Erik Karmen

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Erik Karmen
ing. Eric Carmen
Ümumi məlumatlar
Doğum adı Eric Howard Carmen
Doğum tarixi 11 avqust 1949(1949-08-11)[1]
Doğum yeri
Vəfat tarixi 10 mart 2024(2024-03-10)[2] (74 yaşında)
Vəfat yeri
Uşağı 2
Musiqiçi məlumatları
Fəaliyyəti gitaraçı, müğənni, mahnı yazarı[d], klavişçi[d], səsyazma sənətçisi[d], musiqiçi, söz yazıçısı[d]
Fəaliyyət illəri 1967–2024
Janrlar pop-rok
Musiqi alətləri gitara, elektron klaviatura[d], piano
Albom şirkəti Arista Records[d]
ericcarmen.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erik Hovard Karmen (ing. Eric Howard Carmen; 11 avqust 1949[1], Klivlend, Ohayo10 mart 2024[2], Paradays-Valli[d][2]) – amerikalı müğənni, şair və bəstəkar, klavişli alətlər və gitara ifaçısı olub.

O, 1970–80-ci illərdə bir neçə hit mahnısı ilə böyük uğur qazanıb. Əvvəlcə "Raspberries" qrupunun üzvü olmuş, sonradan solo karyerasını qurmağa qərar vermişdir. Karmenin ifa etdiyi mahnılar arasında "All by Myself", "Never Gonna Fall in Love Again", "She Did It", "Hungry Eyes" və "Make Me Lose Control" kimi hitlər var.

Erik Karmen Rusiyadan köçən yəhudi mühacirlərin nəslindəndir. Klivlenddə anadan olub. Gələcək musiqiçi uşaqlığını Lindhörst şəhərində keçirib. Musiqiyə olan həvəsi çox erkən başlayıb: artıq üç yaşında Erik Klivlend Musiqi İnstitutunda bədii gimnastika proqramı üzrə hazırlaşırdı. Altı yaşında o, Klivlend Orkestrinin skripkaçısı olan bibisi Muriel Karmendən skripka dərsləri almağa başladı. On bir yaşında o artıq pianoda ifa edir və öz mahnılarını bəstələməyi arzulayırdı. BeatlesRolling Stones kimi qrupların ABŞ-də konsertlərlə çıxış etməsi onun arzularını bir az dəyişdi, buna görə də Lindhörst liseyində (Charles F. Brush High School) ikinci kurs tələbəsi olanda Erik Karmen klavişçi və rok-n-rol qrupunun vokalisti oldu.

Piano öyrənməklə yanaşı, Erik özü gitara çalmağı öyrəndi. Belə ki, 15 yaşında o, gitara dərsləri almağa başladı, lakin müəllimin metodlarının istənilən nəticəni vermədiyini anlayaraq, özü öyrənməyə qərar verdi. "Beatles" mahnılarının akkordları olan kitab aldı və dörd ay ərzində onu mənimsədi.

Raspberries qrupunda

[redaktə | mənbəni redaktə et]

Erik Karmen özəl Con Kerroll katolik universitetində oxuyarkən qəti şəkildə musiqiçi olmağa qərar verir. O, "Epic records" üçün bir neçə uğursuz sinql yazan "Cyrus Erie" qrupuna qoşulur. Qrupun gitaraçısı Volli Brison bu qrupdan əlavə, dostları Cim Bonfanti və Deyv Smolli ilə birlikdə 1967-ci ildə "It's Cold Outside" sinqlı ilə milli hit paradda kiçik uğur qazanan və o dövrün ən məşhur Klivlend qruplarından biri olan "The Choir"un da gitaraçısı idi.

1960-cı illərin sonunda "Cyrus Erie" və "The Choir" qrupları dağıldı və Karmen, Brison, Bonfanti və Smolli ABŞ-də pauer-pop üslubunun liderlərindən birinə çevrilən "The Raspberries" qrupunu yaratdılar. Karmen qrupun bütün hitlərinin müəllifi (bəzən həmmüəllifi) olmaqla yanaşı, əsas vokalçı oldu. 1975-ci ildə "The Raspberries" dağıldıqdan sonra Erik Karmen "The Raspberries" albomlarındakı mahnılarına xas olan hard rok elementlərindən uzaqlaşıb, soft rok və balladalara yönələrək solo karyerasına başladı.

2004-cü ildə Karmen və "The Raspberries" qrupunun keçmiş üzvləri Birləşmiş Ştatların müxtəlif şəhərlərində çıxış etmək üçün birləşdilər. Bu turda qrupun hitlərindən ibarət (Sunset Strip, Hollivud, Kaliforniya) "The House of Blues" adlı konsert albomu yazıldı. Həm tur, həm də albom böyük tənqidi bəyənmə qazandı.

Solo karyerası

[redaktə | mənbəni redaktə et]

Karmenin ilk iki sinqlı 1976-cı ildə hit-paradlara düşdü. Onların hər ikisi Sergey Raxmaninovun əsərlərinin təsiri altında yazılmışdır. Fortepiano və orkestr üçün 2 nömrəli konsert əsasında hazırlanmış sinqllardan birincisi – "All by Myself" ABŞ-də 2-ci və Böyük Britaniyada 12-ci hit oldu. Sinql bir milyon nüsxədən çox satıldı və 1976-cı ilin aprelində Amerika Səsyazma Sənayesi Birliyindən qızıl sertifikat aldı. "Mi minorda 2 nömrəli simfoniya"nın əsas mövzusunun asta hissəsinə əsaslanan növbəti sinql – "Never Gonna Fall in Love Again" Billboard Hot 100-də 11-ci yerə, "US Adult Contemporary Chart" və "Cash Box Chart"da birinci yerə yüksəldi.

Erik Karmen 2024-cü ilin martında vəfat etdi. Martın 11-də arvadı Emi, ölüm səbəbini qeyd etmədən, onun ötən həftəsonu yuxuda öldüyünü açıqladı.[3][4][5]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Karmen üç dəfə evli olub. 1978–1979-cu illərdə Mersi Hill, 1993–2009-cu illərdə Syuzan Braun və 2016-cı ildən ölümünədək keçmiş teleaparıcı Emi Mörfi ilə evli olmuşdur. İkinci evliliyindən 2 uşağı var.[6][7][8]

Karmenin ölümündən sonra onun övladları Kleyton və Ketrin ögey anaları Emi Karmenə qarşı məhkəmə iddiası qaldıraraq onu atalarının 2007-ci ildə onların adına yatırdığı mirasdan məhrum etməkdə ittiham etdilər.[9] Buna cavab olaraq Eminin vəkilləri bildiriblər ki, Karmen ölümündən çox əvvəl iki uşağını vərəsəlikdən məhrum etmək qərarına gəlib. Belə ki, illər əvvəl onlar atalarının evinə soxulmuş, onu öldürmək və onun "Jaguar" avtomobilini götürmək üçün plan qurmuş, həmçinin, onun kredit kartından icazəsiz istifadə etmişlər.[10]

Diskoqrafiyası

[redaktə | mənbəni redaktə et]
  • Raspberries (1972) US № 51
  • Fresh Raspberries (1972) US № 36
  • Side 3 (1973) US № 128
  • Starting Over (1974) US № 143
  • Raspberries' Best Featuring Eric Carmen (1976) US № 138
  • Live on Sunset Strip (2007)

Solo albomları

[redaktə | mənbəni redaktə et]
  • Eric Carmen (1975) US № 21
  • Boats Against the Current (1977) US № 45
  • Change of Heart (1978) US № 137
  • Tonight You’re Mine (1980) US № 160
  • Eric Carmen (1984)
  • The Best of Eric Carmen (1988) US № 64
  • Definitive Collection (1997)
  • I Was Born to Love You (2000)
  • The Essential Eric Carmen (2014)

Solo sinqlları

[redaktə | mənbəni redaktə et]
  • "All by Myself" (1975)
  • "Never Gonna Fall in Love Again" (1976)
  • "Sunrise" (1976)
  • "That’s Rock and Roll" (1976)
  • "She Did It" (1977)
  • "Boats Against the Current" (1977)
  • "Marathon Man" (1977)
  • "Change of Heart" (1978)
  • "Haven’t We Come a Long Way" (1978)
  • "End of the World" (1978)
  • "It Hurts Too Much" (1980)
  • "All for Love" (1980)
  • "Foolin’ Myself" (1980)
  • "I Wanna Hear it from Your Lips" (1984)
  • "I’m Through with Love" (1984)
  • "The Rock Stops Here" (1986)
  • "Hungry Eyes" (1987)
  • "Make Me Lose Control" (1988)
  • "Reason to Try" (1989)
  • "My Heart Stops" (1991)
  • "Brand New Year" (2013)
  1. 1 2 Eric Carmen // Internet Broadway Database (ing.). 2000.
  2. 1 2 3 4 https://trellis.law/case/4013/cv2024006938/carmen-vs-paradise-valley-police-department-et-a.
  3. "Raspberries Lead Singer Eric Carmen Dead at 74". TMZ (ingilis). 2024-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-12.
  4. Willman, Chris; Aswad, Jem. "Eric Carmen, Raspberries Frontman and 'All by Myself' Singer, Dies at 74". Variety (ingilis). 2024-03-12. 2024-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-12. (#missing_name)
  5. "В возрасте 74 лет умер автор хита All by myself Эрик Кармен". Общественная служба новостей (rus). 2024-03-12. 2024-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-12.
  6. RealEricCarmen. "Meet Mrs. Eric Carmen. Last week I married my beautiful soulmate and best friend. Love at last!" (Tweet). October 20, 2016. August 13, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 16, 2020.
  7. "Eric Carmen, singer who had a worldwide hit with the tear-stained power ballad All by Myself – obituary". The Telegraph (ingilis). March 12, 2024. ISSN 0307-1235. March 13, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 13, 2024.
  8. Jacob, Bob. "Raspberries lead singer Eric Carmen, former Lyndhurst resident, dies at 74". Cleveland Jewish News (ingilis). March 12, 2024. March 14, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 14, 2024.
  9. Adam Ferrise, cleveland com. "Raspberries frontman Eric Carmen's wife cut kids out of trust, lawsuit says". cleveland (ingilis). 2024-08-07. 2024-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-10.
  10. "Eric Carmen's wife fires back at Raspberries frontman's kids in lawsuit over trust".