Areta Franklin
Areta Franklin | |
---|---|
ing. Aretha Louise Franklin | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 25 mart 1942[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 16 avqust 2018[3][4][…] (76 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | mədəaltı vəzin xərçəngi[7] |
Dəfn yeri | |
Uşağı | 4 |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, mahnı yazarı[d], səsyazma sənətçisi[d], pianoçu, bəstəkar |
Fəaliyyət illəri | 1956–2017 |
Janrlar | soul[9], fank[d][10][11], qospel[12], pop musiqisi[13][14][…], pop-rok[15], caz[16], ritm-n-blyuz[17] |
Musiqi alətləri | piano[17] |
Səs tembri | messo-soprano |
Albom şirkətləri | Arista Records[d], Atlantic Records, Columbia Records, Warner Music Group[d] |
Təhsili |
|
Mükafatları |
|
arethafranklin.net | |
Vikianbarda əlaqəli mediafayllar |
Areta Luiza Franklin (ing. Aretha Louise Franklin; 25 mart 1942[1][2][…], Memfis, Tennessi[6] – 16 avqust 2018[3][4][…], Detroyt, Miçiqan[3]) — R&B, soul və gospel stilində ifa edən amerikan müğənnisi. Uğurlarının zirvəsinə 60-cı illərin ikinci yarısında və 70-ci illərin əvvəllərində çatmışdır.[18]
Son dərəcə güclü vokal imkanlarına görə onu çox vaxt soul janrının kraliçası (ing. The Queen Of Soul) və ya Ledi Soul (ing. Lady Soul) da adlandırırlar. 3 yanvar 1987-ci ildə o, adı "Rock and Roll Hall of Fame"- ə yazılan ilk qadın kimi tarixə düşmüşdür. 2008-ci ilin noyabrında isə Rolling Stone jurnalı onu tarixin ən böyük müğənnisi elan etmişdir. NASA NEOVISE missiyasının aşkarladığı 249516 Areta asteroidinə müğəninin adını verib.[19]
İlk illəri
[redaktə | mənbəni redaktə et]Areta Detroytda keşiş ailəsində anadan olmuşdur və bacıları ilə birgə kilsə xorunda oxumuşdur. Artıq 14 yaşında onun vokalının ilk səsyazmaları həyata keçirilmişdir. Detroytun "Motown Records" səsyazma şirkəti gənc istedadla maraqlanmış, lakin agenti Con Hemmondun səriştəsi sayəsində o, "Columbia Records" ilə müqavilə bağlamışdır.[20]
1966-cı ilə qədər bu səsyazma şirkəti ilə işləmişdir ki, bu da müğənninin karyerasında əldən qaçırılmış mümkün fürsətlər dönəmi kimi yadda qalmışdır. Bu dövrün kommersiya cəhətdən uyğunlaşdırılmış bayağı musiqilərinin arasında əsl soul janrının notları gözdən itirdi, amma ümumilikdə müğənninin ilk plastinkaları son dərəcə qeyri-sabit keyfiyyəti ilə seçilirdi. Müğənninin talantını müəyyən bir cığıra yönəldə biləcək bir şəxsin yeri açıq aydın görünürdü.
Qızıl illəri
[redaktə | mənbəni redaktə et]1966-cı ilin sonunda belə bir insan peyda oldu — bu prodüser Cerri Ueksler idi. O, səmimi, ehtiraslı soulun ayrı-ayrı notlarını müğənninin ifaçılıq tərzinə uyğunlaşdırmağa müvəffəq oldu. Bundan sonra müğənni "Atlantic Records"-a keçərək şirkətin əsas ulduzuna çevrildi. 1967-ci ilin başlanğıcından, 1968-ci ilin sonunadək, 18 həftə ərzində Aretanın musiqiləri pop-çartlarda böyük irəliləyiş əldə etdi: bu müddət ərzində onun 10 musiqisi, o cümlədən klassik soul janrının incilərindən olan "Chain of Fools" və "(You Make Me Feel Like) A Natural Woman" "Billboard Hot 100" hit-paradının ən yaxşı onluğuna daxil olur və böyük ehtirasla təkrarən ifa etdiyi Otis Reddinqin "Respect" mahnısı "Feminizm" hərəkatının himninə çevrilərək milli satış hit-paradlarına başçılıq edir. Elə həmin ildə Areta Franklin karyerasında ilk mükafatı olan "Qremmi mükafatı"na layiq görülür. Öz musiqilərində soul ilə gospel janrını birləşdirən müğənni, vətəndaşlıq hüquqları uğrunda mübarizələrdə öz gücünü dərk edərək "qaralar" Amerikasının simasına çevrilir. Onun yeni aranjirovka ilə müşayiət olunmuş kəskin və inamlı vokal imkanları klassik soulun etalonu kimi qəbul olunur. 1972-ci ildə müğənni sırf gospel janrından ibarət olan "Amazing Grace" albomunu yazır ki, bu da onun R&B janrındakı plastinkalarından heç də az satılmır. Və baxmayaraq ki, Areta ilk növbədə məşhur vokalist kimi şöhrət qazanmışdır, çox az adama məlumdur ki, əksər səsyazmalarında klavişlərdə o özü ifa etmişdir. "Soul Kraliçası"-nın ən başlıca çətinliyi isə onun repertuarı ilə bağlı idi. Daimi müəlliflərin çatışmazlığı ucabtından, müğənni digər ifaçıların artıq məşhurlaşmış şlyaqerlərini yenidən işləyərək ifa etməyə məcbur olurdu. Belə ifaçılara misal olaraq, "The Drifters" ("Spanish Harlem"), "Dayon Uorik" ("I Say a Little Prayer"), "Rolling Stones", "The Beatles", "Simon and Garfunkel", "Sem Kuk" kimi məşhurları göstərmək olar.
Sonrakı illəri
[redaktə | mənbəni redaktə et]Areta Franklinin çartlardakı son böyük uğur qazanan musiqisi Stivi Uanderin "Until You Come Back to Me" (1974) musiqisinə etdiyi cover olmuşdur. Bu səsyazma Franklinin həyatının superulduz çağlarını rəsmi olaraq bağlanmasıdır. Soul musiqisinin "Qızıl əsri" artıq keçmişdə qalmışdı və onun "kraliçası" bunu dərk etməyə bilməzdi. Müğənniyə daha bir zərbə isə atasına malikanəsində soyğunçular tərəfindən edilən hücum və bunun nəticəsində, yaralanaraq iflic olması oldu. Areta 1978-ci ildən 1984-cü ilə qədər məşhur aktyor Qlin Turman ilə evli olmuşdur. Ancaq, evliliyi boşanma ilə yekunlaşmışdır. Yaşı artdıqca müğənninin ifasındakı emosional coşğunluq azalmağa başlayır və ehtiraslı soul əvəzinə, o ənənəvi pop-şlyaqerlərin ifasına doğru istiqamətlənir. Əsasən isə Lüter Vandross kimi gənc ifaçılarla duetlər oxumağa başlayır. 1986-cı ildə "Corc Maykl" ilə oxuduğu duet UK Singles Charta başçılıq edir. Müğənninin 90-cı illərdə oxuduğu daha da uğurlu sinql olan "A Rose Is Still a Rose" (1998) isə The Fugees qrupunun solisti olan Lorin Hill ilə birgə yazılmışdır. "Kraliçanın" müxtəlif illərdə xaç qızlığı olan Vitni Hyuston, Meray Kerri, Enni Lennoks, Meri Blayc, Frenk Sinatra, Qloriya Estefan, Kristina Agilera və digər ifaçılarla oxuduğu duetlər 2007-ci ildə xüsusi disk şəklində ("Jewels in the Crown: All-Star Duets with the Queen") buraxılmışdır. Bundan 2 il əvvəl isə Areta Franklin "Prezident Azadlıq Medalı" ilə təltif olunmuşdur.
Areta Franklin 16 avqust 2018-ci ildə 76 yaşında Detroyt şəhərində mədəaltı vəzi xərçəngindən vəfat edib.
Diskoqrafiya
[redaktə | mənbəni redaktə et]Studiya albomları
[redaktə | mənbəni redaktə et]- 1956 — The Gospel Soul of Aretha Franklin
- 1961 — Aretha: With The Ray Bryant Combo
- 1962 — The Electrifying Aretha Franklin
- 1962 — The Tender, the Moving, the Swinging Aretha Franklin
- 1963 — Laughing on the Outside
- 1964 — Unforgettable - A Tribute to Dinah Washington
- 1964 — Runnin' Out of Fools
- 1965 — Yeah!!!
- 1965 — Once in a Lifetime
- 1966 — Soul Sister
- 1967 — Take It Like You Give It
- 1967 — I Never Loved a Man the Way I Love You
- 1967 — Aretha Arrives
- 1967 — Take A Look
- 1968 — Lady Soul
- 1968 — Aretha Now
- 1969 — Soul '69
- 1969 — Soft and Beautiful
- 1970 — This Girl's in Love with You
- 1970 — Spirit in the Dark
- 1972 — Young, Gifted & Black
- 1973 — Hey Now Hey (The Other Side of the Sky)
- 1974 — Let Me In Your Life
- 1974 — With Everything I Feel in Me
- 1975 — You
- 1976 — Sparkle
- 1977 — Sweet Passion
- 1978 — Almighty Fire
- 1979 — La Diva
- 1980 — Aretha (1980)
- 1980 — Aretha Sings the Blues
- 1981 — Love All the Hurt Away
- 1982 — Jump to It
- 1983 — Get It Right
- 1984 — Never Grow Old
- 1985 — Who's Zoomin' Who?
- 1986 — Aretha (1986)
- 1986 — Soul Survivor
- 1989 — Through the Storm
- 1991 — What You See Is What You Sweat
- 1998 — A Rose Is Still a Rose
- 2003 — So Damn Happy
- 2007 — Jewels in the Crown: All-Star Duets with the Queen
- 2008 — This Christmas
- 2011 — Aretha: A Woman Falling Out of Love
- 2014 — Aretha Franklin Sings the Great Diva Classics
Konsert albomları
[redaktə | mənbəni redaktə et]- 1956 — Songs of Faith
- 1968 — Aretha in Paris
- 1971 — Aretha Live at Fillmore West
- 1972 — Amazing Grace
- 1987 — One Lord, One Faith, One Baptism
- 2005 — Don't Fight the Feeling: Live at Fillmore West
- 2007 — Oh Me Oh My: Aretha Live in Philly, 1972
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Black Rodeo (1972) (sənədli film)
- Blüz Qardaşları (1980)
- Listen Up: Quincy Jones (1990) (sənədli film)
- Blüz Qardaşları 2000 (1998)
- Tom Dowd & the Language of Music (2003) (sənədli film)
- The Zen of Bennett (2012) (sənədli film)
- Muscle Shoals (2013) (sənədli film)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Ritz D. Aretha Franklin // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Aretha Franklin // Internet Broadway Database (ing.). 2000.
- ↑ 1 2 3 4 Aretha Franklin, music’s ‘Queen of Soul,’ dies at 76 (ing.). Washington Post, 2018.
- ↑ 1 2 Aretha Franklin // filmportal.de. 2005.
- ↑ 1 2 https://books.google.no/books?id=RsMDAAAAMBAJ&lpg=PA56&pg=PA56#v=onepage&q&f=false.
- ↑ 1 2 Southern E. Biographical Dictionary of Afro-American and African Musicians (ing.). Greenwood Publishing Group, 1982.
- ↑ Aretha Franklin, 'Queen of Soul', dies aged 76 (ing.). // BBC News Online BBC, 2018.
- ↑ Find a Grave (ing.). 1996.
- ↑ http://www.939bobfm.com/Music/Album.aspx?id=17309.
- ↑ http://www.juno.co.uk/products/funk-soul-classics/423562-01/.
- ↑ http://www.karaoke-version.com/mp3-backingtrack/aretha-franklin/rock-steady.html.
- ↑ http://www.mtv.com/news/1679376/whitney-houston-clive-davis/.
- ↑ http://www.vh1.com/celebrity/2010-12-07/happy-holidays-from-aretha-franklin/.
- ↑ http://www.vh1.com/celebrity/2009-12-03/aretha-franklin-stars-in-the-gospel-grizzly/.
- ↑ http://www.lyricsfreak.com/a/aretha+franklin/i+wonder+where+are+you+tonight_20827765.html.
- ↑ http://www.broadwayworld.com/bwwmusic/article/Knew-You-Were-Waiting-The-Best-of-Aretha-Franklin-to-be-Released-131-20111219.
- ↑ 1 2 Montreux Jazz Festival Database.
- ↑ Aretha Franklin, music’s ‘Queen of Soul,’ dies at 76 Arxivləşdirilib 2018-08-16 at Archive.today — Washington Post, 2018. İstifadə tarixi: 25 Aprel, 2019
- ↑ "NASA asteroidə müğənninin adını verdi". Axar.Az (az.). 17 avqust 2018. 2018-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 avqust 2018.
- ↑ Greatest Singers of All Time | Rolling Stone Music | Lists Arxivləşdirilib 2010-04-13 at the Wayback Machine. İstifadə tarixi: 25 Aprel, 2019
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 25 martda doğulanlar
- 1942-ci ildə doğulanlar
- Tennessidə doğulanlar
- 16 avqustda vəfat edənlər
- 2018-ci ildə vəfat edənlər
- 76 yaşında vəfat edənlər
- Miçiqanda vəfat edənlər
- Vudloun qəbiristanlığında dəfn olunanlar
- Messo-sopranolar
- Culyard musiqi məktəbinin məzunları
- Prezident Azadlıq medalı ilə təltif edilənlər
- Həyatı boyu müvəffəqiyətlərinə görə Qremmi mükafatı laureatları
- Kennedi Mərkəzinin Fəxri Mükafatı laureatları
- Əlifba sırasına görə musiqiçilər
- ABŞ müğənniləri