Elizabet Bouz-Layon
Elizabet Bouz-Layon | |
---|---|
ing. Elizabeth Bowes-Lyon | |
Şəxsi məlumatlar | |
Doğum adı | The Honourable Elizabeth Angela Marguerite Bowes-Lyon |
Doğum tarixi | 4 avqust 1900[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 30 mart 2002[1][2][…] (101 yaşında) |
Vəfat səbəbi | ağciyər iltihabı |
Həyat yoldaşı | |
Uşaqları | |
|
|
Təltifləri | |
Monoqram | |
İmzası | |
royal.uk/queen-elizabeth… | |
Vikianbarda əlaqəli mediafayllar |
Elizabet Bouz-Layon (ing. Lady Elisabeth Bowes-Lyon, 4 avqust 1900, London – 30 mart 2002, London) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı, VI Georqun həyat yoldaşı və kraliça 1936–1952. Kraliça Elizabet (ing. Queen Elizabeth) kimi Hindistannın axırıncı imperatriçası (1936–1948), beş Qvineyanın lord-protektoru (1978–2002).
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Kraliça II Elizabetin anası. Həyat yoldaşının vəfatından sonra adaşı qızı ilə dəyişiklik olmasın deyə Böyük Britaniyada ona Ana Kraliça deyirdilər (ing. Queen Mother).
O, 100 ildən çox yaşamış ingilis kral ailəsinin iki üzvündən biridir. Digəri 1901–2004-cü illərdə yaşamış hersoginya Alisa Qloster (qızlıq soyadı Monteqyu) olmuşdur. O, həmçinin üç əsrdə (XIX, XX və XXI əsrlər) yaşamış az sayda məşhur insanlardan biridir.
İkinci dünya müharibəsində kral və kraliça alman faşizminə müqavimətin simvollarına çevrilirlər. Kraliça ölkəni övladları ilə tərk etməyin əleyhinə çıxır və bu məsələ bir əfsanəyə çevrilir. Londonun bombardımanı zamanı onlardan biri kral Bukingem sarayına düşür, ancaq zərər yetirmir.
VI Corcun 1952-ci ildə vəfatından sonrakı həyatı
[redaktə | mənbəni redaktə et]Həyat yoldaşı VI Corcun 1952-ci ildə vəfatından sonra ana kraliça Şotlandiyaya, qəsrlərin birinə köçür. Cıdır yarışlarına maraq göstərir, bir neçə yürüş atı alır. Sonradan yenidən paytaxta qayıdaraq, ictimai fəaliyyətini davam etdirir.
Son illərdə Britaniya kral ailəsində bir sıra uğursuzluqlar baş verir. Nəvələrinin ailəsində bir-birinin ardınca boşanma gedir. Şahzadə Diana avtomobil qəzasınada həlak olur.
Məhz bu dövrlərdə məhz ana kraliça ailənin mənəvi dayaq yerinə çevrilir, onun mövcudluğu ailənin bürövlüyünü qoruyub saxlayır. Onun ən sevimli nəvəsi vəliəhd Çarlz bir dəfə onun haqqında deyir: "O, həyatsevərliyin, yumorun, insansevərliyin, daxili sakitliyin, ən əsası incə zövqün maraqlı nümunəsidir…"
Onun ad günləri, xüsusilə də 2000-ci ildə 100 illik yubileyi milli bayram kimi qeyd edilirdi. O, həmişə diqqət mərkəzində olurdu, xeyriyyə tədbirlərində iştirak edirdi, vacib idman yarışlarına gedirdi.
Ana kraliça həmişə cəmiyyətdə populyar olubdur. Kral ailəsinin tənqidinə və monarxiyanın lüzumluluğuna dair diskussiyalara baxmayaraq ona daima böyük hörmət olubdur.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Bradford, Sarah, The Reluctant King: The Life and Reign of George VI, New York: St Martin's, 1989
- Forbes, Grania, My Darling Buffy: The Early Life of The Queen Mother, Headline Book Publishing, 1999, ISBN 9780747273875
- Hogg, James, The Queen Mother Remembered, BBC Books, 2002, ISBN 0563362146
- Howarth, Patrick, George VI, Century Hutchinson, 1987, ISBN 0091710006
- Goldman, Lawrence (May 2006) "Elizabeth (1900–2002)", Oxford Dictionary of National Biography, Oxford University Press, doi:10.1093/ref:odnb/76927, retrieved 1 may 2009 (Subscription required)
- Longford, Elizabeth, The Queen Mother, Weidenfeld & Nicolson, 1981
- Roberts, Andrew, The House of Windsor, London: Cassell and Co., 2000, ISBN 0304354066
- Shawcross, William, Queen Elizabeth The Queen Mother: The Official Biography, Macmillan, 2009, ISBN 9781405048590
- Vickers, Hugo, Elizabeth: The Queen Mother, Arrow Books/Random House, 2006, ISBN 9780099476627
Mənbələr
[redaktə | mənbəni redaktə et]- Official site
- Remember This—An Elegy on the death of HM Queen Elizabeth, The Queen Mother by Andrew Motion, Poet Laureate, at the BBC
- Order of Canada Citation Arxivləşdirilib 2003-09-02 at Archive.today
- CBC Digital Archives – Their Majesties in Canada: The 1939 Royal Tour
- The Queen Mother's Wedding on The Royal Channel on YouTube.com
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 Elizabeth // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Lundy D. R. Lady Elizabeth Angela Marguerite Bowes-Lyon // The Peerage (ing.).
- ↑ 1 2 3 4 Kindred Britain.
- ↑ Oxford Dictionary of National Biography (ing.). / C. Matthew Oxford: OUP, 2004.
- 4 avqustda doğulanlar
- 1900-cü ildə doğulanlar
- Londonda doğulanlar
- 30 martda vəfat edənlər
- 2002-ci ildə vəfat edənlər
- 101 yaşında vəfat edənlər
- 100 il və daha artıq yaşayanlar
- Müqəddəs Sava ordeninin kavalerləri
- "Fəxri legion" ordeninin Böyük xaçı kavalerləri
- "Kanada" ordeninin üzvləri
- Peru günəşi ordeni böyük xaçı kavalerləri
- Əlifba sırasına görə monarxlar
- Londonda vəfat edənlər