Fnatic

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Fnatic
Klubun loqosu.
İdmankiberidman
Yaranma tarixi23 iyul 2004
Region{{ {{{1}}}

| alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas =

}}
Rənglər             narıncı-qara-ağ
BölmələrLeague of Legends, Valorant, Dota 2, Counter-Strike 2
SaytRəsmi saytı

FnaticBirləşmiş Krallıq kiberidman klubu. 23 iyul 2004-cü ildə yaradılmış klub London şəhərində məskunlaşmışdır.

Klubun "League of Legends" komandası Avropanın ən uğurlu komandalarından biri hesab olunur və League of Legends EMEA Çempionatında (LEC) çıxış edir. Komanda 2011-ci ildə keçirilmiş ilk League of Legends üzrə dünya çempionatının qalibi olmaqla yanaşı, 7 dəfə LEC-də çempion olmuşdur.

"League of Legends" komandası ilə yanaşı klubun "Counter-Strike 2", "Dota 2", "Fortnite Battle Royale", "Rainbow Six Siege", "Valorant", "FIFA", komandaları fəaliyyət göstərir. Keçmiş illərdə "Clash Royale", "Heroes of the Storm", "Smite", "PUBG Mobile" komandaları mövcud olmuşdur.[1]

"Fnatic" 23 iyul 2004-cü ildə Sem Metyus və Anna Metyus tərəfindən yaradılmışdır.[2] 2008–2009-cu illərdə sponsorluq razılaşmasına əsasən "FnaticMSI" adını daşımışdır.[3]

2020-ci ildə Çində fəaliyyət göstərən elektrotexnika şirkəti "Hisense" ilə əməkdaşlıq müqaviləsi imzalamışdır.[4] Həmin il "BMW" ilə əməkdaşlıq müqaviləsi imzaladığını açıqlamışdır.[5] 2022-ci ilin noyabrında klub "Fnatic Music" adlı musiqi leyblını yaratmışdır.[6]

League of Legends

[redaktə | mənbəni redaktə et]
"Fnatic" 2015-ci ildə.
Rekkless "Fnatic" forması ilə.

Klubun "League of Legends" komandası 2011-ci ilin martında "myRevenge" komandasının heyəti əsasında yaradılmışdır. Komanda ilk mövsümündə League of Legends üzrə dünya çempionatına vəsiqə qazanmış, finalda 2–1 hesabı ilə gələrək ilk dünya çempionu olan komanda olmuşdur.[7] Lakin növbəti mövsüm dünya çempionatından kənarda qalmışdır.

2013-cü ildə komanda LEC-də həm yaz, həm də yay splitinin qalibi olmuşdur. Rekkles həmin mövsüm daimi olaraq komandaya qoşulmuşdur.[8] Klub dünya çempionatında yarımfinala qədər irəliləsə də, "Royal Club"-a uduzmuşdur. 2015-ci ildə klub 18 qələbə qazanaraq LEC-i məğlubiyyətsiz başa çatdıran ilk komanda olmuşdur.[9] Həmin mövsüm komandada Huni, Reignover, Febiven kimi oyunçular çıxış etmişdir.[10][11]

2018-ci ildə komandanın heyətinə Hylissang qoyulmuşdur.[12] Komanda həmin mövsüm LEC-in yaz splitində çempion olmuşdur.[13] Həmin mövsüm komanda dünya çempionatında uğurlu çıxış edərək "Edward Gaming" və "Cloud9" kimi komandaları məğlub edərək finala çıxmışdır.[14][15][16] Finalda "Invictus Gaming" klubuna məğlub olaraq dünya çempionu ola bilməmişdir.[17] 2020-ci ildə komanda həm yaz, həm də yay splitində LEC finalına çıxsa da, iki finalda da "G2 Esports" komandasına uduzmuşdur.[18]

Fnatic "League of Legends" heyəti
Oyunçular Məşqçilər
Rol Ləqəb Ad Ölkə
Üst  Oscarinin  Oskar Munos Ximenes    İspaniya 
Meşə  Razork  İvan Martin Dias    Cənubi Koreya 
Orta  Humanoid  Marek Brazda    Çexiya 
Alt  Noah  O Hyon Tak    Cənubi Koreya 
Dəstək  Jun  Yun Se Cun    Cənubi Koreya 
Baş məşqçi

Tomaş "Nightshare" Knejinek

Köməkçi məşqçi(lər)

Pablo "Gaax" Veqas Peres
Aleksi "Hiiva" Kaikkonen


Legenda:
  • (Q) Qeyri-aktiv
  • (Ç) Çıxarılıb
  • Ehtiyat oyunçu Ehtiyat
  • Zədəli Zədə / Xəstəlik
  

Ən son heyət tarix: 7 may 2024.

  1. "Team Money Ranking". SK Gaming. 11 March 2012 tarixində orijinalından arxivləşdirilib.
  2. "About us". fnatic. 23 August 2009. 13 August 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2024.
  3. 'kboy' Neil Kirk. "MSI and FNATIC insist on the best!". fnatic. 15 October 2008. 5 April 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 may 2024.
  4. "FFNATIC ANNOUNCES GLOBAL PARTNERSHIP WITH HISENSE". Fnatic. 1 October 2020. 7 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2024.
  5. "LEAGUE OF LEGENDS: BMW PARTNERS WITH FNATIC, G2 ESPORTS, CLOUD9, T1 AND FUNPLUS PHOENIX". estnn.com. 16 April 2020. 26 May 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2024.
  6. Thielmeyer, Max. "Fnatic Launches New Music Label With 'Lofi Beats To Chill And Game To' Album". Forbes. 20 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2024.
  7. "WetDreaM leaves Fnatic". Fnatic.com. stoner. 1 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2024.
  8. "rekkles joins Fnatic". fnatic.com. inz. 1 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2024.
  9. "Fnatic adds Perfect Legend". fnatic.com. Mighty. August 16, 2015. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2024.
  10. "FNATIC.com: Farewell Peke & Cyanide – Thanks for the memories!". www.fnatic.com. 4 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2024.
  11. "FNATIC.com: Farewell for now, Rekkles!". www.fnatic.com. 24 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2024.
  12. "Sources: Fnatic to sign Hylissang, re-sign Rekkles". ESPN.com. 18 November 2017. 30 November 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2024.
  13. Li, Xing. "Rekkles proves why he's the MVP in Fnatic's dominating victory over G2". Dot Esports. 8 April 2018. 17 November 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2024.
  14. Abbas, Malcolm. "Fnatic take down EDG to advance to the Worlds semifinals". Dot Esports. 21 October 2018. 7 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2024.
  15. "Cloud9, Fnatic punch semifinals tickets". ESPN.com. 21 October 2018. 7 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2024.
  16. "Fnatic and Invictus progress to the League of Legends Worlds 2018 final". Metabomb.net. 22 November 2013. 10 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2024.
  17. "iG sweeps Fnatic to win Worlds 2018". ESPN.com. 3 November 2018. 17 November 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2024.
  18. Porter, Matt. "4 wins in a row prove G2 Esports rule the LEC Summer Finals". redbull. 7 September 2020. 1 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 May 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]