Enfild
Naviqasiyaya keç
Axtarışa keç
Enfild (ing. Anfield) — İngiltərənin Liverpul şəhərində yerləşən futbol stadionu. UEFA-dan 4 ulduz almış stadionlardandır. Məşhur ingilis klubu "Liverpul" bu stadiona ev sahibliyi etməkdədir. Stadion 45.362 nəfərlik yer tutumuna malikdir.
Stadion haqqındakı ən maraqlı qeydlərdən biri, "Liverpul" klubunun "Enfild"i deyil də "Enfild"in "Liverpul"u inşa etmiş olmasıdır. 1884-cü ildə inşa edilən stadionu ilk 8 il "Everton" futbol klubu işlədib. 1892-ci ildə "Enfild" stadionunun sahibi Con Houlding ilə icarə haqqında münaqişə çıxınca "Everton", "Enfild" Stadionunu tərk etdi və "Qudison Park"a köçdü. Əlində böyük bir boş stadionla qalan Con Houlding də Liverpul futbol klubunu qurdu.