Elektron indikator
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Elektron indikator — siqnalları əyani əks etdirən cihaz. Daxil olan siqnalın mövcudluğu və/və ya xəta qeyd etmədən onun həcmini göstərə bilir.[1][2][3] Məlumatların indikator tərəfindən əks edilməsi uzunmüddətli fiksasiya olmadan həyata keçirilir.[4] İndikatorun siqnalı proses və obyektin vəziyyətini təsvir edir.[5]
Elektron indikatorlar insanlara gərginlik, cərəyan, istilik, batareya doldurma və s. kimi müxtəlif parametrlərin səviyyəsi və ya mənası barədə məlumat vermək üçün müxtəlif ev və sənaye avadanlıqlarında quraşdırılır.
Təyinatı
[redaktə | mənbəni redaktə et]Elektron indikator insana lazımi parametrləri, xüsusən də bir insanın hisslərinin köməyi ilə birbaşa təyin edə bilmədiyi parametrləri tez və aydın qiymətləndirməyə kömək edir.[6] Bu cür qiymətləndirmənin yüksək dəqiqliyi tələb olunursa, çoxrəqəmli rəqəmsal indikatorlar quraşdırılır; dəqiqliyin tələb olunmadığı və yalnız bir siqnalın olub-olmadığını görmək zəruriyyətində tək-tək indikatorlar istifadə olunur.
Hər-hansısa cihazın indikatorlara aid edilməsi onların tətbiqi ilə müəyyən edilir. Belə ki, məsələn işıqlandırma üçün istehsal edilmiş adi közərmə lampası xəbərdarlıq sistemləri və ya idarəetmə və nəzarət pultlarında istifadə edildikdə elektron indikator hesab edilə bilər. Eyni zamanda, matrisa işıqdiodlu indikatorlardan hazırlanan və reklam məqsədilə istifadə olunan elektron tablo artıq indikator hesab edilmir. Beləliklə, "elektron indikator" adı çox vaxt yalnız məhsulun dizaynı və ya fiziki xüsusiyyətləri ilə deyil, müəyyən cihaz və ya sistemdə istifadəsi yolu ilə müəyyən edilir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Индикатор//Корнеева Т. В. Толковый словарь по метрологии, измерительной технике и управлению качеством. Основные термины: около 7000 терминов —М.:Рус.яз., 1990
- ↑ I.046 indicator индикатор//Толковый словарь по вычислительным системам —М.: Машиностроение, 1990
- ↑ Индикаторы информации//Энциклопедия кибернетики. Том первый. Абс — Мир —Киев: Главная редакция УСЭ, 1974
- ↑ D.246 display 1. отображение (информации) 2. дисплей, индикатор//Толковый словарь по вычислительным системам —М.: Машиностроение, 1990
- ↑ Индикатор//Ожегов С. И. Толковый словарь русского языка —М.: Мир и Образование, Оникс, 2011
- ↑ Индикатор // Казахстан. Национальная энциклопедия. — Алматы: Қазақ энциклопедиясы, 2005. — Т. II. — ISBN 9965-9746-3-2.