Fahişəliyə məcburetmə
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Fahişəlik ödəniş müqabilində, yəni şəxsi simpatiyaya, istəyə əsaslanmadan təsadüfi, nikahdankənar mütəmadi cinsi münasibətlərə girmədir. Fahişəliyin səciyyəvi əlamətləri müxtəlif müştərilərlə cinsi münasibətlərin mütəmadiliyi, ödəniş barədə qabaqcadan razılığın əldə edilməsidir. Bu cinayət obyektiv cəhətdən zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, şantajla, əmlakı məhv edilməklə və ya zədələməklə, aldatmaqla, gəlir və ya digər fayda əldə etmək məqsədilə fahişəliyə cəlb etmədə ifadə olunur. Fahişəliyə cəlbetmə ən azı bir şəxsi fahişəliklə məşğul olmağa təhrik edən istənilən hərəkətdir. Fahişəliyə cəlbetmə zərərçəkmişin öz bədənini mütəmadi olaraq satmağa vadar edilməsində, məcbur və təhrik edilməsində, habelə buna tam razı olan şəxsin öz bədənini mütəmadi satmağa yönəldilmə sində ifadə olunur. Qeyd etmək lazımdır ki, mütəmadilik əməlin fahişəlik kimi tövsif olunmasına təsir göstərmir, ödəniş müqabilində cinsi münasibətlərə bircə dəfə də olsun cəlbetmə fahişəliyə cəlb etmənin tərkibini yaradır. Cəlbetmə müxtəlif formalarda ola bilər:
- zorakılıqla, yaxud zorakılıq olmadan;
- zorakı olmayan üsullar (dilə tutma, vəd etmə, məsləhət vermə, şirnikləndirmə və s.) yalnız yetkinlik yaşına çatmayanları fahişəliyə cəlbetmə hüquqi əhəmiyyətə malik olur və bu zaman konkret cinayət əməli kimi tövsif olunur. Burada hər hansı bir şəxsə, hətta həmin şəxsin razılığı ilə fahişəlik məqsədilə vasitəçilik etmə, onu fahişəliyə sövq etmə, yoldan çıxarma, hər hansı bir şəxsin, hətta həmin şəxsin razılığı ilə fahişəliyini istismar etmə kimi hərəkətlər də zorakı olmayan üsullarla törədilən hərəkətlər hesab olunur. Zor tətbiqetmə zərərçəkmişin iradəsindən kənar, yaxud bunun əleyhinə olaraq fiziki təsir göstərilməsidir
- zor tətbiqetmənin nəticələrinə azadlığı məhdudlaşdırma, fiziki əzab vermə, zərərçəkmişin sağlamlığına yüngül, az ağır və ağır zərər vurma aid ola bilər. Zor tətbiq etməklə hədələmə insanın psixikasına, onun iradəsindən kənar, yaxud iradəsi əleyhinə olaraq hüquqazidd təsir etmədir. Hədə şifahi, yazılı hərəkətlərin və jestlərin köməyi ilə müəyyən predmetləri nümayiş etdirməklə ola bilər. Hədənin intensivlik dərəcəsi əhəmiyyət kəsb etmir, lakin bütün hallarda hədə həqiqi və real olmalıdır.
Fahişəliyə cəlbetmə üsulu kimi şantaj zərərçəkmişi rüsvay və ya ifşa edəcək məlumatların maraqlı şəxslərə, məsələn, valideynlərə, qonşulara, iş yoldaşlarına, ailə üzvlərinə, dövlət orqanlarına və ya digər təşkilatlara çatdırılması ilə hədələmədə ifadə olunur. Bu, fiziki zor tətbiq etməyə, belə zor tətbiq etməklə hədələməyə, şantaja, əmlakı məhvetmə və ya zədələməyə aiddir. İstənilən fiziki və psixi zor təkcə fahişəliyə cəlb olunan şəxsə deyil, onun yaxınlarına da ünvanlana bilər. Burada şantaj hədəsi həm doğru faktlara, həm də uydurma və böhtanlara əsaslana bilər. Fahişəliyə cəlbetmə üsulu kimi aldatma zərərçəkmişin işə götürüləcəyinə, düşdüyü çətin vəziyyətdən çıxarılacağına vəd verilməsində və s. kimi hərəkətlərdə ifadə oluna bilər. Aldatma çox zaman törədilən hərəkətlərin bütün xarakterinə aiddir. Buna gələcəkdə nikah qurmağı vəd edərək digər şəxsi müəyyən insanla cinsi əlaqəyə girməklə dilə tutaraq razı salma aid edilə bilər. Burada cinsi əlaqə faktiki olaraq vasitəçilik edənin aldığı mükafata görə icra olunur. Gəlir və ya digər fayda əldə etmək məqsədi fahişəliyə cəlbetmənin əsas meyarıdır. Əməlin hansı üsulla həyata keçirilməsindən asılı olmayaraq, əsas məqsəd gəlir və ya digər fayda əldə etmək olur.
Tərkib elementləri
[redaktə | mənbəni redaktə et]icraçı bir və ya bir neçə şəxsi seksual xarakter daşıyan hərəkətləri həyata keçirməyə məcbur edir və ya bunu etməyə cəlb edir. Seksual xarakterli hərəkətlər aşağıda göstərilən yollarla həyata keçirilir;
- güc tətbiq etməklə;
- güc tətbiqi ilə hədələməklə;
- məcburetmə üsulu ilə – bu üsul zorakılığa məruz qalma qorxusu, kobudluğa məruz qalma, qeyri-qanuni saxlanılma, psixoloji təzyiq və vəzifədən sui-istifadə edərək zorakılıq hərəkətləri formasında həyata keçirilir;
- şəraitin xarakterindən sui-istifadə etmə (məsələn, münaqişə şəraitindən, özbaşınalıqdan istifadə etmə);
- bir və ya bir neçə şəxsin razılığını ala bilməmək və ona qarşı zorakılıq hərəkətləri etmək (məsələn, lalın, karın);
- zərərçəkmişə cinsi yolla zor tətbiq edərək ona bir sıra bədən xəsarəti yetirmək;
- icraçı törətdiyi seksual xarakterli hərəkətlərlə bağlı maddi qazanc əldə edir və ya nəticədə maddi qazanc əldə etməyi gözləyir;
- əməl mülki şəxslərə qarşı genişmiqyaslı və sistematik hücum formasında olmalıdır;
- icraçı əməlin mülki şəxslərə qarşı törədilmiş genişmiqyaslı və sistematik hücumun tərkib hissəsi olduğunu əvvəlcədən bilir və bunu dərk edir;
- əməl dövlət siyasəti və ya planı çərçivəsində həyata keçirilir.
Cinayət kimi
[redaktə | mənbəni redaktə et]- cinayətin subyekti bir və ya bir neçə şəxsə qarşı on ları əldə etmək yolu ilə, satmaqla, istifadəsinə imkan verməklə, onların mübadiləsini həyata keçirməklə, bir sözlə onları bu və ya digər üsullarla azadlıqdan məhrum etməklə şəxs üzərində sahiblik funksiyası nı yerinə yetirməlidir;
- azadlıqdan bu cür məhrumetmə əməyə və şəxsin istə yinə uyğun gəlməyən işə məcburetmə kimi baxılır;
- bu əməl öz xarakterinə görə qadın və uşaq alverini özündə əks etdirir;
- təqsirləndirilən şəxs bir və ya bir neçə şəxsi cinsi əlaqədə olmağa məcbur edir ki, bu da vətəndaşlara qarşı genişmiqyaslı və sistematik hücumun tərkib hissəsi kimi çıxış edir;
- cinayətin subyekti törətdiyi əməlin genişmiqyaslı və sistematik hücumun tərkib hissəsi olduğunu bilir və dərk edir, məqsədi isə onu ümumi hücumun bir hissəsinə çevirməkdir.
Yuxarıda qeyd olunmuşdu ki, zorlama insanlıq əleyhinə cinayət kimi Nürnberq və Tokio tribunallarının nizamnamələrində əks olunmamışdı. Məsələn, Tokio Tribunalı Koreya qadınlarını güclə kölə edilib yapon əsgərləri üçün fahişəliyə məcbur edilməsini aydınlaşdırmış və bunu zorlama kimi yox, fahişəliyə məcburetmə kimi müəyyən etmişdi. Avropa Şurası Nazirlər Komitəsi 30 aprel 2002-ci ildə üzv dövlətlər üçün qadınların zorakılıq hallarından qorunması haqqında Tövsiyə qəbul etmişdir. Tövsiyənin zorakılığa qarşı əlavə tədbirlər bölməsində göstərilir ki, münaqişə şəraitində və münaqişədən sonrakı şəraitdə zorakılığa qarşı tədbirlərin görülməsi üçün üzv dövlətlərə tövsiyə edilir ki, zorlama, köləlik, məcburi hamiləlik və məcburi sterilizasiya kimi cinsi zorakılıqların qarşısı alınmalıdır. Zorlama və fahişəliyə məcburetmə dinc şəraitdə mülki əhaliyə qarşı sistematik və ya genişmiqyaslı hücumun tərkib hissəsi kimi çıxış etdiyi halda insanlıq əleyhinə cinayət kimi, müharibə şəraitində baş verən zaman isə müharibə cinayətləri kimi tövsif olunmalıdır. Məsələn, Bosniya-Herseqovina Serb qüvvələri Bosniyanın şimalında işğal etdikləri şəhərdə sistematik olaraq 40 gənc müsəlman qadınını cinsi zorakılığa məruz qoymuşdular. Əsgərlər təxminən 1000 nəfər qadın, uşaq və qocanı 8 avtobusa yığaraq müxtəlif yerlərə, xüsusi təşkil edilmiş "etnik təmizləmə" yerlərinə, meşələrə, çay kənarlarına apararaq zorlayırdılar. Bu cinayətin icraçıları zorakılığa məruz qalanlara bildirmişdilər ki, onlar bu cinayəti könüllü olaraq yerinə yetirmirlər, bu, komandanlıq tərəfindən onlara verilmiş bir əmrdir . Məhz elə bu elementi nəzərə alaraq qeyd etmək lazımdır ki, serblər tərəfindən zorakılığın edilməsi müharibə cinayətlərinin tərkibini yaradır və bu, müharibə taktikasının prinsiplərindən biri hesab olunmalıdır.