Feyzi Hindi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Feyzi Hindi
Əbül-Feyz ibn Şeyx Mübarək əl-Məhdəvi
Doğum tarixi
Doğum yeri Aqra, Hindistan
Vəfat tarixi (48 yaşında)
Vəfat yeri Aqra, Hindistan
Fəaliyyəti şair, diplomat, xəttat, alim, tərcüməçi, yazıçı
Əsərlərinin dili fars dili
Janr lirika

Əbül-Feyz ibn Şeyx Mübarək əl-Məhdəvi (d.24 sentyabr 1547 - ö. 5 oktyabr 1595)— Hindistan şairi.

Əbülfeyz 24 sentyabr 1547-ci ildə Aqrada (Əkbərabad) doğuldu. Ailəsi Ərəb əsilli olub, Yəməndən Sində, daha sonra da Hindistana köç edərək Racastandakı Nagora yerləşmişdi. 1505-ci ildə burada dünyaya gələn atası Şeyx Mübarək ibn Xızır gəncliyində Qucarata gedib Əbül-Fazl-ı Kazəruni və Mövlanə İmad-i Lari kimi tanınmış alimlər yanında təhsil gördü. 1543-cü ildə getdiyi Aqrada evləndi. Feyzi təhsilini atasının yanında aldı. İmamiyyə şiəsinə mənsub olan ata ilə oğul mülhidliklə ittiham edilərək öldürülmələrinə qərar verildi. Ölümdən ancaq gizlənərək qurtula bilən Feyzi və Şeyx Mübarək, Əkbər şahın süd qardaşı Mirzə Əziz vasitəsiylə Əkbərlə tanış olma imkanını tapdılar (1566).[1] Əkbər tərəfindən çox yaxşı qarşılanan Feyzi yazdığı bir qəsidə ilə hökmdarın könlünü fəth etdi və saraya alındı. Ondan öncə sarayda “məliküş-şüəra” ünvanını daşıyan Qəzali-i Məşhədi ölüncə onun yerinə keçdi (1576). Feyziyə ayrıca dövlət işləriylə bağlı vəzifələr də verildi. Özəlliklə mənsəbdarlıq vəzifəsi ona bir çox imtiyaz verdi. Məliküş-şüəra ünvanına layiq olduğunu göstərmək üçün 1579-cu ildə Nizami Gəncəvinin ünlü Xəmsəsinə nazirə olaraq bir Xəmsə yazmağı qərara aldı.[2] Ancaq bu düşüncəsini qismən gerçəkləşdirə bildi. Eyni il Əkbər şahın oğlu şahzadə Daniyal mirzənin lələliyinə təyin edildi. Əkbər şahın İslamiyət, Xristianlıq, Zərdüştilik, HinduizmBuddizm kimi müxtəlif inanc sistemlərini birləşdirərək “din-i ilahi” adıyla yeni bir din qurmasında Feyzi-i Hindi, atası Şeyx Mübarək və qardaşı Əbül-Fəzl əl-Əllami təsirli olmuşdur. Məşhur tarixçi Əbdülqadir əl-Bədauni və digər bəzi alimlər onları, Əkbər şahın dinə bağlılığını sarsıtdıqları üçün şiddətli tənqid edirlər.[3]

Fəyzi 1585-ci ildə Pəşavərdəki yusufzaylara qarşı edilən səfərə qatıldı. 1588-ci ildə Əkbər şah ilə birlikdə Kəşmirə getdi. İki il sonra elçi olaraq Dəkkəndə Handeş hökmdarı Raca Əli xan və Əhmədnaqar hökmdarı Burhan Nizamşahın saraylarına göndərildi. İşini tamamladıqdan sonra paytaxt Fatehpur Sikriyə döndü (1592).[4]

5 oktyabr 1595-ci ildə Aqrada vəfat edən Feyzi-i Hindi atasının yanına gömüldü. Kitabxanasında olan çoxlu müəllifin xətti ilə 4600 cild kitabın böyük bir bölümü ölümündən sonra Əkbər şahın əmriylə imperatorluk kitabxanasına köçürülmüşdü. Feyzi ölümünə yaxın, eyni təxəllüsü işlədən digər şairlərlə qarışdırılmaqdan əndişə etdiyi üçün Fəyyazi təxəllüsünü işlətmişdi.[5]

Ərəbcə və Farscanı çox yaxşı bildiyi anlaşılan Feyzinin 101 əsər yazdığı söylənirsə də, bunun doğruluğu şübhəlidir. Feyzinin Divanından (Dehli, 1261; Tehran, 1362 hş.) başqa yazmağı planladığı Xəmsədə yer alacaq "Mərkəz-i Ədvar", "Sülüyman ü Bilqis", "Nəl ü Dəmən", "Həft Kişvər" və "Əkbərnamə" adlı məsnəvilərindən sadəcə "Mərkəz-i Ədvar" (Kəlkütə, 1831) ilə "Nəl ü Dəmən" (Ləknəv, 1846) tamamlana bilmişdir.[6][7]

  • Z. A. Desai, “Life and Works of Faidi”, Indo-Iranica, XVI/3, Calcutta 1963;
  • H. Beveridge, “Feyzi Şeyx”, İA, IV, 592-593;
  • A. S. Bazmee Ansari, “Fayđī”, El2 (İng.), II, 870-872.
  1. Əbül-Fəzl Əllami, Əkbərnamə, Kəlkütə, 1873-1887, III, bax. İndeks.
  2. Əbül-Fəzl Əllami, Hərsədəftər-i Əbül-Fəżl, Ləknəv, 1292/1875, s. 138 vd., 202-214.
  3. Bədauni, Müntəxabüt-təvarix, Bibliothəca Indica, II, 393-394, 405 vd.
  4. Əbül-Fəzl Əllami, Ain-i Əkbəri (trc. Blochmann), Calcutta, 1939, s. 112 vd., 490 vd., 548-550, 618 vd.
  5. M. Hüseyn Azad, Dərbar-i Əkbəri, Lahor 1927, s. 359-418.
  6. Storey, Persian Literature, I/l, s. 540
  7. Browne, LHP, IV, 242-245.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]