Elmlər Akademiyası silsiləsi
Naviqasiyaya keç
Axtarışa keç
Elmlər Akademiyası silsiləsi | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 7.495 m |
Uzunluğu |
|
Yerləşməsi | |
38°56′33″ şm. e. 72°00′54″ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Elmlər Akademiyası silsiləsi (tac. Қаторкуҳи Академияи Фанҳо) — Tacikistanda, Qərbi Pamir dağlarında yerləşən dağ silsiləsi.[1] Silsiləsi meridional istiqamətdə təxminən 110 km məsafəyə uzanır.[2]
Elmlər Akademiyası silsilənin ən yüksək zirvəsi və Tacikistanın ən yüksək nöqtəsi İsmayıl Somoni zirvəsidir (7,495 metr). Silsilənin 24 zirvəsinin hündürlüyü 6,000 metrdən yuxarıdır. Silsilə Paleozoy çökmə və metamorfik süxurlardan, qismən də qranitlərdən ibarətdir . Elmlər Akademiyası silsiləsini əhatə edən əbədi qarlar çoxlu sayda iri buzlaqları qidalandırır. Dağ silsiləsi 1927-ci ildə Nikolay Korjenevski tərəfindən kəşf edilmiş və SSRİ Elmlər Akademiyasının adını daşıyır.[2]