Dome Fuci (Antarktika stansiyası)
Dome Fuci (yap. ドームふじ, ing. Dome Fuji və ya ing. Dome F) — Antarktidanın Kraliça Mod Torpağı ərazisinin şərqində yerləşən buz silsiləsi üzərində yerləşir. Yaponiyaya məxsus qütb stansiyası 77°30′ c. e. 37°30′ ş. u.HGYO koordinatlarda yerləşir.
Dəniz səviyyəsindən hündürlüyü 3810 metr təşkil edir. Bu stansiya Şərqi-Antarktika buz silsiləsinin üzərində yerləşən hündürlüyü yüksək olan ikinci stansiyadır.
İqlimi
[redaktə | mənbəni redaktə et]Stansiyanın yerləşdiyi ərazinin yüksəkliyi səbəbindən dünyanın ən soyuq bölgələrindən biridir. Yayda stansiyanın yerləşdiyi ərazidə yayda −30°S, qışda isə hətta −80°S qədər enir. Orta illik temperatur 54,3°S olur, bu göstərisi 3° Vostok stansiyasından isti göstəricidir. Əlçatmazlıq qütbündən isə 3,5° yuxarıdır. İyul ayında orta temperatur −74°S, dekabr və yanvar aylarında isə −35°S təşkil edir. Stansiya soyuq səhra ərazisində yerləşir. İllik yağıntının miqdarı cəmi 25 mm-dir. Yağıntı əsasən kristal buz şəklində düşür
8 dekabr 2013 ildə stansiya tərəfindən bir açıqlama verilmişdir. Bura deyilirdi ki, 3 avqust 2004-cü ildə stansiya Dünyada ən aşağı temperaturu qeydə almışdır. Bura havanın temperaturu −91,2°S təşkil etmişdir. Bu isə ən aşağı temperatur kimi qeydə alınan −89,6°S temperaturdan 2° aşağı olmuşdur[1]. −89,6°S temperaturu Sovet alimləri tərəfindən Vostok stansiyasında 21 iyul 1983 ildə qeydə alınmışdır[2][3]. Bununla belə bu temperaturun qeydiyyatı birbaşa deyil sputnikdən əldə edilmiş məlumatlar əsasında bildirilmişdir. Rusiya Antarktika ekspedisiyasının rəhbərliyi bu temperaturun ən aşağı temperatur kimi, qeydə alınmasını düzgün hesab etməmişlər[4].
Stansiya Fuci
[redaktə | mənbəni redaktə et]Antarktik stansiya (yap. ドームふじ基地 1995-ci ilin yanvarında ""Dome Fuci" müşahidə bazası" kimi (ing. Dome Fuji observation base, yap. ドームふじ観測拠点 təşkil edilmişdir. 1 aprel 2004-cü ildən isə ""Dome Fuci" stansiyası" adlandırılır. Stansiyanın coğrafi koordinatları: 77°19′ c. e. 39°42′ ş. u.HGYO. Stansiyadan 1000 km aralıda Yaponiyanın "Şova" qütb stansiyası yerləşir. Ümumilikdə Yaponiyanın Antartidada 5 stsnsiyası fəaliyyət göstərir. Stansiya 3796 metr hündürlükdə yerləşməsi ilə dünyanın bü göstərici baxımından ikinci stansiyasıdır.
Qlyasioloji araşdırmalar
[redaktə | mənbəni redaktə et]1995-ci ilin avqust ayından başlanan buzun qazilması 1996 ilin avqust ayına qədər davam etmişdir. Burada buzun qalınlığı 2503 m təşkil edir. Dib buzunun yaşı 340 min il qiymətləndirilir[5][6][7]
İkinci dəfə buzun dərininə qazılması 2003-cü ildən başlanılır. Ancaq qazılmalar ancaq yay ayları aparıldığından dibə 2007 ildə çatılır. Bu dəfə dərinlik 3035,22 m təşkil edirdi. Dibdən çıxan buzun yaşı 720 min il olaraq qiymətlədirilir[8]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Будрецкий, А. Б. "Новый абсолютный минимум температуры воздуха". Информационный Бюллетень Советской Антарктической Экспедиции (rus). Ленинград: Гидрометеоиздат (105). 1984. 2009-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-14.
- ↑ "The Sunday Times. Found: the coldest spot on Earth". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-14.
- ↑ "НТВ. Antarktidada dünyanın ən aşağı temperaturu qeydə alındı". 2013-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-14.
- ↑ "Alimlər: Yer kürrəsində yeni rekord minimum temperaturun qeydiyatı olmamışdır". 2013-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-14.
- ↑ Dome-F Deep Coring Group. "Deep ice-core drilling at Dome Fuji and glaciological studies in east Dronning Maud Land, Antarctica". Annals of Glaciology. 27. 1998: 333–337.
- ↑ Kawamura, K. "Northern Hemisphere forcing of climatic cycles in Antarctica over the past 360,000 years". Nature. 448 (7156). 2007: 912–916. doi:10.1038/nature06015. PMID 17713531.
- ↑ Watanabe O, Kamiyama K, Motoyama H, Fujii Y, Shoji H, Satow K. "The paleoclimate record in the ice core at Dome Fuji station, East Antarctica". Annu Glac. 29 (1). 1999: 176–8. doi:10.3189/172756499781821553. 2016-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-14.
- ↑ Motoyama, H. "The second deep ice coring project at Dome Fuji, Antarctica". Scientific Drilling. 5. 2007: 41–43.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Dome Fuji Deep Ice Coring Project
- Dome Fuji page of the World Data Center (WDC) for Paleoclimatology, contains downloadable data for the first core
- National Institute of Polar Research, Tokyo, Japan
- Institute of Low Temperature Science, Sapporo, Japan
- COMNAP Antarctic Facilities Arxivləşdirilib 2008-04-24 at the Wayback Machine
- COMNAP Antarctic Facilities Map Arxivləşdirilib 2011-02-20 at the Wayback Machine