Estakada nəqliyyatı
Estakada nəqliyyatı ― yol xəttləri viaduk və ya digər yerüstü tikilidə (adətən polad, çuqun, beton və ya kərpicdən ibarət) yerləşən sürətli dəmir yolu. Dəmir yolu geniş, standart və ya darraylı, yüngül relsli, monorelsli və ya asma tipli ola bilər. Estakada dəmir yolları adətən şəhər yerlərində olur ki, çoxsaylı dəmir yolları keçidləri salınmasın. Polad viadukları üzərində hərəkət edən estakada nəqliyyatını adətən küçə səviyyəsindən görmək mümkün olur.
Tarixi
[redaktə | mənbəni redaktə et]1836-1838-ci illər arasında 878 tağlı kərpic viaduki üzərində inşa edilmiş London və Qrinviç dəmir yolu ən birinci estakada nəqliyyatı hesab olunur. 1840-cı ilə aid London və Blekuoll dəmir yolunun ilk 4 kilometri də viaduk üzərində inşa edilmişdir. 1840-cı illərdə əlavə estakada dəmir yollarının tikilməsi planlaşdırılsa da, heç biri realizə olunmadı.[1]
1860-cı illərin sonlarından etibarən ABŞ şəhərlərində də estakada nəqliyyatı populyarlaşdı. Nyu-York Vest Sayd və Yonkers patent dəmir yolu 1868-ci ildən 1870-ci ilədək kanat tramvayı kimi fəaliyyət göstərirdi, sonradan isə lokomotivə keçdi. Onun ardınca 1875-ci ildə Manhetten dəmir yolu, Sauz Sayd estakadası, Çikaqo (1892–) və Boston estakadları yarandı. Çikaqo tranzit sistemin estakada tipli olduğu üçün qısaca "L" olaraq tanınır. Berlin və Vyana şəhər dəmir yolları da əsasən estakada tiplidilər.
İlk elektrik estakada nəqliyyatı Liverpulda inşa edilmişdir və 1893-cü ildən 1956-cı ilədək şəhərin dokları arasından keçirdi. 1987-ci ildə açılan Londondaki Doklend yüngül metrosu müasir estakadalardan hesab olunur və daima genişləndirilir.[2] Qatarlar pilotsuz və avtomatik işləyirlər.[3]
Tokioda pilotsuz fəaliyyət göstərən Yurikamome xətti estakada dəmir yolunun digər bir nümunəsidir.[4]
Sistem növləri
[redaktə | mənbəni redaktə et]Monorels
[redaktə | mənbəni redaktə et]Monorelslərin çoxusu estakada tiplidilər. Nümunə kimi Disneylend monorels sistemi (1959), Tokio monorelsi (1964), Sidney monorelsi (1988–2013), KL monorelsi, Las-Veqas monorelsi və San Paulu monorelsini göstərmək olar. Bir çox maqlev nəqliyyatları estakada tiplidilər.
Asma dəmir yolları
[redaktə | mənbəni redaktə et]1890-cı illərdə asma dəmir yollarına müəyyən maraq yaranmışdır. bu xüsusilə Almaniyada (1981-ci ildə Drezden asma dəmir yolu və 1901-ci ildə Vuppertal asma yolu) özünü birüzə verirdi. 1975-ci ildə H-Bahn asma dəmir yolları Dortmund və Düsseldorf hava limanında quraşdırılmışdır. 1982-ci ildə Memfis asma dəmir yolu açılmışdır.
Asma dəmir yolları adətən monorelsli olurlar; Yaponiyadaki Şonan monorelsi və Çiba şəhər monorelsi adlarına baxmayaraq asma dəmir yollarıdılar.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Jack Simmons and Gordon Biddle, The Oxford Companion to British Railway History, Oxford University Press, (1997), p.360.
- ↑ "DLR History Timeline". Arxivləşdirilib 2014-01-22 at the Wayback Machine Transport for London.
- ↑ "Where are the drivers?" Arxivləşdirilib 2012-01-23 at the Wayback Machine Transport for London.
- ↑ New Transit Yurikamome website History Arxivləşdirilib 2019-07-14 at the Wayback Machine Retrieved 3 March 2015