım ola bilərdin və onsuzda bütün bunlar sənə qalacaqdı."[84] Merkyuri həm də, Ostinin böyük oğlunun xaç atası olmuşdur.[62]

Merkyuri Qarden-Lodca köçməzdən əvvəl Londonun Kensinqton ərazisindəki Stefford-terras 12 ünvanındakı evdə yaşamışdır.

1980-ci illərin əvvəllərində onun Avstriya aktrisası Barbara Valentin ilə əlaqədə olması ehtimal edilmiş, aktrisa "It's a Hard Life" mahnısının musiqi videosunda rol almışdır.[85][86] Lakin, həmin dövrə aid başqa bir məqalədə Merkyurinin Valentinlə "yalnız dost olduqları" qeyd edilir, həmin dövrdə müğənninin Almaniya restavratoru Uinfrid Kirxberger ilə romantik münasibətdə olması göstərilir.[87] 1985-ci ildən Merkyuri saç ustası Cim Hatton (1949–2010) ilə uzun müddət davam edən romantik münasibətə başlayır.[88] 1990-cı ildən müsbət QİÇS nəticəsi olan Hatton, ömrünün son altı ilini Merkyuri ilə birlikdə yaşamış, xəstəliyi dövründə ona qulluq etmiş və ölüm yatağında onun yanında olmuşdur.[89] Hatton deyir ki, Freddi barmağında onun hədiyyə etdiyi evlilik üzüyü ilə vəfat etmişdir.[90]

Kenni Everetlə dostluğu

[redaktə | mənbəni redaktə et]

Radio DJ-i olan Kenni Everet və Merkyuri ilk dəfə 1974-cü ildətanış olmuş, Everet onu Capital London radiosunda aparıcısı olduğu səhər ousuna dəvət etmişdi.[91] Britaniyanın iki ən parlaq, qalmaqallı və çox sevilən şou xadimi olan cütlük çoxlu ortaq dəyərlərə malik olduqlarına görə tezliklə dostlaşmışdılar. 1975-ci ildə Merkyurinin "Bohemian Rhapsody"nin əlavə kopyasını götürüb Everetin yanına getməsindən sonra, ikinci, Queenin erkən uğurunda mühüm rol oynamışdır.[84]

Everet 6 dəqiqə davam edən mahnını hansısa radionun səsləndirəcəyinə inanmasa da, bu haqda Merkyurinin özünə heç nə deməmiş və mahnını səsləndirməyə başlamış, musiqini eşitdikdən sonra isə demişdir: "unudun hər şeyi, o, əsrlər boyunca nömrə bir olacaq."[84] Capital Radio mahnını rəsmən qəbul etmədiyindən Everet demişdi ki, "Təəssüf ki, barmağım sürüşdü və mahnı təsadüfən efirə getdi."[84] Bundan sonra radionun telefonuna gələn çoxlu saylı zənglərdə dinləyicilər mahnının nə vaxt çıxarılacağını öyrənmək istəmişdilər. Sonradan Everet mahnını bir gündə 36 dəfə səsləndirmişdi.[91][92]

1970-ci illərdə onların dostluğu daha da möhkəmlənmiş, Everet Merkyurinin məsləhətçisi və köməkçisi, Merkyuri isə onun etibar etdiyi insan olmuşdur.[91] 1980-ci illərin erkən ortalarınd onlar homoseksual təbiətlərini öyrənməyə davam etmiş, birlikdə narkotik maddələr yoxlamış, heç vaxt sevgili olmasalar da, birlikdə Londonun gecə həyatının aktiv iştirakçılarına çevrilmişlər.[91] 1985-ci ildən onlar arasında narkotik istifadəsi ilə bağlı fikir ayrılıqları yaranmış, Everetin keçmiş həyat yoldaşı Li Everet Alkinin avtobioqrafik kitab buraxmasından sonra Merkyurinin dostunun yox, onun keçmiş həyat yoldaşının tərəfini saxlaması isə onların münasibətlərini daha da gərginləşdirmişdir.[91] Hər ikisinin xəstəliyə tutulmasından sonra, onlar 1989-cu ildən yenidən danışmağa başlamışlar.[91]

Cinsi oriyentasiyası

[redaktə | mənbəni redaktə et]

Bəzi şərhçilər Merkyurinin cinsi oriyentasiyasını ictimayətdən gizlətdiyini desələr də[23][36][93], digərləri onun "açıq gey" olduğunu bildirirlər.[94][95] 1974-cü ilin dekabrında "New Musical Express"in "Əzilmiş olmaq necədi?" sualına cavab olaraq Merkyuri demişdi ki, "Sən məkrli inəksən. Belə deyək: vaxt var idi mən cavan və yaşıl idim. Bu, məktəbli oğlanların yaşadığı hisslər idi. Mənim də o tipdə məktəb macəralarım olub. Bunun üstündə ətraflı dayanmaq istəmirəm." 21 yaşına çatmış yetkin kişilər arasında homoseksual əlaqə Birləşmiş Krallıqda yalnız 1967-ci ildə — yeddi il əvvəl leqallaşdırılmışdır. 1980-ci illərdə ictimai məclislər zamanı çox vaxt müğənni partyoru olan Cim Hatton ilə arasında məsafə saxlayırdı.[89]

Karyerası boyunca Merkyurinin göstərdiyi bütün ekstravanqard səhnə şoularını bəzi müxbirlər onun cinsəlliyi ilə əlaqələndirirlər. Queen qrupunun 1984-cü ildə Uembli Arenada verdiyi konserti "Kerrang!" jurnalı üçün şərh edən Deyv Dikson, Merkyurinin izləyicilərə ünvanlanmış "kemp" stilini qeyd edir və onu "poza verən, dodaqlarını qabağa uzadan və arxasını sığallayan" kimi təsvir edir.[96] 1992-ci ildə "Gay Times" jurnalından Con Marşall yazır ki, "Merkyuri özünü səhnədə kraliça hiss edərək, geyliyini ifadə etməkdən çəkinmir, lakin, öz həyat tərzini analiz etmir və ya doğrultmağa çalışmır…Sanki, Freddi Merkyuri dünyaya deyir: "Mən necə varamsa eləyəm. Və?" Bu isə özü-özlüyündə bir çoxları üçün təsdiq idi."[97] "AfterElton" tərəfindən nəşr edilmiş məqalədə Robert Urban qeyd edir ki, "Merkyuri heç vaxt siyasi aydınlama verməmiş (kaminq-aut etməmiş) və ya LGBT hərəkatına qoşulmamışdır."[97]

Səhnədə ekstravanqard və açıq xasiyyətli görünməsinə baxmayaraq, həyatda Merkyuri utancaq olmuş, xüsusilə çıxış etmədiyi zaman və tanımadığı adamların arasında olduqda çox sıxılmış[19][36][98], çox nadir hallarda müsahibə verməyə razılaşmışdır. Müsahibələrindən biri zamanı o demişdi ki, "Çıxış etdiyim zaman ekstrovert olsam da, daxilən tamamilə başqa biriyəm."[99] Merkyuri səhnədə olarkən auditoriyasına qarşı sevgi bəsləyirdi; Kurt Kobeyn intihar məktubunda Merkyurinin "…necə kütləni sevməsi, onların sevgisi və həsədindən həzz alması"na paxıllıq etdiyini qeyd etmişdi.[100][101]

1987-ci ildə Merkyuri 41-ci doğum gününü İbizadakı Pikes Hoteldə təmtəraqlı şəkildə qeyd etmiş, bundan bir neçə ay sonra isə İİV virusuna yoluxduğunu öyrənmişdir.[102] Merkyuri bundan sonra əsasən rahatlıq və sakitlik axtarmış, həmin dövrdə hotelin sahibi Entoni Paykla dostluq etməyə başlamışdır. Payk onun haqqında danışarkən deyir ki, "…həyatım boyu qarşılaşdığım ən gözəl insandır. Çox şən və ürəyiaçıqdır."[103] Lesli-Enn Cons qeyd edir ki, Merkyuri "Orda özünü evdəki kimi hiss edirdi. O, tennis oynayır, hovuz yanında dincəlir, axşamlar isə yaxınlıqdakı gey-klub və ya barda əylənirdi."[104] 5 sentyabr 1987-ci ildə təşkil edilmiş ziyafət, "Aralıq dənizi adalarında o zamana kimi təşkil edilmiş ən möhtəşəm qonaqlıq" kimi təsvir edilmiş və ziyafətə 700 nəfərə qədər adam qonaq gəlmişdi.[105] Ziyafətə Qaudinin Saqrada Familia kilsəsi formasında tort gətirilmiş, həmin tortun aşmasından sonra isə, onun yerinə iki metr hündürlüyə malik, üzərində Merkyurinin "Barcelona" mahnısının notları yazılmış ikinci tort gətirilmişdir.[103] Ziyafətdən sonra isə Queen qrupunun meneceri Cim Biçə göndərilmiş hesaba 232 sındırılmış şüşə də daxil edilmişdi.[106]

Xəstəliyi və ölümü

[redaktə | mənbəni redaktə et]
Queen qrupunun bütün səsyazma sessiyaları 1978–1995-ci illərdə İsveçrənin Montrö şəhərində yerləşən Mountain Studiosda həyata keçirilmişdir. Merkyurinin studiyada son səsyazması 1991-ci ilin mayında baş tutmuşdur. 2013-cü ilin dekabrından etibarən fanatların istəyi və Mercury Phoenix Trust xeyriyyə təşkilatının dəstəyi ilə studiya "Queen Studio Experience" adı ilə hər kəsə qapılarını açmışdır.[107]

1986-cı ilin oktyabrında Britaniya mətbuatı Merkyurinin İİV/QİÇS testi üçün Harli-strit klinikasına getməsini xəbər verir. "The Sun" müxbiri Hyu Uittou Yaponiya səfərindən qayıdan Merkyurini Hitrou Hava Limanında qarşılayır və bu məsələ ilə bağı sual verir. Merkyuri yayılan xəbərləri təkzib edir.[108] Partnyoru Cim Hattonun sözlərinə görə 1987-ci il aprelin sonlarında Merkyuriyə QİÇS diaqnozu qoyulmuşdu. Təxminən həmin ərəfədə Merkyuri mətbuata açaqılamasında İİV testinin neqativ nəticə verdiyini bildirmişdi.[36] Təkziblərə baxmayaraq, Britaniya mətbuatı Merkyurinin zamanla daha nadir hallarda kütlə qarşısına çıxması, Queenin qastrol səfərlərinin təxirə salınması və müxtəlif "sevgililərin" taboid jurnallarına müsahibələri əsasında Merkyurinin xəstəliyi məsələsini növbəti bir neçə il ərzində də gündəmdə saxlayır. 1990-cı ildən Merkyurinin sağlamlıq problemi ilə bağlı məlumat daha da yayıldı.[109] 18 fevral 1990-cı ildə Londondakı Dominion teatrında keçirilən "Brit" mükafatının təqdim edilməsi mərasimində o zaman artıq zəif olan Merkyuri, musiqiyə əlamətdar qatqılarına görə mükafatı almaq üçün sonuncu dəfə Queen qrupu ilə birlikdə səhnəyə çıxmışdı.[110][111] Bundan sonra ömrünün sonuna kimi onu paparatsiya fotoqraflar izləmiş, "The Sun" isə onun xəstə olmasından bəhs edən məqalələr seriyası yayımlamışdır; 1990-cı ilin noyabrında yayımlanmış məqalədə isə "Rəsmi: Freddi ağır xəstədir" başlığı altında Merkyurinin çox arıq və zəif fotosu əsas səhifəyə çıxarılmışdır.[106]

Bütün buna baxmayaraq, Merkyuri və onun etibar etdiyi kolleqaları və dostları bu hekayələri təkzib etməyə davam etmişlər, hətta, 29 aprel 1991-ci ildə yayımlanmış Merkyurinin çox arıq şəklindən sonra belə təkziblər davam etmişdir.[112] Ehtimal edilmişdir ki, xəstəliyi haqqında daha əvvəl etiraf etmək və xəstəliklə necə mübarizə apardığını insanlarla bölüşməklə Merkyuri QİÇS-lə mübarizəyə də öz töhfəsini verə bilərdi.[113][114] Merkyuri yaxın adamlarının həyatını mətbuatın müdaxiləsindən qorumaq üçün, mümkün qədər şəxsi həyatını gizlin saxlamağa çalışmış, Brayan Mey isə 1993-cü ildə verdiyi müsahibədə, müğənninin xəstəliyi haqqında qrupa çoxdan məlumat verdiyini etiraf etmişdir.[115][116] 1991-ci ildə Merkyuri "These Are the Days of Our Lives" mahnısı üçün çəkilmiş musiqi videosunda sonuncu dəfə kamera qarşısına keçmişdir.[117] Həmin dövrdə bütün qrup üzvləri yeni mahnı yazmaq üçün, Merkyurinin bir-iki saatlıq özünü yaxşı hiss edib studiyaya gəlməsini gözləyirdi. Mey Merkyuri haqqında deyir ki, "O, sadəcə deyirdi ki, "Mənim üçün daha çox musiqi yaz. Mənim üçün nəsə yaz. Mən sadəcə olaraq, daha çox oxumaq istəyirəm ki, mən gedəndən sonra sən onları tamamlayasan." Əslində, o, heç nədən qorxmurdu"[107] Həmin son səsyazmaları zamanı mühəndis assisenti olmuş Castin Şirli-Smit qeyd edir ki, "Bunu insanlara izah etmək çətindi, lakin, o kədərli yox şən idi. O, mənim ömrüm boyu tanıdığım ən şən insanlardan biri idi. Onunla keçirdiyim vaxtın böyük bir hissəsini mən, gülməyə sərf edirdim. Freddi xəstəliyi haqqında deyirdi ki, "Mən onu fikirləşmirəm, işimi görürəm.""[107]

1991-ci ilin iyununda Queenlə işini bitirdikdən sonra Merkyuri Qərbi Londonun Kensinqton ərazisindəki evinə gedir. Onun əvvəlki partnyoru Meri Ostin, müğənninin ömrünün son bir neçə ilində onun əsas sakitlik və inam mənbəyi olmaqla yanaşı, son bir neçə həftəsində də, Merkyuriyə baş çəkmək üçün tez-tez onun evinə gəlirdi.[118] Ömrünün sonuna yaxın Merkyuri görmə qabiliyyətini tamamilə itirmiş və yataqdan qalxa bilməyəcək hala düşmüşdü.[118] Vəziyyətinin daha da pisləşdiyini anlayan sənətkar, ölümünü tezləşdirmək üçün bütün dərman vasitələrindən imtina etmiş, yalnız ağrıkəsicilər qəbul etmişdi.[118]

22 noyabr 1991-ci ildə, növbəti gün yayımlanacaq ictimai açıqlamanı müzakirə etmək üçün Merkyuri Queenin meneceri Cim Biçi Kensinqtondakı evinə dəvət etmişdi:

" Son iki həftədə mətbuatda yayılan çoxsaylı şübhəli xəbərlərdən sonra mən təsdiq edirəm ki, İİV pozitiv diaqnozu almışam və QİÇS-ə yoluxmuşam. Ətrafımdakı insanların şəxsi həyatını müdafiə etmək üçün, bu vaxta kimi bu məlumatın gizli saxlanmasını düzgün hesab etmişəm. Buna baxmayaraq, mənim dostlarım və bütün dünyadan olan fanatlarımın həqiqətləri öyrənmək vaxtı çatıb. Və mən ümid edirəm ki, bu dəhşətli xəstəliklə mübarizə aparmaq üçün hər kəs mənə, mənim dostlarım və həkimlərimə qoşulacaq. Mənim şəxsi həyatım həmişə mənim üçün şəxsi olub və mən, bu haqqda danışmamışam. Xahiş edirəm anlayasız ki, bu siyasət davam etdiriləcək.[115] "

Bu açıqlamanın yayımlanmasından 24 saat sonra, 24 noyabr 1991-ci ildə Merkyuri Kensinqtondakı evində 45 yaşında vəfat etmişdir.[119] Sənətkarın rəsmi ölüm səbəbi kimi QİÇS-in səbəb olduğu ağciyər iltihabı göstərilmişdir.[120] Merkyuri vəfat edərkən onun yanında, "The Dave Clark Five" qrupunun solisti olan Deyv Klark olmuşdur. Meri Ostin Merkyurinin vəfatını xəbər vermək üçün onun valideynləri və bacısı ilə əlaqə saxlamışdır. 25 noyabr 1991-ci ildə səhər saatlarından etibarən xəbər mətbuatda yayılmağa başlamışdır.[121]

Merkyurinin sonuncu yaşayış yeri olan Qarden-lodc, Loqan-pleys 1 ünvanının xarici divarı fanatlar arasında ziyarətgaha çevrilmişdir. Şəkil 2014-cü ildə çəkilib.

27 noyabrda Qərbi London Krematoriumunda zərdüştçümobidi tərəfindən Merkyurinin vida mərasimi həyata keçirilmişdir. Mərasimdə Merkyurinin ailəsi və 35 yaxın dostu, o cümlədən Queen qrupunun üzvləri və Elton Con iştirak etmişlər.[122][123] Müğənninin tabutu mərasimin keçirildiyi kapellaya Areta Franklinin "Take My Hand, Precious Lord"/"You've Got a Friend" mahnısının sədaları altında aparılmışdır.[124] Merkyurinin son istəyinə uyğun olaraq, Meri Ostin onun külünü götürərək naməlum məzarlıq ərazisindəki naməlum yerdə dəfn etmişdir. Belə ehtimal edilir ki, müğənninin qalıqlarınn dəfn yeri yalnız Ostinə məlumdur, o isə, bu məlumatı heç vaxt açıqlamayacağını bildirmişdir.[125]

Vəsiyyətnaməsində, Merkyuri var-dövlətinin böyük bir hissəsini, səsyazma hüquqlarını, o cümlədən evini Meri Ostinə bağışlamış, qalan hissələrini isə valideynləri və bacısı arasında bölmüşdür. Aşbazı Co Fanelliyə £500,000, şəxsi köməkçisi Piter Fristona £100,000, sürücüsü Terri Giddinqsə £100,000, partnyoru Cim Hattona isə £500,000 miras qoymuşdur.[126] Meri Ostin, indi də Merkyurinin Qarden-Lodc, Kensinqtondakı keçmiş evində öz ailəsi ilə yaşamağa davam edir.[126] Qarden-Lodcun bayır divarı olan Loqan-pleys 1 ünvanı müğənninin ölümündən sonra, onun xatirəsini anmaq istəyənlərin ziyarətgahına çevrilmişdir.[127] Müğənninin ölümündən üç il sonra "Time Out" jurnalı məlumat verir ki, "Merkyurinin ölümündən sonra, onun evinin xarici divarı, Londonun ən böyük rok-n-roll məbədinə çevrilmişdir."[127] Bu günə kimi həmin yeri ziyarət edən fanatlar ürək sözlərini divara yapıdırılan kağızlarda ifadə edirlər.[128] Cim Hattonun yazdığı "Freddi Merkyuri: Danışılmamış hekayə" (ing. Freddie Mercury, the Untold Story) adlı bioqrafik kitab 2000-ci ildə çıxarılmış, Freddinin 60 illik yubileyi ərəfəsində, 2006-cı ildə isə Hatton "The Times" jurnalına müsahibə vermişdir.[129]

Davam edən məşhurluğu

[redaktə | mənbəni redaktə et]

Merkyurinin ölümünün Queen qrupunun məşhurluğuna nə qədər təsir etməsi məlum deyil. Queenin ABŞ-da ən məşhur dövrləri 1980-ci illərdə olsa da, Merkyurinin ölümündən sonra 1992-ci ildə qrupun albom satışları xeyli artmışdır.[130] 1992-ci ildə ABŞ tənqidçilərindən biri qeyd edir ki, "Hansısa tsiniklər deyirlər ki, Queenin məşhurluğunun qaytarılmasında 'ölmüş ulduz' faktoru rol oynamışdır".[131] 1992-ci ildə "Bohemian Rhapsody" mahnısı "Ueynin dünyası" filmində istifadə olunur.[132] Amerika Səsyazma Sənayesi Assosasiyasının məlumatına görə, 2004-cü ilə kimi Queen ABŞ-də 34.5 milyon nüsxə albom satmışdır ki, onun da yarısı 1991-ci ildə Merkyurinin ölümündən sonra satılmışdır.[133]

Bu günə kimi Queen qrupu bütün dünyada 300 milyon nüsxədən çox albom satmışdır.[134] Birləşmiş Krallıqda Queen qrupu günə kimi bütün musiqi kollektivləri ilə (o cümlədən, The Beatles qrupu ilə) müqayisədə UK Album Chartsda ən çox həftə qalmağa müvəffəq olmuş musiqi kollektividir[135], "Queen's Greatest Hits" albomu isə, Birləşmiş Krallıqda bütün zamanların ən çox satılmış musiqi albomudur.[136] Sony Ericsson[137]Ginnesin Rekordlar Kitabı[138] tərəfindən keçirilmiş səsvermələrdə Merkyurinin iki mahnısı – "We Are the Champions" və "Bohemian Rhapsody" mahnıları bütün zamanların ən yaxşı mahnıları siyahısına düşmüşdür. 2004-cü ildə "Bohemian Rhapsody", 2009-cu ildə isə "We Are the Champions" mahnıları Qremmi Şöhrət Zalına əlavə edilmişdir.[139] 2007-ci ilin oktyabrında "Q" jurnalı tərəfindən keçirilmiş səsvermədə "Bohemian Rhapsody" mahnısı üçün çəkilmiş video, bütün zamanların ən yaxşı musiqi videosu seçilmişdir.[140]

Merkyurinin ölümündən sonra, 2001-ci ildə Queen qrupu Rok-n-roll şöhrət zalına, 2003-cü ildə isə qrup üzvlərinin dördünün də adı Mahnı bəstəkarları şöhrət zalına əlavə edilmişdir.[141][142] Onların Rok-n-roll şöhrət zalındakı adları yanında isə yazılıb ki, "Glam rokun qızıl dövründə hiperekspressiv teatral feyeriyaları ilə 70-ci illərin rok qanadlarından birini yaradan Queenin nəzəriyyəsinə ozamankı qrupların heç bir yaxınlaşa bilməmişdir."[143] 2004-cü ildə qrupun adı Birləşmiş Krallıq Musiqi şöhrət zalına əlavə edilmişdir. Onlar, 2005-ci ildə Əlamətdar mahnı kolleksiyasına görə Britaniya mahnı bəstəkarları, bəstəkarlar və müəlliflər akademiyasının İvor Novello mükafatına, 2018-ci ildə isə Bütün ömür boyu qazanılmış musiqi uğuruna görə Qremmi mükafatına layiq görülmüşdür.[144][145]

Ölümündən sonra çıxarılmış Queen albomu

[redaktə | mənbəni redaktə et]

1995-ci ilin noyabrında Queen qrupu "Made in Heaven" adlı albom çıxarmışdır; alboma Merkyurinin 1991-ci ildə yazdırdığı və heç yerdə yayımlanmamış yeni mahnılar, o cümlədən, müğənninin solo işlərinin yenidən işlənmiş versiyaları daxil edilmişdir.[146] Albomun üz qabığında Merkyurinin uzun müddət kitayələdiyi Kak-haus göl evi və Cenevrə gölü sahilində ucaldılmış heykəli vardır. Məhz bu ərazidə yerləşən Mountain Studiosda müğənni son mahnılarını yazdırmışdır.[146] Albomun sloqanında deyilir ki, "Freddi Merkyurinin ölümsüz ruhuna ithaf edilir."[146]

Alboma "Too Much Love Will Kill You" və "Heaven for Everyone" kimi mahnılarla yanaşı alboma Merkyurinin ölümündən bir qədər əvvəl həyata keçirdiyi son səsyazması olan "Mother Love" mahnısı da daxildir. Zərb alətindən istifadə ilə yazılmış mahnıya sonradan Mey, Teylor və Dikon musiqi də aləvə etmişdir.[147] İlkin versiyanın yazılmasından sonr Merkyuri studiyanı tək edərək, "özümü yaxşı hiss etmirəm" demiş, "bunu, növbəti dəfə gələndə tamamlayaram" söyləyərək getmişdir. Buna baxmayaraq, o, bir daha studiyaya qayıda bilməmiş, müğənninin ölümündən sonra isə yarımçıq qalmış mahnını Brayan Mey tamamlamışdır.[107]

Merkyurinin İsveçrənin Montrö şəhərində, Cenevrə gölü sahilində ucaldılmış heykəli qürub vaxtı.

İsveçrənin Montrö şəhərində Çexiya heykəltəraşı İrena Sedleçkanın müəllifi olduğu Freddi Merkyuri heykəli ucaldılmışdır.[148] 3 metr hündürlüyə malik olan heykəlin üzü Cenevrə gölünə baxır. Abidənin açılışı 25 noyabr 1996-cı ildə baş tutmuş, açılış mərasiminə Merkyurinin atası, Monserrat Kabalye, o cümlədən Brayan MeyRocer Teylor da qoşulmuşlar.[149] 2003-cü ildən etibarən, hər il sentyabrın birinci həftəsonu dünyanın hər yerindən İsveçrəyə gələn fanatlar birlikdə Freddi Merkyuri Möntrö Xatirə Gününü (ing. Freddie Mercury Montreux Memorial Day) birlikdə qeyd edirlər. 1 iyun 2010-cu ildə The Bearpark And Esh Colliery musiqi dəstəsi Freddi Merkyurinin heykəli önündə çıxış etmişdir.[150]

1997-ci ildə Queen qrupunun sağ qalan üzvləri "No-One but You (Only the Good Die Young)" adlı mahnı çıxarmış və həmin mahnını Merkyuri ilə yanaşı, onun simasında bütün tez vəfat etmiş şəxslərə ithaf etmişdir.[151] 1999-cu ildə Krallıq poçtunun çıxardığı Millenium markası seriyasından olan poçt markasında Freddi Merkyuri səhnədə çıxış edərkən təsvir edilib.[152][153] 2009-cu ildə Bulsara ailəsinin İngiltərədə ilk dəfə məskunlaşdığı Feltem ərazisində Merkyuriyə ithaf edilmiş ulduzun açılışı olmuşdur. Merkyurinin anası Cer Bulsara və Brayan Meyin iştirakı ilə Feltem-hay-stritdə Merkyurinin nailiyyətlərinə ithaf edilmiş ulduz ucaldılmışdır.[154]

2002-ci ilin mayından 2014-cü ilin mayına kimi Londonun Vest-end ərazisindəki Dominion teatrında Queen və Ben Eltonun "We Will Rock You" adlı myuziklı göstərilmiş, teatrın girişində isə Merkyurinin heykəli ucaldılmışdır.[155] 2009-cu ildə Queenin şərəfinə Los-Anceles mərkəzindəki "Fremont Street Experience" mollunda xüsusi video yayımlanmışdır.[156] 2009-cu ilin dekabrından Pleyhaus teatrında "We Will Rock You" tamamşasının göstərilməsinə başlanılması ilə əlaqədar Edinburqda Merkyurinin tartan geyinmiş modelinin nümayişinə başlanılmışdır.[157]

2011-ci ildə Merkyurinin 65-ci doğum günü münasibətilə Google ona Doodle həsr etmişdir. Həmin animasiyas dəstini "Don't Stop Me Now" mahnısı müşayət edirdi.[158] 2012-ci ildə Ron-n-roll şərəf zalında çıxışı zamanı "Guns N' Roses" qrupu "We Are the Champions" mahnısının sözlərindən sitat gətirmişdir.[159][160] 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Queen və Merkyuriyə ithaf edilmiş şou göstərilmişdir. Qrup səhnədə "We Will Rock You" mahnısını Cessi Ceylə birlikdə ifa etmiş, şou isə Merkyurinin 1986-cı ildə Uembli stadionunda kütləyə müraciəti ilə açılmışdır.[161][162]

Merkyurinin portreti ilə bəzədilmiş təyyarə.

2013-cü ildə Hindistanın Kerala ştatı ərazisində aşkarlanmış qurbağa növü, Merkyurinin "tirək səsindən ilhamlanaraq", Mercurana adlandırılmışdır. Bundan başqa həmin ərazi Freddinin uşaqlıq illərini keçirdiyi yerlərə çox yaxındır.[163] Braziliyadan aşkarlanmış yeni düzqanadlı iynəcə növü müğənninin şərəfinə "Heteragrion freddiemercuryi" adlandırılmışdır.[164]

1 sentyabr 2016-cı ildə Merkyurinin bacısı Kaşmira Kuki və Brayan Meyin iştirakı ilə, vaxtilə Bulsara ailəsinin yaşadığı Londonun Feltem bölgəsinin Qledston-avenyu 22 ünvanında yerləşən yaşayış binasına İngilis irsi Mavi lövhəsi vurulmuşdur.[165] Mərasimdə iştirak edən Böyük Britaniya Dövlət Mədəniyyət Katibi Karen Bredli Merkyurini "Britaniyanın ən təsirli musiqiçilərindən biri" adlandırmış və onun "musiqisi dünyanın müxtəlif yerlərində yaşayan milyonlarla insanın həyatına təsir etmiş qlobal ikona" olduğunu demişdir.[166] 5 sentyabr 2016-cı ildə müğənninin 70-ci doğum günü yubileyi şərəfinə yeni kəşf edilmiş asteroidlərdən biri onun şərəfinə 17473 Freddiemercury adlandırılmışdır.[167] "Xarizmatik müğənni"nin tananmasını araşdıran Cənub-Qərb Araşdırma İnstitutundan Coel Parker deyir ki, "Freddi Merkyuri oxuyurdu ki, "Mən səmada süzən ulduzam" (ing. 'I'm a shooting star leaping through the sky') və indi bu sözlər daha doğru səslənir."[167]

2017-ci ilin sentyabrında Merkyurinin yetmiş birinci doğum günü münasibətilə "Norwegian Long Haul" hava yolları şirkəti iki təyyarəsini müğənninin şəkilləri ilə bəzəmişdir. 1996 FIFA Dünya Kuboku qalibi olan kapitan Bobbi Mur, uşaq yazarı Roald Dal, romançı Ceyn Ostin, pilot Emi Conson və iş adamı Ser Freddi Leykerlə birlikdə Freddi Merkyuri də şirkətin "Britaniyalı altı quyruq qəhrəmanı" siyahısına daxil edilmişdir.[168][169][170]

QİÇS tarixi üçün önəmi

[redaktə | mənbəni redaktə et]

QİÇS-dən vəfat edən ilk böyük rok ulduzu olduğuna görə, Merkyurinin ölümü xəstəliyin tarixində mühüm əhəmiyyət daşıyır.[171] 1992-ci ilin aprelində Queen qrupunun sağ qalmış üzvləri "The Mercury Phoenix Trust" adlı xeyriyyə təşkilatı yaratmış, Merkyurinin həyatı və irsini qeyd etmək üçün, QİÇS haqqında məlumatlandırıcı Freddi Merkyuri İthaf Konsertini (ing. The Freddie Mercury Tribute Concert for AIDS Awareness) təşkil etmiş, 20 aprel 1992-ci ildə isə QİÇS-in araşdırılması üçün iyanə yığılmasına başlamışdır.[172] Həmin dövrdən etibarən təşkilar milyonlarla funt-sterlinq iyanə yığa bilmiş və QİÇS-in araşdırılması, qarşısının alınmasında rol oynamışdır. Londonun Uembli stadionunda təşkilatın iştirakı ilə keçirilmiş ithaf konsertinə 72.000-dən çox izləyici qatılmış, Robert Plent (Led Zeppelin), Rocer Doltri (The Who), Extreme, Elton Con, Metallica, Devid Boui, Enni Lennoks, Toni Ayommi (Black Sabbath), Guns N' Roses, Elizabet Teylor, Corc maykl, Def Leppard, Seal, Layza MinelliU2 (peyk vasitəsilə qoşulmuşdu) kimi ulduzlar iştirak etmişdilər. Elizabet Teylor konsert zamanı söylədiyi nitqdə bildirmişdir ki, Merkyuri "göydə süzən kometa kimi bizim mədəniyyətimizin ortasından süzüb keçən ekstraordinar rok ulduzudur."[173] 76 ölkədə yayımlanmış konsert ümumilikdə bir milyarddan çox insan tərəfindən canlı izlənmişdir.[174]

Təsirli şəxslər siyahısında

[redaktə | mənbəni redaktə et]

Merkyurinin ölümündən on il sonra keçirilmiş müxtəlif nüfuz soruğuları, onun vəfatından sonra reputasiyasının xeyli yaxşılaşdığını göstərmişdir Ən məşhur britaniyalıların müəyyən edilməsi üçün BBC tərəfindən keçirilmiş seçkidə Merkyuri, 100 Ən böyük briton siyahısında 58-ci yerdə qərarlaşdırılmışdır.[175] 2007-ci ildə Yaponiyada keçirilmiş 100 ən təsirli qəhrəmanın müəyyən edilməsi üçün seçkinin nəticələrinəə görə Merkyuri 52-ci yerdə qərarlaşmışdır.[176] İİV statusunu gizlətdiyinə görə gey aktivistlər tərəfindən tənqid edilməsinə baxmayaraq, "Gey 100: Keçmişdən bu günə kimi ən təsirli gey kişi və lezbiyanların sıralaması" (ing. The Gay 100: A Ranking of the Most Influential Gay Men and Lesbians, Past and Present) kitabının müəllifi Pol Rassel Merkyurini də kitaba daxil etmişdir.[177] 2008-ci ildə "Rolling Stone" jurnalı tərəfindən tərtib edilmiş "Bütün samanların Top 100 müğənnisi" siyahısında Merkyuri 18-ci yerdə qərarlaşdırılmışdır.[4] MTV-nin Musiqidə 22 Ən böyük səs siyahısında Merkyuri birinci yerdə qərarlaşmışdır.[94] 2011-ci ildə "Rolling Stone" jurnalı oxuyucuları arasında keçirilmiş sorğuya əsasən "Bütü zamanların Ən yaxşı solist müğənniləri" siyahsında Merkyuri ikinci yerdə qərarlaşmışdır.[100]

Səhnədə canlandırılması

[redaktə | mənbəni redaktə et]

24 noyabr 1997-ci ildə Nyu-York şəhərində Freddi Merkyurinin həyatından bəhs edən "Mercury: The Afterlife and Times of a Rock God" monodram təqdim edilmişdir.[178] Tamaşada Merkyurinin əsl kimliyini axtarması əks etdirilmişdir.[179] Pyes Çarlz Messina tərəfindən yazılmış və səhnələşdirilmiş, Merkyuri obrazını isə əvvəlxə Xalid Qonçalves, daha sonra isə Əmir Dərviş canlandırmışdır.[180] Şoulardan birinin açılışına qatılmış Billi Skvayer Merkyuriyə həsr etdiyi "I Have Watched You Fly" mahnısını ifa etmişdi.[181]

2016-cı ildə Londonun Voksholl rayonunda yerləşən Kral Voksholl Tavernasında "Royal Vauxhall" adlı tamaşanın premyerası baş tutmuşdur. Desmond O'Konnor tərəfindən yazılmış myuziklda Merkyuri, Kenni Everett və Şahzadə Diananın 1980-ci illərdə Kral Voksholl Tavernasında birlikdə keçirdikləri gecədən bəhs edilir.[182] Londonda bir neçə uğurlu mövsümdən sonra, myuzikl, 2016-cı ildə Edinburq Frindc Festivalına gətirilmiş və burda Merkyuri rolunu Tom Gils canlandırmışdır.[182]

Film və televiziyada canlandırılması

[redaktə | mənbəni redaktə et]

2018-ci ildə çıxarılmış "Bohemiya rapsodiyası" bioqrafiya filmi bütün zamanların ən çox gəlir gətirmiş musiqili bioqrafiya filmi olmuşdur.[183] Film, qarışıq rəylər almış[184][185] və tarixi qeyri-dəqiqliklərə yol verildiyinə görə tənqid edilmişdir.[186] Filmdə Merkyuri rolunu aktyor Rami Malek canlandırmışdır.

BBC-nin istehsal etdiyi "Best Possible Taste: The Kenny Everett Story" televiziya dramında Merkyuri ikini plan rolunda olan personaj kimi görünmüş və aktyor Ceyms Floyd tərəfindən canlandırılmışdır. Film ilk dəfə 2012-ci ilin oktyabrında efirə verilmişdir.[187]

2016-cı ilin noyabrında Channel 5 telekanalında yayımlanmış "The Freddie Mercury Story: Who Wants to Live Forever" televiziya filmində Merkyuri rolunu aktyor Coş Blant canlandırmışdır. Film daha çox Merkyurinin sevgi həyatı və intim əlaqələri üzərində fokuslandığına görə tənqid edilsə də, Blantın aktyor işi və canlandırdığı personaja oxşarlığı təriflənmişdir.[188]

2018-ci ildə "Şəhər mifləri" komediya-dram teleserialının "Sex Pistols Bill Qrundiyə qarşı" (ing. "The Sex Pistols vs. Bill Grundy") seriyasında Merkyuri obrazı Kayvan Novak, "Live Aid" konsertinin səhnəarxası hadisələrindən bəhs edən "Live Aid-də səhnə arxası" (ing. "Backstage at Live Aid") və "Şəhzadə Diana, Freddi və Kenni: 'Normal bir gecə'" (ing. "Princess Diana, Freddie and Kenny: 'One Normal Night'") seriyalarında isə Devid Everi tərəfindən canlandırılmışdır.[189][190][191]

"Uill və Qreys" teleserialının 2018-ci ilin oktyabrında yayımlanmış "Tex and the City" adlı seriyasında Merkyurini Erik MakKormak canlandırmışdır.[192]

  1. Bulsara ailəsi soyadını Qucarat ştatının ərazisində yerlşən və hazırda rəsmən Valsad adlanan Bulsar şəhər və rayonundan almışdır. XVII əsrdən etibarən Busar Hindistanda beş ən böyük Zərdüştülük mərkəzindən biri idi (digər dörd mərkəz də Qucarat ştatı ərazisində idi) və Bulsara soyadı Qucarat parsiləri arasında geniş yayılmış soyadı idi.
  2. Merkyurinin doğum haqqında şəhadətnaməsində[10] onun valideynləri özlərinin milliyyətini "Britaniya hindlisi" (ing. Nationality: British Indian), irqlərini isə "parsi" (ing. Race: Parsi) kimi göstərmişlər.
  1. 1 2 Oxford Dictionary of National Biography (ing.). / C. Matthew Oxford: OUP, 2004.
  2. Independent, 2006
  3. "Dance: Deux the fandango". Archived from the original on 15 iyun 2011. İstifadə tarixi: 16 noyabr 2018..
  4. 1 2 "RollingStone.com – 100 Greatest Singers of All Time". Rolling Stone. 2010-12-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 noyabr 2018.
  5. "Blender Magazine's 22 Greatest Voices (MTV2)". Amiannoying.com. 2015-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 noyabr 2018.
  6. Greg, Prato. "Freddie Mercury biography". AllMusic. 2012-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 noyabr 2018.
  7. Birth certificate mr-mercury.co.uk
  8. "Freddie Mercury (real name Farrokh Bulsara) Biography". Inout Star. 10 avqust 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 noyabr 2018.
  9. Brian May. "Freddie's Mum – R.I.P." 18 noyabr 2016. 2021-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-16.
  10. 1 2 "Linda B", 2000.
  11. Sky, 1992. səh. 8–9
  12. "The Great Pretender – Interview with Freddie's sister Kashmira (The Mail On Sunday, 26th noyabr 2000)". Queen Online. 2017-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 noyabr 2018.
  13. "Review: 'Bohemian Rhapsody' won't rock you, but Malek will" Arxivləşdirilib 2019-03-30 at the Wayback Machine, Yahoo News. Retrieved 16 noyabr 2018
  14. Queen Online – History: Freddie Mercury, Archived on 8 avqust 2010.
  15. 1 2 Jones, 1998.
  16. Hodkinson, 2004. səh. 2,61.
  17. Bhatia, Shekhar. "Freddie Mercury's family tell of singer's pride in his Asian heritage" (ingilis). 16 oktyabr 2011. ISSN 0307-1235. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 noyabr 2018.
  18. Alikhan, Anvar. "'Freddie Mercury was a prodigy': Rock star's Panchgani school bandmates remember 'Bucky'". Scroll.in. 5 sentyabr 2016. 2022-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 noyabr 2018.
  19. 1 2 O'Donnell, 2005.
  20. "'Freddie Mercury: The Indian Parsi who rocked the universe!". www.thecanadianbazaar.com. 23 Nov 2013. 17 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 November 2018.
  21. Lesley-Ann Jones (2012). "Mercury: An Intimate Biography of Freddie Mercury". p. 327. Simon and Schuster,
  22. Plekhanov, 2004. səh. 91
  23. 1 2 Januszczak, 1996.
  24. "Freddie Mercury fans hit Heathrow to celebrate Queen star's stint as a baggage handler". The Times. 2019-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 noyabr 2018.
  25. Davis, 1996. səh. 1,10
  26. Hodkinson, Mark, Queen The Early Years, Omnibus Press, 1995, səh. 117, ISBN 0-7119-6012-7
  27. "The pub that hosted John lennon and Freddie Mercury needs your band... – Liverpool Echo – Jade's Music Blog". Musicblog.merseyblogs.co.uk. 8 avqust 2008. 2 fevral 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 noyabr 2018.
  28. Skala, 2006.
  29. Highleyman, 2005.
  30. SutcliffeHinceMack, 2009. səh. 22
  31. 1 2 3 "Queen Logo". Famouslogos.net. 2012-10-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 noyabr 2018.
  32. 1 2 3 Christian T. Herbst, Stellan Hertegard, Daniel Zangger-Borch, Per-Åke Lindestad. "Freddie Mercury—acoustic analysis of speaking fundamental frequency, vibrato, and subharmonics". Logopedics Phoniatrics Vocology. 42 (1). 15 aprel 2016. doi:10.3109/14015439.2016.1156737. ISSN 1401-5439. 2018-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-19.
  33. Evans, David; Peter Freestone, Freddie Mercury: an intimate memoir by the man who knew him best, London: Omnibus, 2001, 108–9, ISBN 0-7119-8674-6
  34. 1 2 3 Soto-Morettini, D., Popular Singing: A Practical Guide To: Pop, Jazz, Blues, Rock, Country and Gospel, A & C Black, 2006, ISBN 978-0-7136-7266-4
  35. Bret, 1996. səh. 26.
  36. 1 2 3 4 Cain, 2006.
  37. O'Donnell, Jim (2013). Queen Magic: Freddie Mercury Tribute and Brian May Interview
  38. Staff, NPR. "Why Freddie Mercury's Voice Was So Great, As Explained By Science". NPR.org. NPR News "All Things Considered". 25 aprel 2016. 2019-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2018.
  39. "Scientists explain Freddie Mercury's incredible singing voice". Foxnews.com. 19 aprel 2005. 2018-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2018.
  40. "Queen – Greatest Hits, Vols. 1". AllMusic. 2015-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2018.
  41. "2003 Award and Induction Ceremony: Queen". Songwritershalloffame.org. 17 dekabr 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2018.
  42. "The 50th Ivor Novello Awards" Arxivləşdirilib 2018-06-12 at the Wayback Machine. The Ivors. Retrieved 21 noyabr 2018
  43. 1 2 3 Wenner, 2001.
  44. 1 2 Queen, 1992.
  45. Aledort, 2003.
  46. Coleman, 1981.
  47. Blaikie, 1996.
  48. Ressner, 1992
  49. Brian May; CBE. Guitarist. "Happy birthday, Freddie Mercury". Googleblog.blogspot.com. 4 sentyabr 2011. 2015-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2018.
  50. Lenig, Stuart (2010) The Twisted Tale of Glam Rock (p. 81) Arxivləşdirilib 2022-03-30 at the Wayback Machine. Books.google.com. Retrieved 21 noyabr 2018
  51. Minchin, 2005.
  52. BBC News, 2005b.
  53. McKee, Briony. "30 fun facts for the 30th birthday of Live Aid". Digital Spy. Hearst Corporation. 13 iyul 2015. 2016-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2018.
  54. Thomas, Holly. "33 years later, Queen's Live Aid performance is still pure magic". CNN. 6 noyabr 2018. 2018-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2018.
  55. Harris, 2005.
  56. Bret, 1996. səh. 91.
  57. Billboard – 16 Aug 1986. Books.google.com. 1 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2018.
  58. Jones, 1999.
  59. Grech, Herman. "Mercury's magic lives forever" (8 fevral 2015). Times of Malta. 20 noyabr 2011. 2015-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-21.
  60. Mr.Scully. "QUEEN CONCERTS – Complete Queen live concertography". www.queenconcerts.com. 2011-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2018.
  61. 1 2 3 Jones, Lesley-Ann, Freddie Mercury: The Definitive Biography, Hatchette, 2011, səh. 3 chapter 7, Mary.
  62. 1 2 Longfellow, 2006
  63. "Lights! Action! Sound! It's That Crazy Little Thing Called Queen". Queenonline.com. 2011-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2018.
  64. 1 2 Runtagh, Jordan. "Freddie Mercury: 10 Things You Didn't Know Queen Singer Did". Rolling Stone. Jann Wenner. 23 noyabr 2016. 2018-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2018. (#invalid_param_val)
  65. 1 2 3 Rees, Crampton, 1999. səh. 809.
  66. "Zabou (Original Motion Picture Soundtrack)". discogs.com. 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2018.
  67. Rees, Crampton, 1999. səh. 811.
  68. Dafydd Rees, Luke Crampton (1999). "Rock Stars Encyclopedia". p. 811. DK Pub.,
  69. Rivadavia, nd.
  70. Bradley, 1992.
  71. Larkin, Colin (1998) The encyclopedia of popular music: Louvin, Charlie – Paul, Clarence, Volume 5 Page 3633. Macmillan, 1998
  72. Rees, Crampton, 1999. səh. 810.
  73. "Queen's Greatest Hits 3". BBC.co.uk. 7 aprel 2005. 2015-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2018.
  74. Roberts, David (2006). British Hit Singles & Albums. London: Guinness World Records Limited
  75. "Freddie Mercury – Collaborations: Michael Jackson". Ultimatequeen.co.uk. 2015-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2018.
  76. "Freddie Mercury: 10 Things You Didn't Know Queen Singer Did". Rolling Stone. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2018 2018.
  77. Michael Jackson: the king of pop. Books.google.com. 2022-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2018.
  78. "There Must Be More To Life Than This". Ultimatequeen.co.uk. 2015-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2018.
  79. "Queen Forever – Queen | Songs, Reviews, Credits | AllMusic". AllMusic. 2016-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2018.
  80. Adam Unger. "QueenVault.com – Freddie +". Queenvaultom. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2018.
  81. Teckman, 2004, part 2.
  82. Jones, p. 83 Arxivləşdirilib 2022-04-07 at the Wayback Machine
  83. Parker, Lyndsey. "Brian May discusses the unusual, beautiful love story in Freddie Mercury biopic". Yahoo! Entertainment. 8 sentyabr 2017. 13 mart 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2018.
  84. 1 2 3 4 Laura Jackson. (2011). "Freddie Mercury: The biography". Hatchette
  85. "The Star – AIDS Kills The King of Rock". Queen archives. 25 noyabr 1991. 2015-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2018.
  86. Freddie's Loves (documentary), Channel 5.
  87. Raab, Klaus, "The Love of Sebastianseck", Suddetsche Zeitung, 17 may 2010, 9 September 2017 tarixində arxivləşdirilib, İstifadə tarixi: 22 noyabr 2018
  88. Sweeney, Ken. "Partner of Queen star Freddie buried". Irish Independent. Dublin. 4 yanvar 2010. 2014-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2018.
  89. 1 2 Hutton, 1994.
  90. Austin, Mary; Freddie Mercury. "The Mysterious Mr Mercury". BBC Radio 4 (Müsahibə). Interviewed by Midge Ure. 12 noyabr 2011. 2015-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2018.
  91. 1 2 3 4 5 6 "When Freddie Mercury Met Kenny Everett" (1 iyun 2002). Channel 4
  92. "Kenny Everett – The best possible way to remember a true pioneer", The Independent, 2015-09-25 tarixində arxivləşdirilib, İstifadə tarixi: 23 noyabr 2018.
  93. Landesman, 2006
  94. 1 2 Fitzpatrick, 2006.
  95. BBC News, 2006
  96. "Kerrang! – UK – Queen, Wembley Arena London". Queen Cuttings. 7 oktyabr 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 noyabr 2018.
  97. 1 2 Leung, Helen Hok-Sze, Undercurrents: Queer Culture and Postcolonial Hong Kong, HBC Press, səh. 88.
  98. Das, 2006.
  99. Myers, 1991.
  100. 1 2 "2. Freddie Mercury". Readers Pick the Best Lead Singers of All Time. Rolling Stone. 12 aprel 2011. 15 aprel 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 noyabr 2018.
  101. "Kurt Cobain's Suicide Note". kurtcobainssuicidenote. 2015-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 noyabr 2018.
  102. Jackson, Laura. Freddie Mercury: The biography. Little, Brown Book Group. 6 oktyabr 2011. 187–190. ISBN 978-0-7481-2907-2. 2020-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2013.
  103. 1 2 Husband, Stuart. "The Beach: Hedonism – LAST OF THE INTERNATIONAL; PLAYBOYS ; Pike's is a notorious Ibiza hotel where anything goes". The Independent, accessed via HighBeam Research. 4 avqust 2002. 2013-11-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 noyabr 2018. (#apostrophe_markup)
  104. Jones, Lesley-Ann. Freddie Mercury: The Definitive Biography: The Definitive Biography. Hodder & Stoughton. 13 oktyabr 2011. səh. 212. ISBN 978-1-4447-3370-9. 2017-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 noyabr 2018.
  105. "Just months after finding out he had AIDS he threw the biggest and wildest birthday party for 700 people". The People, accessed via HighBeam Research. 26 may 1996. 5 November 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 noyabr 2018. (#apostrophe_markup)
  106. 1 2 Jackson, 1997.
  107. 1 2 3 4 "Inside the studio where Freddie Mercury sang his last song". The Telegraph. 25 oktyabr 2015. 2019-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-28.
  108. "Do I Look Like I'm Dying Of Aids? Fumes Freddie", The Sun, 18 oktyabr 1986.
  109. Bret, 1996. səh. 138
  110. "The Highs and Lows of the Brit Awards". News.bbc.co.uk. 2 dekabr 1999. 2015-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2018.
  111. "Queen, Freddie Mercury, Roger Taylor, Brian May, BRITS 1990". Brts.co.uk. 7 oktyabr 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2018.
  112. Tragic Face of Freddie Mercury The Sun
  113. Ressner, 1992.
  114. Sky, 1992. səh. 163
  115. 1 2 Bret, 1996. səh. 179.
  116. "Heir Apparent With Freddie Mercury Dead And Queen Disbanded, Brian May Carries On The Tradition". Queenarchives.com. 2015-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2018.
  117. Sherwin, Adam. "Final Freddie Mercury performance discovered". The Independent. London. 30 may 2011. 30 September 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2014.
  118. 1 2 3 "Mary Austin Shares Her Memories – mart, 17th 2000". Freddie.ru. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2018.
  119. "1991: Giant of rock dies". News.bbc.co.uk. 24 noyabr 1991. İstifadə tarixi: 26 noyabr 2018.[ölü keçid]
  120. Biography Channel, 2007.
  121. "CEEFAX: Singer Freddie Mercury dies, aged 45". 2014-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2018.
  122. "Elton's Sad Farewell". Mr-mercury.co.uk. 12 oktyabr 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2018.
  123. "Freddie, I'll Love You Always". Mr-mercury.co.uk. 12 oktyabr 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2018.
  124. David Bret (2014). "Freddie Mercury: An Intimate Biography". p. 198. Lulu.com
  125. Simmonds, Jeremy. The Encyclopedia of Dead Rock Stars: Heroin, Handguns, and Ham Sandwiches. Chicago Review Press. 2008. 2022-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2018.
  126. 1 2 Wigg, 2000.
  127. 1 2 Kenneth Womack, Todd F. Davis (2012). "Reading the Beatles: Cultural Studies, Literary Criticism, and the Fab Four". p. 174. SUNY Press.
  128. Rob Humphreys (2008). Rough Guide to London". p. 338. Rough Guides, 2008
  129. Teeman, 2006
  130. RIAA, 2007.
  131. Brown, 1992.
  132. Billboard 25 iyul 1992. p.8. Books.google.com. 2020-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-28.
  133. "Gold & Platinum – 22 noyabr 2009". RIAA. 1 iyul 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2018.
  134. Cota, 2006
  135. BBC, 2005a.
  136. Brown, 2006.
  137. Haines, 2005
  138. CNN, 2002
  139. "Grammy Hall of Fame Award". The GRAMMYs. 22 yanvar 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2018.
  140. BBC News, 2007.
  141. "Rock and Roll Hall of Fame: Queen". 2007. 2012-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2018.
  142. "2003 Award and Induction Ceremony: Queen". Songwritershalloffame.org. 17 dekabr 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2018.
  143. "Queen join rock royalty". BBC. 2002-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2018.
  144. "Queen, Tina Turner to Receive Grammy Lifetime Achievement Award" Arxivləşdirilib 2018-06-19 at the Wayback Machine. Rolling Stone. Retrieved 28 noyabr 2018
  145. "The 50th Ivor Novello Awards" Arxivləşdirilib 2018-06-12 at the Wayback Machine. The Ivors. Retrieved 28 noyabr 2018
  146. 1 2 3 "Made in Heaven". Queenonline.com. 2017-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2018.
  147. Lemieux, Patrick. The Queen Chronology: The Recording & Release History of the Band. Lulu. 2013. səh. 86.
  148. "Mercury, heavy metal and a jazz explosion". Traveller. 2012-11-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2018.
  149. "Montreuxmusic/Freddie Mercury". Montreuxmusic. 26 mart 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2018.
  150. Middleton, 2004.
  151. "Queen Press Release – No One But You". Queenarchives.com. 2010-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2018.
  152. "Mercury and Moore head millennium stamps". BBC News. 24 may 1999. 11 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2018.
  153. "Millennium Series. The Entertainers' Tale (1999)". Collect GB Stamps. 2015-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2018.
  154. "Freddie Mercury memorial unveiled in Feltham". Richmond and Twickenham Times. 24 noyabr 2009. 2015-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2018.
  155. "''We Will Rock You'' – Introduction & Credits". Ultimatequeen.co.uk. 23 fevral 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2018.
  156. "Las Vegas...Queen tribute rocks tourists at Fremont St. experience!". Julian1st.wordpress.com. 17 yanvar 2009. 10 iyul 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2018.
  157. "Queen News – dekabr 2009". Brianmay.com. 2015-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2018.
  158. "Freddie Mercury Day is celebrated with Google doodle". The Telegraph. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2018.
  159. "Guns N' Roses Quoted Queen's Freddie Mercury at RRHOF Induction Speech"YouTube platformasında. Retrieved 28 noyabr 2018
  160. Greene, Andy (23 aprel 2012). Steven Adler on Axl Rose: 'I'm Done With Him' Arxivləşdirilib 2018-06-12 at the Wayback Machine. Rolling Stone. Retrieved 28 noyabr 2018
  161. "Olympics closing ceremony: A long goodbye to the Games". BBC News. 13 avqust 2012. 2012-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2018.
  162. Silverman, Rosa. "Record TV audience for Olympics Closing ceremony". Telegraph.co.uk. London. 13 avqust 2012. 2022-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2018.
  163. Robin Kurian Abraham; R. Alexander Pyron; Ansil B. R.; Arun Zachariah; Anil Zachariah. "Two novel genera and one new species of treefrog (Anura: Rhacophoridae) highlight cryptic diversity in the Western Ghats of India". Zootaxa. 3640 (2). 2013: 177–189. doi:10.11646/zootaxa.3640.2.3.
  164. Lencioni, F.A.A. "Diagnoses and discussion of the group 1 and 2 Brazilian species of Heteragrion, with descriptions of four new species (Odonata: Megapodagrionidae). Zootaxa 3685 (1): 001–080" (PDF). Zootaxa. Magnolia Press – Auckland, New Zealand. 9 iyul 2013. 2016-03-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 28 noyabr 2018.
  165. "Blue Plaque unveiled on Freddie Mercury's first London home". BBC News. 2 sentyabr 2016. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-28.
  166. "Freddie Mercury Awarded English Heritage Blue Plaque". English Heritage. 11 noyabr 2016. 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-28.
  167. 1 2 "Freddie Mercury: Asteroid named after late Queen star to mark 70th birthday". BBC News. 5 sentyabr 2016. 2022-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-28.
  168. "Norwegian Dreamliner takes off with new Jane Austen adorned tail fin for first time". Daily Mirror. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2018.
  169. Caswell, Mark. "Freddie Mercury unveiled as Norwegian's latest tail fin hero". Business Traveller.com. 2023-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2018.
  170. Munro, Scott. "Freddie Mercury's image to appear on Norwegian aircraft". Teamrock.com. Future Publishing Limited. 2017-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2018.
  171. National AIDS Trust, 2006
  172. Stothard, 1992
  173. "Freddie Mercury Tribute". Queenarchives.com. 2015-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2018.
  174. ABC Television, 2007
  175. "BBC – 100 great British heroes". BBC News. 21 avqust 2002. 2017-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2018.
  176. "James", 2007
  177. Russell, 2002
  178. Lefkowitz, David. "Freddie Mercury To Rise Again, Off-B'way, Nov. 24". Playbill. 24 noyabr 1997. 21 oktyabr 2012 tarixində orijinalından arxivləşdirilib.
  179. Marone, Mark. "On Stage". Billboard. 13 dekabr 1997. səh. 46. 2015-04-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-29.
  180. Simonson, Robert. "Bohemian Rhapsody: Freddy Mercury Play Begins Performances Off Broadway, Jan. 11". Playbill. 11 yanvar 2004. 21 oktyabr 2012 tarixində orijinalından arxivləşdirilib.
  181. Barron, James; Martin, Douglas. "PUBLIC LIVES; Theater Records". The New York Times. 18 fevral 1998. 2017-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-29.
  182. 1 2 "A cheeky trip down memory lane". Edinburgh Festival. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2018.
  183. Mendelson, Scott. "'Bohemian Rhapsody' Remains Box Office Queen With Supersonic $285M Cume". Forbes. 11 noyabr 2018. 2018-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-29.
  184. Yang, Rachel. "'Bohemian Rhapsody' Sees Mixed Reviews as Critics Praise Rami Malek". Variety. 23 oktyabr 2018. 2018-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2018.
  185. Sblendorio, Peter. "How 'Rhapsody' addresses Freddie Mercury's sexuality". The Detroit News. 7 noyabr 2018. 2019-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2018.
  186. Greene, Andy. "Fact-Checking the Queen Biopic, 'Bohemian Rhapsody'". Rolling Stone. 1 noyabr 2018. 2019-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2018.
  187. "Best Possible Taste: The Kenny Everett Story". BBC. 7 oktyabr 2012. 2015-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noybr 2018.
  188. Troy Nankervis. "Channel 5's Freddie Mercury doco-drama blasted for 'wooden' acting by fans". Metro. 20 noyabr 2016. 22 noyabr 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2018.
  189. "Urban Myths: Backstage at Live Aid". Sky.com. 15 iyun 2018. 2019-03-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-29.
  190. "Urban Myths: Backstage At Live Aid". comedy.co.uk. 15 iyun 2018. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-29.
  191. "Urban Myths: The Sex Pistols vs Bill Grundy, review". The Telegraph. 15 iyun 2018. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-29.
  192. "Will & Grace recap: The 5 best burns in season 10, episode 3". Hidden Remote.com. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

П:  Queen portalı П:  Musiqi portalı П:  Böyük Britaniya portalı П:  LGBT portalı