Domen

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Domenveb saytınızın internetdəki adı və ünvanıdır. Bu ünvan olmadan internet istifadəçiləri veb saytınıza girə bilməzlər. 1985-ci ildə ilk funksional domenlər yaradılmışdır. Funksional domenlər İnternet resursunun fəaliyyətindən asılı olaraq müəyyən edilir.

15 mart 1985-ci ildə dünyada qeydiyyatdan keçmiş ilk domen – “Symbolics.com” İnternetdə istifadəyə verilmişdir. Bu domen kompüter sənayesinin pioneri, “Open Genera Lisp” və “Macsyma” kompüterlərinin istehsalçısı olan “Symbolics” şirkətinə məxsus idi.

Domen ip ünvanı adlanan kompüterlərin birbirini tanıması üçün istifadə olunan nömrələmə sisteminin bəsitləşidirilmiş və kəlimələr ilə ifadə edilən formasıdır. Məsələn az.wikipedia.org yazdığınızda internet öncə bunu ip ünvanına çevirir sonra isə sizi bu ip ünvanına yönləndirir.

Veb saytınızı ziyarət etmək istəyənlərin ip ünvanınızı bilmələri çətin olacağı üçün domen alaraq saytınzı daha asan yadda qalan bir hala gətirməlisiniz. 91.198.174.192 ip ünvanı az.wikipedia.org saytına aiddir. IP ünvanını yadda saxlamaq çox çətindir amma az.wikipedia.org deyilən vaxt daha asan yadda qalır.

Domenlər ən az 1 ən çox 10 il arasında alına bilər.

Domenlər ən az 2, ən çox 63 simvoldan ibarət ola bilər. Hərf, rəqəm və - işarətini domenlərinizdə istifadə edə bilərsiniz.

Domen adı saytınızın internetdəki adıdır. Domen adı vasitəsilə istifadəçilər saytınızı rahatlıqla tapa bilir. Domen adı iki əsas hissədən ibarətdir. Məsələn,Example.com domen adı saytın adından (Example) və domen uzantısından (.com) ibarətdir. Domen adı özündə hərflər və rəqəmləri ayrı-ayrılıqda, və ya birlikdə istifadə edə bilər.

Domen adı nə vaxt yenilənməlidir?

[redaktə | vikimətni redaktə et]

Yeni domen adını 1-10 il müddətinə qeydiyyatdan keçirə bilərsiniz. İstifadə müddəti bitdikdən sonra bir çox domen adları müəyyən bir müddət ərzində bərpa edilə bilər. Bu müddət iki həftədən 30 günə qədər davam edə bilər və bu müddət ərzində domenin hazırkı sahibi onu yeniləyə bilər.

Sadəcə domen almaq sayt açmaq üçün kifayətdir mi?

[redaktə | vikimətni redaktə et]

Xeyir, domen almaq sayt açmaq üçün kifayət deyil. Siz bundan əlavə hostinq xidməti də almalısınız. Yuxarıda da açıqladığımız kimi domen adı istifadəçilərinizi hostinq xidmətinizin olduğu kompüterlərə yönləndirir.

Domen uzantısı nə məna ifadə edir?

[redaktə | vikimətni redaktə et]

.com – kommersiya təşkilatları

Com domeni internetdə daha çox qlobal saytlarda gördüyümüz domen növüdür. Ümumiyyətlə hansı domen növündən istifadə etməyinizdən asılı olmayaraq vacib olan nüans  saytınıza seçdiyiniz domenin saytın kateqoriyası ilə uyğun olmasıdır. Bu sizin biznesinizə də müsbət təsir göstərəcəkdir. Hostimul.com saytında müxtəlif domenlər istifadəçilərə sərfəli qiymətlərlə təklif olunur. Əgər yeni sayt sahibisinizsə sadəcə 16.99 manat ödəməklə COM domenini əldə edə bilərsiniz. Saytınız degional olaraq deyil, qlobal olaraq fəaliyyət göstərəcəksə o zaman COM domeni məhz sizin üçündür. Siz də domen almaq üçün Hostimul.com saytını seçin. İstənilən sualınızda 24/7 aktiv olan Hostimul komandasına müraciət edə bilərsiniz

.org – qeyri- kommersiya təşkilatları

.edu – təhsil müəssisələri

.biz – sahibkarlıq fəaliyyəti

.biz domeni – biznes seqmentində daha çox üstünluk verilən domenlərdən biridir. Eləcə də .biz domeni qısa və rahat yaddaqalan domenlərdən biridir. Saytınızın ticarət yönümlü olduğunu .biz domeni ilə vurğulayın. Məhsulları satışı və ya xidmətlərin göstərilməsi ilə məşğul olursunuzsa, .biz domeni sizin üçün ən uyğun seçimdir. Belə bir domen çox sayda ziyarətçinin cəlb edilməsinə və biznesinizi yeni səviyyəyə çıxarmağa kömək edəcək.

.gov – dövlət və yerli üzünüidarə orqanları

.info– kütləvi informasiya vasitələri

.name – fiziki şəxslər

.net – İnternet şəbəkəsinin inkişafında iştirak edən təşkilatlar və layihələr üçün.

Tanınmış və etibarlı .net ən nüfuzlu üst səviyyəli domenlərdən biridir.  Bu domen adı ilk dəfə 1985-ci ilin yanvar ayında .com və .org daxil olmaqla, digər orijinal TLD (üst səviyyəli domenlər) ilə birlikdə təqdim olunmuşdur. O vaxtdan etibarən .net domen zonası ildən-ilə populyarlıq qazanırdı və 2011-ci ildə .com və .de. domenlərindən sonra ən çox seçilən domen oldu.

Bu domen adı jurnalistika, telekommunikasiya və digər oxşar fəaliyyətlərlə məşğul olan şirkətlər və şəxslər üçün nəzərdə tutulub. Bugün .net domen adı artıq 200-dən çox ölkədə istifadə olunur.

Bu domen .com və ya .biz domenlərinə əlavə olaraq şəxsi məlumatlarınızı və ticarət nişanınıza aid məlumatları qoruya bilər. Həmçinin .com zonasında artıq məşğul olan adı, burada tapıb qeydiyyatdan keçirə bilərsiniz.

Baxmayaraq ki, .net domen adı ilk növbədə şəbəkə texnologiyaları ilə məşğul olan şirkətlərin maraqlarını nəzərə alaraq yaradılmışdır, bu gün .net müxtəlif şirkətlərin və fərdi şəxslər tərəfindən də istifadə olunur.

.com ilə .az arasında nə fərq var?

[redaktə | vikimətni redaktə et]

.com beynəlxalq bir domen uzantısıdır. .az isə Azərbaycan üçün nəzərdə tutulmuşdur.

  • Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.