Firəngiz Əhmədova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Firəngiz Əhmədova
Ümumi məlumatlar
Doğum tarixi 23 sentyabr 1928(1928-09-23)
Doğum yeri
Vəfat tarixi 16 dekabr 2011(2011-12-16) (83 yaşında)
Vəfat yeri
Dəfn yeri
Musiqiçi məlumatları
Fəaliyyəti opera müğənnisi, musiqi pedaqoqu, deputat
Səs tembri soprano
Təhsili
Mükafatları "Şöhrət" ordeni — 1998 "Lenin" ordeni — 1959
"SSRİ xalq artisti" fəxri adı — 1967 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1964 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1956
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Firəngiz Yusif qızı Əhmədova (23 sentyabr 1928, Bakı16 dekabr 2011, Bakı) — Azərbaycan opera müğənnisi, Azərbaycan SSR xalq artisti (1964) və SSRİ xalq artisti (1967). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü.

Əhmədova Firəngiz 23 sentyabr 1928-ci ildə Bakıda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinə daxil oldu. Vokal sənətində ilk dərslərini həmin məktəbdə almağa başladı. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir . 1946–1951-ci illərdə Azərbaycan Radiosu Xorunun, 1951–1988-ci illərdə isə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur.

Konservatoriyanın ikinci kursunda oxuyanda onu Opera və Balet Teatrına dəvət etdilər. Firəngiz Əhmədova uzun illər Azərbaycan, rusQərbi Avropa bəstəkarlarının operalarında müvəffəqiyyətlə çıxış etmişdir.

Azərbaycan, rusQərbi Avropa bəstəkarlarının operalarında müvəffəqiyyətlə çıxış etmişdir. Əsas partiyaları: Nərgiz, Gülzar ("Nərgiz", "Şah İsmayıl", M. Maqomayev), Nigar ("Koroğlu", Ü. Hacıbəyli), Sevil ("Sevil", F. Əmirov), Səriyyə ("Azad", C. Cahangirov), Sona ("Bahadır və Sona", S. Ələsgərov), Maro ("Daisi", Z. Paliaşvili), Aida ("Aida", C. Verdi), Toska ("Toska", C. Puccini) və s.

Firəngiz Əhmədova Azərbaycanın opera sənətinin inkişafında çox böyük rol oynadı. Opera tamaşalarında böyük sənətkarlarla — Bülbül, Müslüm Maqomayev, Rauf Atakişiyev və başqaları ilə tərəf-müqabil olan Firəngiz Əhmədova o illərdə Sovet İttifaqına daxil olan respublikalarda, eləcə də Çexoslovakiya, Polşa, Bolqarıstan, Rumıniya və başqa ölkələrdə qastrol səfərlərində oldu, Azərbaycan mədəniyyətini layiqincə təmsil etdi.

Opera sənətində yüksək uğurlar qazanan Firəngiz Əhmədova müxtəlif kamera əsərlərinin və romansların bənzərsiz ifaçısı kimi də tanındı. O, Üzeyir Hacıbəylinin "Sənsiz", Asəf Zeynallının "Ölkəm", Niyazinin "Arzu", Əşrəf Abbasovun "Heyran olmuşam", Ağabacı Rzayevanın "Oxu, gözəl", eləcə də P. Çaykovski, S. Raxmaninov, S. Taneyev və digər klassik rus bəstəkarlarının romanslarını və mahnılarını sənətkarlıqla ifa etdi.

Firəngiz Əhmədova 1989-cu ildən ildən Azərbaycan Opera və Balet Teatrında məşqçi-pedaqoq kimi fəaliyyət göstərir. SSRİ Ali Sovetinin (4-cü çağırış) və Azərbaycan SSR Ali Sovetinin (5-ci çağırış) deputatı olmuşdur.[1]

Ölkəmizdə opera sənətinin inkişafı sahəsində nailiyyətlərinə görə o, Azərbaycan SSR əməkdar artisti, Azərbaycan SSR xalq artisti və SSRİ xalq artisti fəxri adlarına, müxtəlif orden və medallara layiq görülüb, o cümlədən müstəqil Azərbaycanın ali mükafatı olan "Şöhrət" ordeni ilə təltif olunub. 2002-ci ildən prezident təqaüdçüsü olub.[2]

16 dekabr 2011-ci ildə Bakı şəhərində vəfat edib və I Fəxri Xiyabanda dəfn edilib.[3]

  1. Mədəniyyət TV. "SSRİ Xalq artisti Firəngiz Əhmədova - 95" (az.). Youtube.com. 25.09.2023. 2023-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-25.
  2. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.10.2023.
  3. "Arxivlənmiş surət". 2020-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-16.