16°20′ c. e. 145°14′ q. u.HGYO

Fakarava

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Fakarava adası
fr. Fakarava
Ümumi məlumatlar
Sahəsi 16 km²
Uzunluğu
  • 60 km
Eni 25 km
Əhalisi 855 nəfər (2007-ci il)
Yerləşməsi
16°20′ c. e. 145°14′ q. u.HGYO
Ölkə  Fransa Polineziyası
Akvatoriya
Fakarava adası xəritədə
Fakarava adası
Fakarava adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Atollun kosmosdan təsviri.

Fakarava (fr. Fakarava) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası).

Düzbucaqlı formaya malikdir. Atollun sahəsi 16 km²-dir. Uzunluğu 60 km, eni 25 km-dir. Daxilində böyük laqun vardır. Laqunun uzunluğu 56 km, eni 20 km-dir.

Taiaro ilk dəfə 1820-ci ildə rus səyyahı Faddey Bellinshauzen tərəfindən kəşf edilir. O, adanı Vitqenşteyn şərəfinə adlandırır. Adada ilk katolik kilsə 1850-ci ildə meydana gəlir. XIX əsrdə adada Tuamotunun bir çox inzibati binaları yerləşirdi.

İnzibati bölgüsü

[redaktə | mənbəni redaktə et]

İnzibati baxımından Fakarava, Aratika, Kauehi, Niau, Rapaka, Taiaro Toau atolları birlikdə Fakarava kommunasını əmələ gətirir. O da Tuatomu-Qambe inzibati bölgüsünə daxildir.

Ada / rif Quru sahəsi,
km²
Laqunun sahəsi,
km²
Əhali,
nəf. (2007)
İnzibati mərkəz
Fakarava 16 1 153 855 Rotoava
Aratika 8,3 145 Paparara
Kauehi 15 320 552 Tearavero
Niau 20 33 171 Tupuna
Raraka 7,2 342 Motutapu
Taiaro 6 12 Paqanie
Toau 12 561 Maraqai
Fakarava kommunası 84,5 2566 1578 Rotoava

2007-ci il məlumatına görə adada 855 nəfər yaşayır. Rotoava əsas yaşayış məntəqəsidir. Yerli əhalinin əsas məşquliyyəti mirvari toplamaq və balıqçılıqdır. Turizm son zamanlar inkişaf etdirilir.