Erfurt Birliyi
Erfurt Birliyi — Prussiya kralı tərəfindən Erfurtda təklif edilən və alman dövlətlərinin federasiyada birləşməsini nəzərdə tutan plan. Erfurt Birliyi Parlamentinə malik idi və 1850-ci ilin 20 martından 29 aprelə qədər mövcud olmuşdur. Birlik Erfurtdakı keçmiş Avqustiniyan monastırında fəaliyyətə başlamışdı. Birlik heç vaxt təsirli ola bilmədi və Avstriyanın təzyiqi ilə 1850-ci ilin 29 noyabrında Olmütz punktasiyası ilə sonlandırıldı. Olmütz punktasiyası bəzən "Olmütz alçaltması" da adlandırılır.[1][2]
Birliyin konsepsiyası
[redaktə | mənbəni redaktə et]1848-ci il inqilabları Avstriyanın hegemon olduğu Alman Konfederasiyasının çökməsi ilə nəticələndi. Frankfurt Məclisi alman dövlətləri çoxluğu üçün konstitutsiya hazırlamaq istəyirdi. Lakin Məclis Prussiya kralı IV Fridrix Vilhelmin alman tacını rədd etməsindən sonra fəaliyyətini davam etdirə bilmədi. Prussiya hökuməti general Jozef Mariya fon Radovitzin planı əsasında alman dövlətlərini Hohensollernlərin təsiri altında birləşdirmək üçün yaranmış fürsəti dəyərləndirmək qərarına gəldi. Eyni zamanda, IV Fridrix Vilhelm xalqın konstitutsiya tələblərini və birləşmiş Almaniyanın rəhbəri olmağı qəbul etdi.
Erfurt Birliyinin parlamentinin toplanmasından 1 il əvvəl 26 may 1849-cu ildə Prussiya, Saksoniya və Hannoverin daxil olduğu Üç Kral ittifaqından iki dövlət çıxdı, lakin Avstriyadan başqa digər alman dövlətləri ittifaqa qoşuldular. Prussiyanın birləşdirmə siyasətinin ortaya çıxmasından sonra Erfurt Birliyində ümumi və bərabər seçki hüququ konstitutsiyaya daxil edilmədi. Lakin konstitutsiyanın özü qüvvəyə minmək üçün seçilmiş Reyxstaq tərəfindən təsdiq edilməli və hökumət tərəfindən qəbul edilməli idi. 25 iyun 1849-cü ildə Qotadakı Alman milli məclisinin görüşündə 150 keçmiş liberal deputat konstitutsiya layihəsini qəbul etdi və demək olar ki, bütün dövlətlər (28 dövlət) Reyx konstitutsiyasını tanıdı və birliyə daxil oldu. Onlar belə etməsi üçün Prussiya dövləti tərəfindən müxtəlif təzyiqlərə məruz qalmışdılar.
İlk problemlər
[redaktə | mənbəni redaktə et]Buna baxmayaraq, 1850-ci ilin yanvar ayında keçirilən Erfurt parlamentinə seçkilər çox az dəstək aldı, hətta demək olar ki, tanınmadı. Demokratlar universal formada seçkiləri boykot etdilər və iştirakçı sayı 50 faizdən az olduqdan sonra Saksoniya və Hannover Üç Kral ittifaqından çıxmaq üçün hazırlıqlara başladılar. Heç bir hökumət konstitutsiyanı qəbul etmədi və layihə Qota partiyası tərəfindən rahat formada qəbul edilsə də, heç vaxt qüvvəyə minə bilmədi. Beləliklə, Erfurt parlamenti heç vaxt reallaşmadı.
Avstriya - Metternixin istefasından, I Ferdinandın hakimiyyətdən əl çəkməsindən və İtaliyada, Macarısitandakı konstitutsiya inqilablarından sonra - çətinliklərini həll etdi və Prussiyanın birlik planına qarşı aktiv formada qarşı çıxmağa başladı. Saksonların və hannoverlilərin birlikdən çıxması da avstriyalıların cəsarətlənməsinə səbəb oldu. Vyana Alman Məclisi adı ilə Alman Konfederasiyanın bərpasını istəyirdi və buna görə Prussiya generalı Lüdviq Leopold fon Gerlaxın birlik siyasətinə qarşı anti-milli qrupların və feodalların müxaliflyiinə dəstək verməyə başladı.
Prussiyada 1850-ci ilin may ayında Berlində keçirilən şahzadələr konqresi konstitusiyanın qüvvəyə minməsinə qarşı çıxdı. Prussiya kralının və onun nazirlərinin Almaniyanı birləşdirmək üçün olan istəyinin zəifləməsindən sonra Radovitzin təsiri azaldı. Prussiyannı birlik siyasəti həmin ilin sentyabrında Avstriyanın Frankfurtda Federal Assambleyanı bərpa etməsindən sonra tamamilə zəiflədi.
Prussiyanın alçaldılması
[redaktə | mənbəni redaktə et]Prussiya-Avstriya münaqişəsi həmin ilin payızında daha da pisləşdi. Holşteyndə Danimarka ilə olan ixtilaf və Hessen məsələsi az qala hərbi münaqişəyə səbəb olurdu. 1848-ci ildən bəri Avstriya Rusiya ilə müttəfiq olmuşdu. Bundan sonra 1850-ci ilin 28 oktyabrda Prussiya Varşava konfransında Avstriyanın tələblərini rədd etdi. Avstriyanın rəhbərlik etdiyi Alman Konfederasiyasının qoşunlarının Hessenə daxil olmasından sonra Prussiya cavab olaraq müharibəyə hazırlaşdığını bildirdi və səfərbərlik elan etdi.
Olmütz punktasiyası
[redaktə | mənbəni redaktə et]29 noyabr 1850-ci ildə Olmützdə Rusiyanın vasitəçiliyi ilə Avstriya və Prussiya arasında Olmütz müqaviləsi imzalandı. 1850-ci ilin noyabrında Moraviyada kiçik bir qəsəbə olan Olmützdə baş tutan görüşdə IV Fridrix Vilhelm və general Radovitz Erfurt Birliyi fikrindən əl çəkdiklərini bildirdilər. Bu hadisə tarixdə Olmütz punktasiyası olaraq bilinir. Prussiyalılar isə bu hadisəyə "Olmütz alçaltması" deyirlər.[3]