Eksikator
Eksikator (latınca exsiccare "qurumaq" sözündən) — havanın müəyyən bir rütubətinin (adətən sıfıra yaxın) saxlanıldığı, qalın şüşədən və ya (daha az) plastikdən hazırlanmış bir qabdır. Eksikatorun qapağı gövdəsinin yuxarı kənarının müstəvisinə qədər hamarlaşdırılır və möhkəmliyə nail olmaq üçün xüsusi vakuum yağı və ya vazelin ilə yağlanır[1].
Eksikatorlardan otaq temperaturunda yavaş qurutmaq, hiqroskopik birləşmələrin saxlanması üçün, qravimetrik analizdə, tədqiq olunan maddələrin havadan qeyri-müəyyən miqdarda su ilə doymasının qarşısını almaq vacib olduqda, eləcə də torpaqşünaslıqda WRC (Water retention curve – su tutma əyrisi) əyrisi çəkmək üçün istifadə olunur. Bəzi məqsədlər üçün eksikatorun daxilində vakuum yaratmaq mümkündür. Eksikatorun altlığı büksləri yerləşdirmək üçün xüsusi çini materialdan qəfəsli formaya malikdir. Onun dibinə qurutmaq üçün hiqroskopik maddə və ya su buxarının qismən təzyiqini saxlayan məhlul yerləşdirilir.
Eskikatorun qapağını qaldırmaqla deyil, sürüşdürməklə açmaq lazımdır, əks halda gövdə yerdən ayrılaraq düşüb sına bilər. Eksikatoru daşıyarkən qapağının sürüşməsinin qarşısını almaq üçün onu baş barmağınızla saxlayın. İsti tigelləri və digər əşyaları eksikatora yerləşdirərkən qapağı açıq qoymaq lazımdır ki, onlar soyuduqda təzyiq eksikatorun açılmasına mane olacaq səviyyəyə düşməsin[2].
Bəzi növ eksikatorlar havanı çıxarmaq və ya eksikatoru inert qazla doldurmaq üçün kranı olan çuxurla təchiz edilmişdir. Vakuum eksikatorları ilk pompalama zamanı parça və ya məftilli qəfəslə örtülməlidir, çünki istehsal qüsurları və ya şüşə gərginliyi səbəbindən partlayışlar və uçan qəlpələr yarana bilər[3]. Partlayış təhlükəsi səbəbindən evakuasiya edilmiş eksikatorların daşınması qadağandır[4].
Entomologiyada dibinə yaş qum tökülmüş eksikatordan materialı yumşaq saxlamaq üçün istifadə edirlər[5].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Воскресенский П. И. Начала техники лабораторных работ. — М.: Госхимиздат, 1963. — С. 37.
- ↑ Иванов А. Б.. Эксикатор Химическая посуда. Химия – Просто. (21 марта 2018). Проверено 17 января 2019.
- ↑ Brockhaus ABC Chemie. — Leipzig: VEB F. A. Brockhaus Verlag, 1965. — S. 386–387.
- ↑ Meyendorf G. Laborgeräte und Chemikalien. — Berlin: Volk und Wissen Volkseigener Verlag, 1965. — S. 21–22.
- ↑ Козлов М., Нинбург Е. Ваша коллекция. — М., 1971. — С. 78.