Diş formulu
Diş formulu
[redaktə | mənbəni redaktə et]Müayinə zamanı əldə edilmiş bütün məlumatlar stomatoloji xəstənin tibbi kartasına yazılır (forma 043). Bu zaman diş formulasının doldurulması mütləqdir. Dişlərin yerləşmə qaydası xüsusi formulada qeyd edilir ki, buraya da ayrı-ayrı dişlər və ya diş qruplarırəqəm və ya hərflə işarələnir.
Dişlərə baxışın nəticələrinin rahat lazılması üçün müxtəlif sxemlər ( diş formulaları) tətbiq olunur.Bizim Azərbaycanda bu yaxınlara qədər Ziqmond-Palmer sistemi yeganə sistem idi və geniş yayılmışdı. Bu sistemə görə horizontal xətlər dişləri yuxarı və ya aşağı çənəyə, vertikal xətlər isə sağ və sol tərəfə aid olduğunu göstərir. Daimi dişlər ərəb, müvəqqəti dişlər isə rum rəqəmi ilə göstərilir.
Müasir dövrdə Stomatoloqların Beynəlxalq Assosiasiyası (FDİ) tərəfindən qəbul olunmuş və Rusiya, həmçinin də Azərbaycan Stomatoloji Assosiasiyası tərəfindən rekomendasiya olunmuş ikirəqəmli sistemin tətbiqinə başlanılır. Bu sistemə görə çənədə dişlərin sıra sayına 1-dən 8-ə qədər kvadrantın nömrəsi əlavə olunur və dişlərin nömrəsinin önündə yazılır.
Müvəqqəti dişləmdə isə 1-dən 5-ə kimi, kvadrantları nömrəsi isə 5,6,7,8 olur. Bir sıra tibbi kartalarda diş formilasında dişin səthi və köklərin sxemi göstərilir ki, bu da aşkara çıxarılmış patologiyanın ifadə olunmasına imkan verir. Səthlərin adları şəkil 26-da göstərilmişdir.
Xəstəliklıərin və aparılan müalicənin ümumi qəbul olinmuş sistemi zamanla uyğunlaşmışdır: kariyes—C, pulpit—P, periodontit—Pt, plomb—Pl, çəkilmə—Ç, süni qapaq—Q. Dişlərin laxlama dərəcəsi rum rəqəmləri ilə onların rəqəm indekslərinin altında və ya üstündə göstərilir. Əlavə informasiya diş formulalarının altındakı boş xanalarda göstərilir.
Şəkillər
[redaktə | mənbəni redaktə et]-
SBA (stomatoloqların beynəlxalq assosiasiyası) FDİ tərəfindən təklif olunub
-
Diş səthləri