Devid Petreus
Devid Petreus | |
---|---|
ing. David Howell Petraeus | |
| |
Şəxsi məlumatlar | |
Doğum adı | David Howell Petraeus |
Doğum tarixi | 7 noyabr 1952[1][2][…] (72 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | ABŞ |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Qoşun növü | Amerika Birləşmiş Ştatları Quru Qoşunları |
Xidmət illəri | 1974-cü ildən |
Rütbəsi | general |
Döyüşlər | |
İstefada | 2012 |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Devid Petreus (ing. David Howell Petraeus; 7 noyabr 1952[1][2][…], Nyu-York, Nyu-York ştatı) — Amerikalı general, hərbçi.
Həyatı
[redaktə | mənbəni redaktə et]2007-ci ilin fevralından 2008-ci ilin sentyabrına qədər İraqdakı çoxmillətli koalisiya qüvvələrinə rəhbərlik etmiş, 2010-2011-ci illərdə Əfqanıstandakı NATO qoşunlarının komandanı olmuşdur[3].
O, 2011-ci ilin sentyabrında karyerasında növbəti sıçrayış etdi. Prezident Barak Obama Petreusu dünyanın ən nüfuzlu kəşfiyyat xidməti olan Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə irəli sürüldü. Lakin 2012-ci il noyabrın 9-da onun karyerasına son qoyan seks qalmaqalı səbəbi ilə vəzifəsindən istefa vermişdir[3].
Ailəsi
[redaktə | mənbəni redaktə et]Holli Petreus (Noulton) ilə ailəlidir. 2 övladı var[3].
İmpiçment
[redaktə | mənbəni redaktə et]2012-ci il noyabrın 9-da onun karyerasına son qoyan seks qalmaqalı səbəbi ilə vəzifəsindən istefa verdi. Federal Təhqiqatlar Bürosunun araşdırmaları zamanı MKİ direktorunun nikadankənar münasibətlərdə olması müəyyən olundu. 59 yaşlı Devid Petreus öz şəxsi bioqrafı, 49 yaşlı jurnalist Pola Broudell ilə gizli sevgi münasibətlərində idi. Bundan başqa, keçmiş hərbçi Broudelin kompüterində ABŞ-də yalnız Petreus daxil olmaqla məhdud sayda şəxsin bildiyi məxfi sənədlər aşkar olunmuşdur[3].
Mətbuatın hadisəni işıqlandırması qarşısında Devid Petreus könüllü olaraq vəzifəsindən ayrıldı. O, istefasından sonra yaydığı ilk müraciətdə ailəsindən və dostlarından üzr istədi və bu münasibətlərin bir səhv olduğunu etiraf elədi. Siyasi və hərbi karyerasına birdəfəlik son qoyulan Petreusun şəxsi həyatda bəxti gətirdi. 2 ortaq övladları olan həyat yoldaşı Holli Petreus (Noulton) ərindən ayrılmadı[3].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 David Howell Petraeus // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 David Petraeus // GeneaStar.
- ↑ 1 2 3 4 5 Vüqar İsmayılov. "Dünya siyasətinin seks qalmaqalları - III HİSSƏ". Modern.az (az.). modern.az. 21.06.2014, 13:03. 2020-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-28.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 7 noyabrda doğulanlar
- 1952-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Nyu-Yorkda doğulanlar
- ABŞ Hərbi Akademiyasının məzunları
- Prinston Universitetinin məzunları
- "Görkəmli xidmətə görə" medalı ilə təltif olunanlar
- "Ləyaqət legionu" ordeni ilə təltif olunanlar
- "Bürünc ulduz" medalı ilə təltif olunanlar
- "Ləyaqət legionu" ordeninin legioner dərəcəsi ilə təltif olunanlar
- "Milli müdafiəyə xidmətə görə" medalı ilə təltif olunanlar
- Almaniya Federativ Respublikasının "Xidmətlərə görə" ordeninin böyük zabit xaçı ilə təltif edilənlər
- Polşa Respublikasının "Xidmətlərə görə" ordeninin kavalerləri
- Polşanın "Xidmətlərə görə" ordeninin komandorları
- Əlifba sırasına görə hərbi xadimlər
- ABŞ generalları
- ABŞ hərbçiləri
- Corctaun Universitetinin məzunları
- Hollandəsilli amerikalılar